Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Mülki məsələlər əsasən kredit borcları və alimentin ödənilməməsi ilə bağlı olur. |
Bəzən isə vətəndaşın hesabında bir-iki manat məbləğində kredit borcu qalır, ancaq stop aradan qaldırılmır. |
Vəkil deyir ki, belə hallarla bağlı da müraciətlər çox olur. |
Bundan əlavə səfərə çıxan şəxslər Ədliyyə nazirliyinin müvafiq saytı vasitəsilə ölkədən çıxışına qadağa olub-olmamasını yoxlaya bilərlər. |
“Fransa Prezidenti Emmanuel Makronun Ukraynanı dəstəkləməkdə qırmızı xətlərin olmaması haqqında dediyi sözlər Rusiyanın Fransaya münasibətdə də qırmızı xətlərinin olmadığı anlamına gəlir”. |
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib. |
“Makron deyib ki, Ukraynaya dəstək baxımından artıq qırmızı xətlər, məhdudiyyətlər yoxdur. |
Bu o deməkdir ki, Rusiyanın da Fransaya qarşı artıq qırmızı xətləri qalmayıb”, - Medvedev “X” sosial şəbəkə hesabında (keçmiş “Twitter”) yazıb. |
O, paylaşımını Roma hüququndan bir cümlə ilə yekunlaşdırıb - “In hostem omina licita”, yəni “düşmənə qarşı bütün üsullar keçərlidir”. |
Macron has said, "there are no more red lines, there are no more limits" in terms of supporting Ukraine (Le Monde). |
Then that means, Russia has no more red lines left for France. |
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Rusiyanın “Tatneft” Publik Səhmdar Cəmiyyəti (PSC) arasında neft-kimya sahəsində qarşılıqlı fəaliyyətə dair Saziş və neft yatağında birgə işlərə dair Anlaşma Memorandumu imzalanıb. |
Bu barədə SOCAR-dan bildirilib. |
Belə ki, SOCAR-ın prezidenti Rövşən Nəcəf Rusiyaya səfəri çərçivəsində “Tatneft” PSC-nin baş direktoru Nail Maqanov ilə görüşüb. |
Görüşdə iki şirkət arasında insan kapitalının inkişaf etdirilməsi və bu istiqamət üzrə perspekiv birgə hədəflər barədə müzakirələr aparılıb. |
Nümayəndə heyəti səfər zamanı “TANEKO” neft emalı və neft-kimya zavodu kompleksində, habelə “Tatneft” PSC-nin digər müəssisələrində olub, istehsalat prosesi ilə tanış olublar. |
Türkiyədə bu ildən icbari fəlakət sığortası tətbiq olunacaq. |
Bu barədə ölkənin xəzinə və maliyyə naziri Mehmet Şimşek danışıb. |
O, 2024-cü il üçün islahat proqramı olduğunu bildirib:""“Bu islahatın tərkib hissələrindən biri də mövcud sığortanın əhatə dairəsini genişləndirməkdir. |
İcbari zəlzələ sığortası bəzi ölkələr üçün nümunədir. |
Türkiyə zəlzələ zonasıdır, bu, bir həqiqətdir”. |
Nazir bu il ərzində, 2024-cü ilin 3-cü və ya 4-cü rübündə icbari fəlakət sığortasının tətbiqinin planlaşdırıldığını vurğulayıb:""“Zəlzələ sığortasının əhatəsi çox məhduddur. |
Fəlakət sığortası isə bütün digər riskləri də əhatə edəcək. |
2000-ci ildə islahat aparıldı, icbari zəlzələ sığortası tətbiq olundu. |
İndi bir addım da irəli getmək və iqlim dəyişikliyini nəzərə almaq lazımdır. |
Təbii fəlakətlərin artması riskinə qarşı tədbir olaraq, icbari fəlakət sığortası tətbiq edəcəyik”. |
“Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyevin vəzifəsindən azad edildiyi bildirilir. |
Məlumata görə, Ruslan Əliyevin səlahiyyətləri müavinlərindən birinə tapşırılıb. |
Oxu.Az-ın sorğusunu cavablandıran Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Eldəniz Vəliyev isə məsələ ilə bağlı məlumatının olmadığını bildirib. |
Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib. |
Verilişin budəfəki buraxılışının qonağı radio aparıcısı, avtobloqer DJ Tural (Yusifov) olub. |
O, həyat yoldaşı Səma Abiyevanın çimərlik geyimindəki fotoları ilə bağlı fikirlərə münasibət bildirib:""“Səmanın verdiyi bütün qərarların arxasındayam. |
Çimərlik paltarını da mən seçmişəm, rəngini də özüm bəyənmişəm. |
Əgər kimisə nəsə narahat edirsə, problem özündədir”. |
DJ Tural anasının bu məsələyə reaksiyasından da danışıb:""“Anam məndən incimişdi. |
Soruşdum ki, sənə kimsə bir şey deyib? |
