Search is not available for this dataset
text
stringlengths
10
518k
Hacı Zeynalabdin Tağıyevin vurğuladığı kimi, “Savadlı qadın savadlı anadır və savadlı ana övladlarına zəngin dünyagörüşü bəxş edir”.
Bu yanaşma bu gün də özünü doğruldur.
Təsadüfi deyil ki, bu gün Azərbaycan cəmiyyətində qadınlar vitse-prezident, spiker və parlament üzvləri kimi aparıcı vəzifələrə yüksəlməkdə davam edir.
Şübhəsiz ki, qadınlar “AmCham”ın rəhbərliyində hər zaman mühüm rol oynayaraq problemlərin öhdəsindən səmərəli şəkildə gəlmək qabiliyyətimizi daha da gücləndiriblər.
2014-cü ildə nümayəndə heyətimizi qəbul edərkən ölkə başçısının bu istiqamətdə verdiyi müvafiq tövsiyələrə uyğun olaraq, həmin tarixdən etibarən qadınların səlahiyyətləndirilməsinə sadiqlik “AmCham” üçün uzunmüddətli prioritetə çevrilib.
O vaxtdan bəri biz direktorlar şuramızda qadınların təmsilçiliyini artırmış və müxtəlif təşəbbüslər həyata keçirmişik, o cümlədən bu yaxınlarda qadınların səlahiyyətlərinin artırılmasına dair mövqe sənədini ərsəyə gətirmişik.
Gender bərabərliyinin təşviqi və qadınların peşəkar şəkildə inkişaf etmələri üçün əlverişli mühitin yaradılması məsələləri davamlı olaraq bizim diqqət mərkəzimizdədir.
Nəticə olaraq qeyd edirik ki, “AmCham”ın strategiyaları, o cümlədən qadınların hüquq və imkanlarını inkişaf etdirməyə olan öhdəliyi hökumətin siyasətləri ilə həmişə üst-üstə düşür.
Bu Beynəlxalq Qadınlar Günündə icazə verin qadınların səlahiyyətlərini genişləndirmək və hamı üçün daha inklüziv cəmiyyət qurmaq öhdəliyimizi bir daha bəyan edək.
Bu özəl gün münasibətilə hər birinizi bir daha ürəkdən təbrik edirəm!
Hörmətlə, Azərbaycanda Amerika Ticarət Palatasının prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu.
Bakıda Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşməsi ilə bağlı konfrans keçirilib.
Konfransda iki kino qurumunun birləşməsi və beləliklə Azərbaycan Kinematoqrafçılar İttifaqı adlı yeni birliyin yaradılması qərara alınıb.
Sözügedən tədbirdə birləşmə qərarının əleyhinə çıxış edən yeganə şəxs isə tanınmış kinorejissor, ssenarist, prodüser, ARKİ idarə heyətinin katibi Oqtay Mirqasımov olub.
AKİ üzvlərinin sayı ARKİ üzvlərinin sayından qat-qat çox idi.Nisbət 3:1 idi.AKİ-nin fəalları və komandirləri ilə dəfələrlə üzbəüz oturub, danışmışıq.
Onlara demişdik ki, gəlin seçkiyə hər iki tərəfdən eyni sayda heyət seçək ki, söhbət təmiz olsun.
Təklif etdik ki, halallıq olsun deyə, hər iki tərəfdən sədr seçək, həmsədrlər olsunlar - Şəfiqə Məmmədova və Rasim Balayev.
Hesab etdik ki, Azərbaycan xalqının mentallığına yaraşan bir iş ola bilər.
AKİ tərəfdən Əli İsa Cabbarov adlı adam, əgər bunu tanıyan varsa, dedi ki, belə olan halda öz namizədliyimi irəli sürəcəyəm.
Bizim idarə heyəti buna getməməli idi.Çünki iş elə qurulmuşdu ki, ədalətli seçki aparmaq qeyri mümkün idi”, - deyə O.Mirqasımov bildirib.
Rejissor qeyd edib ki, 1967-ci ildən Kinematoqrafçılar İttifaqının üzvü olub:""“Azərbaycanda vaxtilə bir Kinematoqrafçılar İttifaqı var idi.1967-ci ildən mən də həmin ittifaqın üzvü idim.
Sonradan müəyyən hadisələr baş verdi və mən oradan çıxdım.
Bu, xoşagəlməz, hətta, məncə, iyrənc hadisələr idi.
Biz yeni qurum olan ARKİ-ni yaratdıq.
