Search is not available for this dataset
text
stringlengths
10
518k
Buna görə də Parisin Rusiya ilə yanaşı, Qərbdən də “qisas” almaq istəyi başadüşüləndir.
Yəni Fransanın təşəbbüsündə “bölücülük əsasında birləşdiricilik” elementləri nəzərə çarpa bilər.
Lakin Parisin istəyi reallaşmaq ərəfəsində olsa belə, onun ümumi olaraq performansı və dayanıqlılığı şübhəli görünəcək.
Çünki Rusiya Avropada alternativ hərbi alyans qurulması planını özünə qarşı qarşıdurma xətti kimi qiymətləndirməyə davam edəcək.
Bu isə Avropada Moskva ilə birbaşa toqquşma qorxusunu artıran məqamdır, ona görə Parisin öndərliyi altında hansısa bir qurumun təsisi az ehtimal olunandır.
Azərbaycanda fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkisindən sonra müşahidəçi kimi bizimlə əməkdaşlıq edə qurumlardan Mərkəzi Seçki Komissiyasına məktublar daxil olur.
APA-nın xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.
Məzahir Pənahov deyib ki, həmin qurumlar seçkinin yüksək səviyyədə keçdiyini bildirirlər.
“Son prezident seçkisində öncəki seçkilərlə müqayisədə xaricdə səs verən vətəndaşlarımızın sayı iki dəfə çox oldu”.
APA-nın xəbərinə görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.
Məzahir Pənahov deyib ki, bu, MSK və Xarici İşlər Nazirliyinin birgə əməkdaşlığı nəticəsində mümkün olub:""“Bu bizim üçün tarixi seçki idi.Çünki birinci dəfə beynəlxalq səviyyədə ölkənin tanınan bütün ərazilərində keçirilirdi”.
MSK sədri qeyd edib ki, bu il Şuşa, Laçın, Zəngilanın Ağalı kəndi, Ağdərə və Füzulidə azad edilmiş ərazilərdə ilk dəfə bələdiyyə seçkisi keçiriləcək:""“Həmin vaxta qədər də o yerlərə yenə insanlar köçürüləcək.
Bizim üçün əsas məsələ seçki komissiyalarının bu prosesə hazır olmasıdır”.
İspaniyanın Qranada Universitetinin alimləri müəyyən ediblər ki, qacet vərdişi altında onlayn ünsiyyət asıllılığı gizlənə bilər.
Təcrübədə iki qrupa bölünmüş 86 bakalavr iştirak edib.
Birinci qrupdan olan könüllülər əlaqə siyahısındakı ən aktiv istifadəçilərə geribildirim almaq üçün virtual reallıqdan istifadə edərək eksperimentdə iştirak edəcəklərini bildirən mesaj göndərməli olublar.
İkinci qrupdakı iştirakçılara isə belə bir mesaj göndərməyiblər.
Bu hazırlıq mərhələsindən sonra iştirakçılar əslində virtual reallıq eynəklərindən istifadə edərək tapşırığı yerinə yetirməyə başladılar.
Eyni zamanda, onların mobil telefonları stolun üstündə üzü aşağı qoyulub.
Təcrübə zamanı alimlər xüsusi sensorlar vasitəsilə dərinin elektrodermal aktivliyini ölçməklə iştirakçıların emosional oyanma səviyyələrini izləyiblər.
Nəticələr göstərdi ki, mesaj göndərən insanların telefonlarını kənara qoymaq zərurəti ilə əlaqədar narahatlıq səviyyəsi daha yüksək olub.
Həmçinin, onlardan istifadə etmək üçün icazə aldıqdan sonra ikinci qrupdakı iştirakçılara nisbətən daha çox emosional həyəcan yaşayıblar.
Alimlər elektrik avtomobillərinin əvvəllər düşünüldüyü kimi ekoloji cəhətdən təmiz olmadığına dair sübutlar tapıblar.
Müəlliflər onların benzin mühərrikli avtomobillərdən daha zəhərli olduğunu iddia edirlər.