Dedim ki, əgər kimsə nəsə deyirsə, gedib öz həyatına baxsın”. |
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson atası Stenli Consona qarşı məişət zorakılığı ilə bağlı bütün ittihamları rədd edib. |
O, Stenlinin Borisin anası Şarlottanın burnunu sındırması ilə bağlı təsdiqlənmiş hadisəyə baxmayaraq, atasını qəhrəman adlandırıb. |
Məlumata görə, martın 7-də Britaniya televiziyasında siyasətçinin uşaqlığından bəhs edən serialın premyerası olub. |
Stenli Conson vəkilləri vasitəsilə mübahisə zamanı arvadının burnunu sındırdığını təsdiqləyib. |
Ancaq kişi bunun istisna hal olduğunu deyib. |
“Qeyd edək ki, biz ailənin dörd uşağı olaraq valideynlərimizin evliliyinin bu cür xarakterizə edilməsini heç bir şəkildə qəbul etmirik. |
O, qəhrəman ata olub və bu günə kimi də qəhrəman kimi qalır”, - deyə Conson ailəsinin övladları bildiriblər. |
Fransa və Moldova müdafiə sektorunda əməkdaşlıq haqqında saziş imzalayıb. |
Moldova Prezidenti Maya Sandunun Parisə səfəri zamanı baş tutan imzalanma mərasimi Yelisey sarayının saytında yayımlanıb. |
Makronun sözlərinə görə, yaxın vaxtlarda Kişineuda Fransa Müdafiə Nazirliyinin daimi nümayəndəliyi açılacaq. |
Bu nümayəndəliyin əsas vəzifəsi Moldova hərbçiləri üçün təlimlərin təşkili olacaq. |
Bundan əlavə, mərasimdə 2024-2029-cu illəri əhatə edən iqtisadi əməkdaşlıq haqqında ikitərəfli saziş imzalanıb. |
Qeyd edək ki, daha öncə Fransa Ermənistanla da hərbi əməkdaşlıq barədə razılığa gəlib. |
“Ermənistanın torpaqlarımızı işğalı nəticəsində ölkəmizə dəyən zərərin qiymətləndirilməsi çox mühüm əhəmiyyət kəsb edir”. |
Bu sözləri iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “Biznes Mühitinin Yaxşılaşdırılması üzrə İqtisadi İslahatlar və Müasir Çağırışlar” konfransında çıxışı zamanı deyib. |
“Burada iki istiqamət var:ölkə daxilində və beynəlxalq səviyyədə qiymətləndirmə. |
Bu, çox ciddi məsələdir”, - deyə S.Ələkbərov bildirib. |
O əlavə edib ki, bu məsələlərlə bağlı yaxın vaxtlarda beynəlxalq məhkəmələrdə məsələ qaldırılacaq. |
Nigeriyanın şimal-qərbində silahlılar tərəfindən 200-dən çox şagird qaçırılıb. |
Bu barədə keçmiş senator Şehu Sani məlumat verib. |
“Kaduna əyalətinin Kuriqa kəndində 232 məktəbli qaçırılıb. |
Bu, direktorun təxminən bir ay əvvəl öldürüldüyü və həyat yoldaşının qaçırıldığı həmin məktəbdir”, - o bildirib. |
Məlumata görə, məktəbə hücum səhər saatlarında ümumi yığıncaq keçirilən zaman baş verib. |
Polis hələlik oğurlananların dəqiq sayını açıqlamayıb. |
Qaçırılanların yaşı qeyd olunmayıb. |
Xatırladaq ki, məktəblə bağlı insident Nigeriyanın şərqində silahlılar tərəfindən 117 qadının qaçırılmasından iki gün sonra baş verib. |
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Liliparın təqdimatında “Qardaşı qətlə, bacısı təcavüzə məruz qalan bəstəkarın qaçqınlıq həyatı” adlı süjet hazırlanıb. |
Oxu.Az xəbər verir ki, verilişdə qədim İrəvanın Azərbaycan musiqi sənətinə verdiyi ən dəyərli simalardan biri, Xalq artisti, Dövlət mükafatı laureatı, bəstəkar Səid Rüstəmovun İrəvandan məcburi köçməsindən bəhs olunur. |
Bildirilib ki, 1907-ci il mayın 12-də İrəvanın Şəhər məhəlləsində anadan olan Səid Mirəli oğlu Rüstəmovun evləri İrəvanda, Göy məscidin yanında idi.Türkiyədən qayıtdıqdan sonra evlərini dağılmış görən Rüstəmovlar ailəsi 1919-cu ildə Gəncəyə köçürlər. |
Burada Səidin böyük qardaşı Mir Hüseyn ermənilər tərəfindən öldürülür. |
Ailə Gəncədə çox qalmır və Ağdaşda məskunlaşır. |
Süjetdə vurğulanıb ki, bəstəkar, dirijor və pedaqoq kimi tanınan, fəaliyyəti və həyatı boyu vətən nisgili yaşayan sənətkar 1983-cü il iyunun 10-da Bakıda dünyasını dəyişib və I Fəxri xiyabanda dəfn olunub. |
Diqqətə çatdırılıb ki, ictimai xadim kimi də tanınan Səid Rüstəmov yaradıcılığında yaşadığı yanğıları, nisgilini əsərləri ilə izhar edib. |