Digər qurum isə ləğv edilmədi, amma çox hörmətdən düşdü”, - deyə rejissor davam edib.
O xatırladıb ki, yaratdıqları quruma Xalq artisti Şəfiqə Məmmədovanı sədr seçiblər.
O.Mirqasımov birləşmə ideyasına ilkin olaraq müsbət yanaşdığını söyləyib:""“Yaxşı ideya idi.
Biz hamımız deyirdik, yazırdıq ki, birləşmə pozitiv addımdır.
Sonra hər iki ittifaqın tərkibini müəyyənləşdirdik.
Digər ittifaqın iclasda iştirak edəcək tərkibi isə getdikcə artırdı.
İş orasındadır ki, uzun müddət AKİ-nin üzvlüyünə ekstra qəbul elan olunmuşdu.
Onlar üzvlərinin sayını süni surətdə artırırdılar.
Kino adamlarının demək olar ki, hamısını tanıyıram.
Amma sözügedən seçki keçirilən salonda xeyli naməlum adamları gördüm.
Onlar da mandatlarını çox böyük məmnuniyyətlə qaldırırdılar”.
O.Mirqasımov Rasim Balayevin idarəçilik və rəhbərlik təcrübəsinin olmadığını əlavə edib:""“Rasim Balayev bacarıqlı, məşhur aktyordur, amma idarəçiliyi bacarmır.
Onun idarəçilik təcrübəsi yalnız bütün işlərin başında duran başqa bir şəxsin göstərişlərini icra etməkdir.
O, sadəcə kağızlara qol çəkirdi.
Çünki mən onunla dostam, filmlərimdə də çəkilib.
Uzun illərdir, eyni istiqamətdə çalışırıq.
Estoniyanın baş naziri Kaya Kallas Avropa Komissiyasının (AK) rəhbəri seçkisində namizəd olmaq təklifindən imtina edib.
Qeyd olunur ki, iyunun 6-9-na təyin edilmiş Avropa seçkisində Aİ-nin əsas institutlarının, o cümlədən AK-nin yüksək vəzifəli şəxslərinin təyin edilməsinə səbəb olacaq.
“Mən bu təklifin həm müsbət, həm də mənfi tərəflərini diqqətlə nəzərdən keçirdim, lakin Avropa Uğrunda Liberallar və Demokratlar Alyansının (ALDE) rəhbərliyinə məlumat verdim ki, bu rolu öhdəmə götürməyəcəyəm.
Mənim namizədliyimi irəli sürmək Estoniyaya öz problemlərimizi əsas müzakirələrdə qaldırmaq üçün yaxşı imkan verəcək, lakin ola bilsin ki, bu işi mənim namizədliyim olmadan da etmək olar”, - deyə Kallas cümə axşamı mətbuat konfransında bildirib.
Xatırladaq ki, indi Avropa Komissiyasına Ursula fon der Lyayen rəhbərlik edir.
O, qarşıdan gələn seçkidə iştirak edəcək.
“Ermənistan xarici işlər nazirinin beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi güdən bu kimi açıqlamaları reallıqları əks etdirmir”.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadənin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Anadolu” agentliyində dərc edilmiş müsahibəsini şərhində deyib.
“Belə ki, suverenlik və ərazi bütövlüyünün tanınmasına, Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsində 1991-ci il Alma-Ata bəyannaməsinə, bölgədə nəqliyyat və iqtisadi əlaqələrin qurulması üçün ölkələrin suverenliyi, yurisdiksiyası və bərabərliyi prinsiplərinə hörmətlə yanaşılmasının əhəmiyyətinə vurğu edən xarici işlər nazirinin təmsil etdiyi Ermənistanın bu prinsipləri 30 ildən artıq müddətdə pozmasını unutdurmağa çalışması təəssüf doğurur.
Bununla yanaşı, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın Üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərindən işğalçı qüvvələri çıxarmaması, ərazilərimizə silah-sursat, hərbi texnika və minaları ötürməkdə davam etməsi və digər kobud pozuntu və təxribatlar törətməsi, eləcə də qondarma rejimi təbliğ edən açıqlamaları barədə danılmaz faktlar Ermənistan tərəfinin əsl niyyətindən xəbər verir.
Ermənistanın ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı hal-hazırda da davam etdirdiyi iddialar xarici işlər naziri tərəfindən səslənən fikirlərlə tərs mütənasibdir.
