Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Bu idman növü həm maraqlıdır, həm də təhlükəlidir. |
Hər axşam qardaşımla birlikdə at çapırıq. |
Özümüzü filmlərdəki at çapan qəhrəmanlar kimi hiss edirik. |
- Sənə görə, maraqlı və təhlükəli tərəfləri hansılardır? |
- Çox adam atlardan qorxur, amma qorxmaq lazım deyil. |
Mən 9 yaşımda fayton da sürmüşəm. |
atın cilovunu tutmaq böyük məharət və güc tələb edir. |
Atın məni yıxmasından qorxmuram, çünki qorxu ilk dəfə yıxılana qədərdir. |
Mən isə artıq bir neçə dəfə yıxılmışam. |
At çapmağa təzə başlayanda bir dəfə ingilis cins atından yıxılmışam, amma günah məndə deyildi. |
Dəniz qırağında atın ayağı büdrədi, yıxıldı. |
Mən hələ də öyrənirəm və gələcəkdə daha da professional at çapa bilmək üçün öz üzərimdə çalışıram. |
- Sənə Qarabağ atı hədiyyə olunub, doğrudurmu? |
- Bəli, həmin Qarabağ atına Sərəyim adını vermişəm. |
Atım mənə çox sadiqdir, sakit təbiətli atdır. |
Öz atımla da, Sərhədçi Atçılıq Mərkəzinin atları ilə də hər gün bir neçə saat məşğul oluram. |
Atlar nizam-intizamı və proqramlı işləməyi sevirlər. |
Bir gün məşq etməyəndə prosesləri unudurlar, tənbəlləşirlər. |
- Doğrudur ki, at enerjini hiss edə bilir və insanları məhz bu səbəbdən ya özünə yaxın buraxır, ya da buraxmır? |
- Məncə də elədir, enerji çox önəmlidir. |
Ümumiyyətlə, ata yaxınlaşmazdan öncə onun sahibindən at barədə məlumat almalısan. |
Atın xarakterini, təbiətini bilmədən ona yaxınlaşmaq risklidir. |
Minməyə çalışmaq isə ən böyük səhvlərdən biridir. |
At yeganə heyvandır ki, onun üzərindəki insanın təcrübəli və ya təcrübəsiz olduğunu dəqiq başa düşə bilir. |
Əgər at hiss etsə ki, siz təcrübəsizsiniz, sizi üstündən atacaq. |
Atlar çox eqoist və təkəbbürlü olurlar. |
Hər kəsin onların üzərinə çıxmasına icazə verməzlər. |
Mən at qaçarkən, yeriyərkən belə ayağını səhv atmasını (atın addımı sağ çiyniüstə sağ ayaq, sol çiyniüstə isə sol ayaqla olmalıdır - red.) |
Yəhərindən tutmaqdan, ayaqların qoyuluşuna, oturuşa qədər doğru qamətdə olmalısınız. |
Atlar sahiblərinin qoxusuna da həssasdırlar. |
Öz sahibləri ilə qucaqlaşmağı sevirlər. |
- Sənin kimi bu riskləri gözə alan daha 14 idmançı qız var, elə deyilmi? |
Bu idman növündə karyeranı çox erkən yaşda başlamısan. |
Özünə neçə yaşa qədər limit qoymusan? |
- Əslində qızlar at sürməyi xoşlayırlar. |
Öyrənmək üçün mənə belə müraciət edən qızlar da çoxdur. |
Sadəcə qızlar hər zaman baxımlı, gözəl olmağı xoşlayırlar. |
Bu idman növündə isə hər zaman gözəl olmaq mümkün deyil. |
Təsəvvür edin, mən saçlarımı fenləyirəm, at belindən düşəndə elə bilirəm ki davadan gəlirəm(gülürəm). |
Məsələn mənim burnum sınıb, əməliyyat etdirmirəm. |
Qızların çoxu isə bunu gözə ala bilmir. |
- Sosial şəbəkələrdə ata təlim keçdiyinə dair videolara da rast gəldim. |
Artıq atlara özün təlim keçirsən? |
- Bəli, yavaş-yavaş təlimləri də keçirəm. |
At ilə ünsiyyət qurub onu özümə tabe etməyə çalışıram. |
Elə atlar var ki, manejdə maneələr qurulanda qorxur. |