Mütəxəssislər bunu elektromobillərin benzinlə işləyən avtomobillərdən əhəmiyyətli dərəcədə ağır olması ilə izah ediblər:Maşınların çəkisi təkərlərə və əyləclərə daha çox təzyiq edərək, onların daha tez köhnəlməsinə səbəb olur, nəticədə daha çox hissəciklər və ya mikroplastiklər buraxırlar.
Bu hissəciklərlə tənəffüs etmək sağlamlıq problemlərinə səbəb ola bilər.
Müəlliflərin sözlərinə görə, təkər və əyləc tullantıları, emissiyaları azaldan filtrlərlə təchiz edilmiş müasir səsboğucu borularından 1850 dəfə çox hissəciklər buraxır.
Nəzəriyyəyə qarşı çıxanlar isə bildiriblər ki, elektrik avtomobilləri generator kimi fəaliyyət göstərən regenerativ əyləc sistemləri ilə təchiz olunub - avtomobilin diapazonunu artırmaq üçün enerjini avtomobilin elektrik sisteminə geri qaytarır.
Qeyd olunub ki, bu sistemlər əyləcləri qorumağa kömək edir və buna görə də onlar daha yavaş köhnəlirlər.
Bununla belə ABŞ Ətraf Mühit Agentliyi (EPA) məsələ ilə bağlı öz araşdırmasına başlayıb.
Paytaxtın mərkəzi küçələrinin birində yerləşən ictimai-iaşə obyektlərindən pul və mobil telefonların oğurlanması barədə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə məlumat daxil olub.
Həyata keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Kamran Bədirov və qohumu 26 yaşlı Səlim Bədirov müəyyən edilərək saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bölmə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı bankomatlardan birinin qarşısında 91 yaşlı kişinin bank kartından oğurluq edən, əvvəllər məhkum olunmuş 44 yaşlı Elnur Əhmədov saxlanılıb.
E.Əhmədov etibardan sui-istifadə edərək bankomatdan pul çıxarmaq üçün ondan kömək istəyən ahıl yaşlı şəxsin 650 manatını ələ keçirib, əvəzində isə zərərçəkənə saxta əsginaslar verib.
9-cu PB əməkdaşlarının həyata keçirdikləri növbəti tədbirlərlə üzərində odlu silah-sursat saxlayan, əvvəllər məhkum olunmuş Bəxtiyar Cavadov və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Taleh Hümbətov saxlanılıblar.
B.Cavadovdan bir ədəd “Makarov” markalı tapança, beş ədəd patron, T.Hümbətovdan isə 1 kiloqram 220 qram heroin, 650 qram marixuana, 120 qram tiryək və 503 qram psixotrop maddə metamfetamin aşkar olunub.
Aşkar edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.
AFFA İntizam Komitəsi U-17 Liqasında keçirilən “Neftçi” - “Səbail” oyunu zamanı dalaşan hər iki komandanın bir futbolçusunu cəzalandırıb.
Oxu.Az xəbər verir ki, görüşün 90-cı dəqiqəsində yaşanan qarşıdurma zamanı “Neftçi”dən Sadiq Məmmədli, “Səbail”dən Elmar Baxşızadə bir-birilərini təpik və yumruqla vurublar.
“Səbail”in digər futbolçusu Kərim Orucov 90-cı dəqiqədə qol vurulan zaman rəqibin texniki zonası önündə qeyri-etik jest edib və qarşıdurma vaxtı rəqibi vurub.
Onun komanda yoldaşı Fariz Hüseynov isə hakimi təhqir edib.
Adları sadalanan dörd futbolçunun hər biri 4 oyunluq diskvalifikasiya edilib.
“Neftçi”nin üzvü Həsən Mahmudov isə “Səbail”dəki həmkarını təhqir etdiyi üçün 3 matçlıq cəzaya məruz qalıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri regionlarda yerləşən kolleclərdə monitorinq keçiriblər.
Bu barədə agentlik məlumat yayıb.
Agentliyin orta ixtisas təhsili müəssisələri ilə iş sektorunun müdiri Səbinə Ənvərli və Hüquq və insan resursları sektorunun müdiri Siyavuş Əhmədzadə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci, Ağdaş Dövlət Humanitar Kolleci, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci, Şamaxı Dövlət Regional Kolleci və Şəki Dövlət Regional Kollecində olublar.