Ermənistan tərəfinin daim istinad etdiyi Alma-Ata bəyannaməsinə qoşulan zaman verdikləri qeyd-şərtləri, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa qarşı çıxan qüvvədə olan qanunvericilik aktlarının mövcudluğu hər kəsə məlumdur.
Ermənistan tərəfinin əldə olunmuş razılıqlara və öhdəliklərinə zidd olaraq son üç il ərzində müxtəlif bəhanələrlə kommunikasiya xətlərinin açılmasına maneə törətməsi, məsələyə dair razılığın əldə olunması məqsədilə heç bir praktiki həll variantları təklif etməməsi, yalnız bir sıra populist çıxışlar etməsi bölgədə əməkdaşlığa heç bir halda töhfə verməyən amillərdəndir.
Ermənistan tərəfi bu kimi təxribatlar və Azərbaycana qarşı siyasi manipulyasiya dolu fikirlər əvəzinə, sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə riayət etməli və sülh prosesinə töhfə verməlidir”.
Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, mart ayının 6-da saat 06:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 11 kiloqram 250 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Rusiyanın Sverdlovsk vilayətindəki kollec və texniki məktəblərin tələbələri təhsil aldıqları müddətdə uşaq dünyaya gətirmək üçün maddi yardım ala biləcəklər.
Qeyd olunur ki, Regionun qubernatoru Yevgeni Kuyvaşevin qərarı ilə birdəfəlik ödəmə şəklində yeni dəstək tədbiri qəbul edilib.
Bu, yalnız dövlət kolleclərinin və texniki məktəblərin tələbələrinə aiddir.
Ödənişin miqdarı fərdi olaraq müəyyən ediləcək.
Əvvəllər maddi dəstək üçün sağlamlıq imkanları məhdud tələbələr, dövlət sosial yardımı alanlar müraciət edə bilərdilər.
Tədbir bir və ya iki valideynini itirmiş şəxslərə də şamil edilib.
2024-cü ildə tələbələrə təhsil müəssisələrinə maliyyə dəstəyi göstərmək üçün regional büdcədən 53 milyon rubldan çox vəsait ayrılıb.
Yeni ödənişlər üçün bu puldan vəsait ayrılacaq.
Səhər yeməyi rafinə olunmuş karbohidratlarla zəngin olan insanlar günə daha sağlam yeməklə başlayanlara nisbətən daha az cəlbedici görünürlər.
Bu barədə Fransanın Monpellye Universitetinin alimləri apardıqları araşdırmadan sonra elan ediblər.
Tədqiqatda rafinə olunmuş və olunmamış karbohidrogenlərlə zəngin qida qəbul edən 20-30 yaş arası 104 nəfər iştirak edib.
Rafinə olunmuş karbohidratlı səhər yeməyinə fransız bageti, cem, alma və ya portağal suyu, şəkərli çay və ya qəhvə daxil olub.
İkinci halda, səhər yeməyinə kərə yağı və pendirli tam taxıl çörəyi, portağal və ya alma, şəkərsiz çay və ya qəhvə daxil edilib.
Tədqiqatçılar səhər yeməyindən əvvəl və sonra iştirakçıların qan şəkərinin səviyyəsini ölçüblər, sonra insanların üzlərinin şəkillərini çəkiblər və görüntüləri onların nə qədər cəlbedici olduğunu müəyyən edəcək qruplara ötürüblər.
Nəticələr göstərdi ki, səhər yeməyində rafinə edilmiş karbohidratlar yemək kişilər və qadınlar arasında üz cəlbediciliyini azaldır.
“Pəhriz seçimlərimizin görünüşümüzə bu qədər sürətli təsir göstərməsi heyrətamizdir.
Bu cür fizioloji dəyişikliklər üz cizgilərini incə şəkildə dəyişdirə bilir” - deyə təkamülçü bioloq və araşdırma müəlliflərindən biri Kler Bertikat vurğulayıb.
Alimlər bu fərqin qan şəkəri və insulin səviyyələrindəki dəyişikliklərlə əlaqələndiriblər, bildiriblər ki, bu dərinin görünüşünə, həmçinin cinsi hormonlara uzunmüddətli təsir göstərir.
“Azərbaijan Fish Farm” ölkədə nərə balığının yetişdirilməsi, artırılması və qara kürü istehsalı üzrə ixtisaslaşmış ən böyük şirkətdir.
Davamlı inkişaf prinsiplərinə riayət edərək, şirkətin flaqman məhsulu olan “Baku Caviar” Xəzər regionunda etik kürü istehsalı standartını müəyyən edib.