Elə atlar da var ki, bir dəfə dövrə vurduqdan sonra daha əzmlə qaçır və maneələri dəf edir. |
Atlara 4 yaşından sonra minmək lazımdır. |
Hazırda çəkiliş etdiyimiz bu atın 25 yaşı var, fransız atıdır. |
Yarışlarda çox böyük uğurlar qazanıb. |
Demək olar ki, 20 ildən çoxdur at buradadır və gəzmədiyi ölkə qalmayıb. |
Amma bütün hallarda gənc atların təlimi daha rahat olur. |
Ortalama bir atın təlimlərə yatması üçün ən azı 1-2 il müddət lazımdır. |
Onunla xarakterinə uyğun davranmalısan. |
Elə at var o sığalla tərbiyə edilir, eləsi də var ki sərt davranmalısan ki tabe olsun. |
Hər biri ilə də dil tapmaq üçün özümü təcrübəli hesab edirəm. |
Çünki 4 yaşından at belindəyəm. |
Atçı ailəsindən dünyaya gəlmişəm və çoxlu, fərqli cinslərdə, xarakterlərdə atlarım olub. |
- Dövlət Sərhəd Xidmətinin rəisi, Atçılıq Federasiyasının prezidenti, general-polkovnik Elçin Quliyev də sənin atçapma bacarığını görüb və sənin atçılıq idmanı ilə məşğul olmağın üçün zəruri olan süvari geyimi ilə təmin edilməsi üzrə tapşırıq verib. |
Uğurlarınla generalın diqqətini çəkə biləcəyini düşünürdünmü? |
- Təbii ki, mən heç ağlıma da gətirməzdim ki, kiçik yaşlarımdan 10 milyonluq Azərbaycan xalqı tərəfindən belə seviləcəyəm. |
Xüsusilə də Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin mənimlə maraqlanması çox qürurverici idi.Atamla bizi qəbul etdi və mənə uğurlar arzuladı. |
Bu idman növünə marağımı görüb bildirdi ki, özümü daha da inkişaf etdirməyim üçün Atçılıq Federasiyasının, eləcə də Sərhədçi Atçılıq Mərkəzinin imkanlarından istifadə edə bilərəm. |
- Hazırda 15 yaşlı Gülay konkur idman növündə özünə rəqib görürmü? |
Heç mənim at belində fəndlər edə bilən rəqibim də yoxdur. |
Düzdür, konkur idman növü ilə məşğul olmağa başladıqdan sonra daha fəndlər etmirəm. |
Amma yarışlarda da özümə rəqib görmürəm. |
- Səni 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm. |
- Ən böyük arzularımdan biri Qarabağ atımın olması idi, gerçəkləşdi. |
Növbəti arzum isə tezliklə xarici ölkələrdə konkur idman növü üzrə yarışlarda iştirak etməkdir. |
Azərbaycanı təmsil edərək dünya ölkələri arasında birinci yerə çıxmaqdır. |
Abşeron rayonunun Novxanı kəndindəki Sərhədçi Atçılıq Mərkəzinin açıq manejində keçirilən konkur yarışlarında Cera-59 adlı atla beşinci yeri tutmuşdum. |
Ölkədaxili yarışlarda iştirak etmişəm və müxtəlif mükafatlara layiq görülmüşəm. |
Bu ilin iyun ayında da bir yarışımız gözlənilir, ona hazırlaşıram. |
Həftənin beş günü intensiv məşqlər edirəm. |
İki günü isə özümə istirahət verirəm, yarışlara hazırlıq zamanı isə bütün həftəni burada məşq edirəm. |
Atları sevdiyim üçün heç yorulmuram, bu işdən enerji alıram. |
Daha çox foto burada:PhotoStock.az"Könül Cəfərli |
Jurnalist Hafiz Babalı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. |
APA xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qəbul edilən qərara əsasən, Hafiz Babalı barəsində həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb. |
Xətai rayon Məhkəməsi, həmçinin “Abzas Media” saytının əməkdaşı Elnarə Qasımova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə qərar verib. |