Aparılan monitorinqlər zamanı müəllim və tələbə heyətinin problemləri, şikayət və təklifləri dinlənilib, müvafiq qeydlər aparılıb və suallar cavablandırılıb.
Həmçinin tədris sənədləri yoxlanılıb, aşkar olunan nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, orta ixtisas müəssisələrində monitorinqlərin keçirilməsində əsas məqsəd müəssisələrdə tədrisin təşkilini izləmək, problem və ehtiyacları müəyyən etmək və onlara uyğun tədbirlər görməkdir.
Almaniyada yaşayan 18 yaşlı gənc parklanma qaydalarını pozanlar üçün əsl kabusa çevrilib.
Belə ki, o, artıq Greaenhaynihendən olan sakinlərə qarşı 4227 donos yazıb.
Niklas Mattey bundan utanmır və özünü “çuğulluq ustadı” adlandırır.
Məsələ burasındadır ki, hər zaman xüsusi geyimdə olan gənc qayda pozanların avtomobillərinin şəkillərini çəkir, sonra isə onları polisə göndərir.
O, artıq yaşadığı şəhərin əhalisinin 8%-ni çuğullayıb, beləliklə şəhər büdcəsinə əlavə 140 min avro qazandırıb.
Şəhərdə Niklasla bağlı sorğu keçirilib və bütün respondentlər onu kəskin tənqid ediblər.
Matteinin özü fəaliyyətinə görə davamlı olaraq təhqir və aqressiya ilə üzləşdiyini bildirir.
Bununla belə gənc, heç kəsdən qorxmadığını deyərək, bu hissin ona yad olduğunu bildirib.
Sosial şəbəkələrdə Yəmən sahillərindən qorxunc görüntülər yayılıb.
Kadrlarda sahildə məhv olan milyonlarla krevet (xırda dəniz xərçəngi) əks olunub.
Məlumata görə, görüntülər Hadramautadandır.
Mənbə:“Svejesti” “Telegram” kanalı
Ukrayna Baş Kəşfiyyat İdarəsinin Beynəlxalq Legionuna 50-dən çox ölkədən könüllülər daxildir.
Bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsindən məlumat verilib.
“Martın 7-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Beynəlxalq Legionunun yaradılmasının ildönümüdür.
Legion dünyanın 50-dən çox ölkəsindən könüllüləri birləşdirdi, onlar genişmiqyaslı işğaldan sonra ukraynalıların köməyinə gəldilər və Rusiya qoşunlarına qarşı döyüşməyə başladılar”, - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, Baş Kəşfiyyat İdarəsinin bölməsinə ABŞ, Böyük Britaniya, Avstraliya, Danimarka və Avropa, Asiya, Afrika və Cənubi Amerikanın digər ölkələrindən təcrübəli döyüşçülər, xüsusi əməliyyat qüvvələrinin veteranları və digər hərbi birləşmələr daxildir.
“Kiyevin müdafiəsi, Xarkov, Nikolayevskaya, Xerson, Zaporojye, Donetsk vilayətlərində gedən döyüşlər - Legionun əsgərləri Moskva ilə qarşıdurmanın bütün qaynar nöqtələrində iştirak edib və düşmənə qarşı cəsarətli döyüşü davam etdirirlər”, - deyə qurumdan əlavə edilib.
Güney Azərbaycanın Əhər-Heris-Təbriz magistralında “Peugeot” və “Samand” markalı iki minik avtomobili toqquşub.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Fövqəladə Hallar İdarəsindən verilən məlumata görə, baş verən qəzada dörd nəfər ölüb, doqquz nəfər ağır yaralanıb.
Yaralıların dərhal xəstəxanaya yerləşdirildiyi bildirilir.
Bakıda təcili tibbi yardımın işindən narazı qalan vətəndaş Lent.az-ın redaksiyasına şikayət ünvanlayıb.
Şikayətə əsasən, Xəzər rayonu Binə Sovxoz adlanan ərazidə yaşayan sakin fevral ayında 2 dəfə, mart ayında isə bir dəfə təcili tibbi yardıma müraciət edib.