“Azərbaycan Fish Farm” 2024-cü il martın 10-dan 12-dək ABŞ-nin Boston şəhərində keçiriləcək ən böyük balıq məhsullarının sərgisində iştirakını qürurla elan edir.
Sərgidə şirkət ekoloji dayanıqlığı vurğulayan və təbiətə qayğı ilə kürü istehsal edən Xəzər regionunda ilk kürü brendi olan “Baku Caviar” qara kürüsünü təqdim edəcək.
Satılan hər banka kürüsünə görə Xəzər dənizinə 10 nərə balığı buraxılır ki, bu da “Qırmızı Kitab”a adı düşən nərə balığının bərpasına və populyasiyasının artırılmasına mühüm töhfədir.
Sərgidə “Azərbaycan Fish Farm”ın iştirakı onun Azərbaycan kürüsünün dünya bazarında tanıdılmasında və ekoloji cəhətdən davamlı istehsalın dəstəklənməsindəki rolunu vurğulayır.
Şirkətin missiyası Azərbaycan Respublikasının Prezidentinin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə və Bakıda keçiriləcək BMT-nin iqlim dəyişikliyi üzrə COP29 konfransına ahəngdar şəkildə uyğun gəlir.
Parisdə keçirilən Ukraynaya dəstəklə əlaqədar sammitdən sonra Fransa Prezidenti Emmanuel Makronun bəyanatı rezonans doğurdu.
Cənab Makronun NATO-nun Ukraynaya dəstəyi fonunda Alyansın cəbhə xəttinə qoşun göndərə biləcəyini istisna etməməsi Kremlin sərt reaksiyalarına səbəb oldu.
Hərçənd ki, Qərbin özündə də Makronun bəyanatı birmənalı qarşılanmadı və NATO-nun Ukraynaya qoşun yerləşdirmək planının olmadığı çevik bir şəkildə bəyan edildi.
Makron özü də bilir ki, NATO qoşunlarının Ukraynaya dislokasiya edilməsi Alyansın Rusiya ilə birbaşa qarşıdurma xəttinə girməsidir.
Üstəgəl, Makron Ukraynadakı müharibənin tezliklə bitəcəyinə dair əlamətlərin olmadığını görür və fürsətdən istifadə edərək Fransanı gələcəkdə Avropa İttifaqının jandarmı roluna mindirmək istəyir.
Makronun Avropanın inhisarçı “təhlükəsizlik zəmanəti” olmaq ehtirası ABŞ Konqresinin Ukraynaya yardım paketini təsdiqləməməsi ilə daha da alovlanır.
Ancaq Makron ümumi bir narahatlığı da bölüşür:Rusiya Ukraynada qələbə qazansa, münaqişə Avropanın dərinliklərinə doğru irəliləyəcək və onun qarşısını almaq müşkülə çevriləcək.
Yəqin, Fransanın dövlət zehniyyətli şəxsləri Makrona başa salıblar ki, Rusiyanın Avropadakı kəşfiyyat-agentura şəbəkəsi Ukraynadakı qazanclar fonunda qarşısıalınmaz səviyyədə aktivləşə bilər.
Bu ssenari Avropa təhlükəsizliyi üçün kritik məqamı ifadə edir və Makron “heç nəyi istisna etmək olmaz” deməklə qabaqlayıcı tədbirə çağırış edir.
Ancaq Makron NATO-nun Kiyevi dəstəkləmək üçün qoşun göndərmək addımından çəkindiyini də başa düşür.
Elə isə sual ortaya çıxır:Makron NATO-da fikir ayrılıqlarını dərinləşdirmək missiyasını yerinə yetirir, yoxsa həqiqətən, praktiki kollektiv müdafiə mexanizmi təşkil edir?
Bu iki suala cavab axtarışları Fransanın məramı ilə əlaqədar bir nöqtəyə aparıb çıxarır.
Yəni Paris NATO daxilindəki dərinləşən fikir ayrılıqlarını yönləndirərək kollektiv müdafiə proqramını öz hegemonluğu altına salmağa çalışır.
Yəqin ki, Parisin məqsədi NATO-ya paralel Alyans formalaşdırıb bunu dünya nizamının damarına yeritməkdir.
Yelisey sarayı belə məqsədi ona görə gündəmə gətirə bilər ki, qlobal geosiyasi nüfuz dairəsindəki itkilərini alternativlərlə kompensasiya etsin.
Paris həm ABŞ və Böyük Britaniya, həm də Rusiya tərəfindən həyata keçirilən aktlarla sıxışdırılır.