Elnarə Qasımova barəsində həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb. |
Qeyd edək ki, ötən il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də isə saytının əməkdaşı Nərgiz Absalamova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib. |
Daha sonra jurnalist Hafiz Babalıya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib. |
Paytaxtda bir çox parklarda vətəndaşların istifadəsi üçün nəzərdə tutulmuş ictimai “Wi-Fi”dan istifadə etmək olmur. |
Cəmiyyətin bütün üzvlərinin internet xidmətlərindən istifadəsini təmin etmək məqsədilə quraşdırılan pulsuz “Wi-Fi” şəbəkəsinin hazırkı vəziyyəti görülən işi də, çəkilən xərci də boşa çıxarır. |
Sual yaranır:əgər internetdən istifadə əlçatan olmayacaqdısa, niyə quraşdırılırdı? |
Məsələ ilə bağlı “Baktelecom”dan bildirilib ki, ictimai “Wi-Fi” xidmətinin təqdim edildiyi ərazilər istifadə intensivliyi və tələbat səviyyəsinə uyğun müəyyən edilir. |
Telefonun xüsusiyyəti, tənzimləmə sistemi, ötürülən dalğanın zəif olduğu nöqtədən qoşulmağa cəhd, ərazidə yerləşən elektrik xətlərində aparılan təmir işləri internetə qoşularkən çətinlik yarada bilər. |
7 mart tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın yeddinci görüşü keçirilib. |
Oxu.Az xəbər verir tərəflər delimitasiya məsələləri üzrə fikir mübadiləsi aparıb və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılmasına başlayıb, habelə delimitasiya işlərinin görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər. |
Tərəflər Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırmasını ən qısa zamanda başa çatdırmaq barədə sövdələşiblər. |
Tərəflər, həmçinin komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər. |
Bu gün Beynəlxalq Qadınlar Günü ərəfəsində İtaliyanın Qarvio Fondu Tehrandakı “Evin” həbsxanasında həbsdə olan güneyli hüquq müdafiəçi və 2023-cü il Nobel Sülh Mükafatının laureatı Nərgiz Məhəmmədinin şərəfinə qoyulan xatirə lövhəsinin təqdimat mərasimini keçirib. |
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. |
Bildirilir ki, Milanda bir parkda şəhər merinin müavini və bir sıra rəsmilərin iştirakı ilə keçirilən təqdimat mərasimində Təqi Rəhmani həyat yoldaşı Nərgiz Məhəmmədinin məktubunu oxuyub. |
“Evin” həbsxanasından göndərdiyi məktubda Nərgiz Məhəmmədi İtaliya xalqını, beynəlxalq ictimaiyyəti, insan haqları və qadın hüquqları təşkilatlarını İran və Əfqanıstanda qadınlara qarşı olan cinsi ayrıseçkiliyə və azadlıqlarının əllərindən alınmasına qarşı mübarizə aparmağa çağırıb. |
Kürdəmir xəstəxanasında azyaşlının ölümü ilə bağlı cinayət işi başlanıb. |
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. |
Kürdəmir rayonu sakini 2019-cu il təvəllüdlü H.N-nin (şərti) “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də həkim müayinəsindən keçməsinə baxmayaraq, müayinələr zamanı ağciyərlərin hemorragik pnevmoniyasının müəyyən edilməməsi və onun həmin xəstəlik səbəbindən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.