Süjetdə şahidlər Rüstəmovlar ailəsinin acı taleyindən faktlarla söhbət açırlar. |
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. |
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. |
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir. |
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. |
Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının Britaniyadakı səfir vəzifəsinə namizədliyi təsdiqlənib. |
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb. |
Qeyd olunur ki, 2024-cü il martın 7-də cümə axşamı Ukrayna Prezidenti Volodimir Zelenski Valeri Zalujnının Ukraynanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyini razılaşdırıb. |
Ukrayna Xarici İşlər Nazirliyi Britaniya tərəfinə məsələ ilə bağlı müvafiq sorğu göndərib. |
Xatırladaq ki, Ukraynada müharibə başlayandan bəri orduya rəhbərlik etmiş Zalujnı fevralın 8-də istefa verib. |
Onun yerinə Quru Qoşunlarının komandanı Aleksandr Sırski təyin edilib. |
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan futbol qarşılaşması ilə əlaqədar olaraq bəzi küçələrdə avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb. |
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. |
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən futbol qarşılaşması ilə əlaqədar olaraq Molla Pənah Vaqif və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən “Gənclik” m/st. |
istiqamətində, Əhməd bəy Ağaoğlu küçəsi, Tofiq Bəhramov adına stadionun qarşısında, Fətəli Xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsindən “Gənclik” m/st. |
istiqamətində, Nəsib bəy Yusifbəyli və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən “Gənclik” m/st. |
istiqamətində məhdudiyyət tətbiq edilmişdi. |
07.03.24, 21:54"Futbol matçı ilə əlaqədar Bakının bir sıra yollarında məhdudiyyət tətbiq edilib. |
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib. |
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən futbol qarşılaşması ilə əlaqədar olaraq Molla Pənah Vaqif və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən metronun “Gənclik” stansiyası istiqamətində, Əhməd bəy Ağaoğlu küçəsi, Tofiq Bəhrəmov adına stadionun qarşısında, Fətəli Xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsindən metronun “Gənclik” stansiyası istiqamətində, Nəsib bəy Yusifbəyli və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən metronun “Gənclik” stansiyası istiqamətində məhdudiyyət tətbiq edilib. |
2023-cü ildə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti inzibati xətalar törətdiklərinə görə 59 nəfər vəzifəli şəxsə 57,3 min manat cərimə tətbiq edib. |
Bu barədə nazirlik məlumat yayıb. |
Məlumata görə, həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib. |
Dövlət Maliyyə Nəzarəti Xidmətinin iş planına əsasən aparılmış nəzarət tədbirləri ilə (Respublika Baş Prokurorluğuna göndərilən bir nəzarət tədbiri istisna olmaqla) aşkar edilən nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində müvafiq protokollar tərtib edilib. |
Xidmət hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması, belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına məktublar göndərib, müvafiq tövsiyələr verib. |
Avropa ölkələrində tutuquşu xəstəliyi adlandırılan ornitoz hallarının artması müşahidə olunur. |
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2023-cü ildən 2024-cü ilin əvvəlinə qədər bu xəstəliyə yoluxanların sayında artım qeydə alınıb. |
Xəstələr arasında Almaniya, Niderland, Avstriya, Danimarka və İsveç sakinləri də var. |
Son bir neçə ayda epidemiyanın beş avropalının ölümünə səbəb olduğu bildirilir. |
ÜST nümayəndələri quş sahiblərini qəfəsləri təmiz saxlamağa, heyvanlarla işləyən insanları isə əl gigiyenasına diqqətlə nəzarət etməyə çağırıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.