Fevral ayında olan müraciətlərə 2 saatdan artıq müddətə həkim briqadası gəlsə də, mart ayında 2 yaşlı körpənin yüksək temperaturuna görə etdiyi çağırışa gələn olmayıb.
Nəticədə əlacsız qalan vətəndaş gecə saatlarında başqa həkimə müraciət edib və iynə vurulduğu üçün uşağın qızdırması düşüb.
Şikayətçinin sözlərinə görə, artıq yatandan sonra gecəyarı “təcili” tibbi yardım əməkdaşı zəng edərək gəlib-gəlməməli olduqlarını soruşub.
Qeyd edək ki, ərazidə təcili tibbi yardımın son zamanlar bərbad iş vəziyyəti və etinasızlıq sakinlərin narazılığına səbəb olub.
Problemin təcili yardım stansiyasında avtomobil yaxud həkim çatışmazlığı səbəbindən yarandığını məntiqə uyğun düşünsək də, TƏBİB-in araşdırması nəticəsində gələn cavab belə oldu:""12 fevral saat 22:59 tarixində daxil olan çağırış saat 00:56-da, 17 fevral saat 23:57-də daxil olan müraciət 01:39-da icraya verilib.
Qeyd edək ki, 103 çağrı mərkəzinə daxil olan çağırışlar təcili və təxirəsalınmaz olaraq çeşidlənir.
İlk olaraq təcili və həyati əhəmiyyət kəsb edən müraciətlər icra olunur.
Təxirəsalınmaz çağırışlar isə gözləməyə alınır.
Hər iki çağırış təxirəsalınmaz hal olduğu üçün gözləməyə alınıb.
05.03.2024-cü il saat 21:14 tarixində N.O (şərti adla) Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə temperatur səbəbilə müraciət daxil olub.
Qeyd edək ki, təcili çağırışlar ilk olaraq icra olunduğu üçün və temperatur təxirəsalınmaz çağırış sırasına daxil olduğuna görə gözləməyə alınıb”.
Rəsmi cavabdan belə çıxır ki, xidmət yalnız ölüm ayağında olanlar üçün təcilidir.
Çox gözəl, təbii ki, ölümlə çarpışanı xilas etmək lazımdır.
Amma yəni ölüm vəziyyətində olanlar bu qədər çox olub ki, 3 saata ambulans gəlib çatdıra bilməyib?
Bəlkə daha səmimi olub avtomobil yaxud həkim azlığını qeyd edəsiniz...""Vətəndaşın iddiasına görə, özü və körpə övladı üçün müraciət edilən zaman kəskin ağrı dözülməz olub və təcili tibbi yardıma ehtiyac yaranıb.
Ancaq təəssüf ki, təcili tibbi yardım stansiyası 2 yaşlı körpə üçün edilən müraciəti də həyati əhəmiyyətli saymayıb və çağırışa gəlməyib.
“Türkiyə və Azərbaycanın rəhbərliyi altında Zəngəzur dəhlizinin açılması ilə türk dünyasının əsri başlayacaq.
Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında ikitərəfli ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq mümkündür.
Yaşından və mövqeyindən asılı olmayaraq, təhsil almaq və ya əlavə ixtisasa yiyələnmək heç vaxt gec deyil.
Əsas odur ki, aldığın təhsilin, əlavə peşənin özünə, cəmiyyətə bir faydası olsun.
Elə 73 yaşlı arıçı Musa Mahmudov kimi.
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin arıçılıq fakültəsində oxuyan M.Mahmudov Azərbaycanın ən yaşlı tələbəsidir.
Musa Mahmudov Kamal oğlu 1951-ci ildə Qəbələ rayonu Vəndam kəndində doğulub.
Orta məktəbi bitirdikdən sonra Bakıda avtomobil çilingəri kimi çalışıb.
1972-ci ildə həqiqi hərbi xidmətini başa vuraraq, Mingəçevir Politexnik Texnikumuna qəbul olub və orada yaşayıb, işləyib.
M.Mahmudov 2004-cü ildən arıçılıqla məşğuldur.