Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
“İqlim gündəliyi mövzusu bizim üçün çox vacibdir, çünki bu il Azərbaycan COP29-a liderlik edir. |
Bu, böyük bir iqlim konfransıdır. |
Biz COP29-un uğuruna tam əminik, lakin buna nail olmaq üçün hələ çox iş görülməlidir”, - nazir qeyd edib. |
Onun sözlərinə görə, iqlim və iqtisadiyyat məsələləri bir-birinə son dərəcə bağlıdır. |
“Bu halda söhbət enerji resurslarının əlçatanlığından, ticarət maneələri məsələlərindən gedir. |
Bura Paris sazişi çərçivəsində qarşıya qoyulmuş məqsədləri yerinə yetirmək məsələsi də daxildir. |
Biz inkişaf etmiş bazarların, inkişaf etməkdə olan ölkələrin, karbohidrogen ixracatçılarının və yeni enerji texnologiyalarının təchizatçılarının çox fərqli maraqları arasında kompromis tapmaq üçün əsas kommunikator kimi Azərbaycanın qarşısında duran çətin vəzifəni başa düşürük”, - Maksim Reşetnikov vurğulayıb. |
O əlavə edib ki, bu kontekstdə dialoq və daimi ünsiyyət çox vacibdir. |
Rusiyanın axtarışa verdiyi şəxs Azərbaycan ərazisində həbs edilərək ekstradisiya olunub. |
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. |
Məlumata görə, Rusiya öz vətəndaşı, Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə külli miqdarda narkotik vasitələri satmağa cəhd maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirləndirilən 1995-ci il təvəllüdlü Aleksey Oleqoviç Kuntseviçi dövlətlərarası axtarışa verib. |
Onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Rusiya Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib. |
Belə ki, A.Kuntseviç ötən il noyabrın 15-də ölkəmizə gələn zaman Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. |
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilib. |
A.Kuntseviç Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə sorğu edən dövlətin səlahiyyətli orqanlarına təhvil verilib. |
Salyan rayonunda 2003-cü il təvəllüdlü Nəsimi qeyri-rəsmi ər-arvad kimi yaşadığı, yetkinlik yaşına çatmamış Vəfaya (adlar şərti verilib - red.) |
Teleqraf.com xəbər verir ki, Nəsimi 2022-ci il iyulun 19-da evliliklə bağlı təşkil olunmuş məclisdən sonra Salyan rayonunun kəndində yaşadığı fərdi yaşayış evində on altı yaşına çatmadığını bildiyi həmkəndlisi Vəfa ilə onun öz razılığı əsasında cinsi əlaqədə olub. |
Həmin il sentyabr ayının 20-dək müddətdə yaşadıqları evdə Nəsimi on altı yaşına çatmamış Vəfa ilə dəfələrlə cinsi əlaqəyə girib. |
Bundan başqa, o, 2022-ci il iyulun 19-da evləndikdən sonrakı günlərdən başlayaraq sentyabrın 20-dək birgə yaşadıqları evdə Vəfanı heç bir əsaslı səbəb olmadan mütəmadi olaraq döyüb, zorakı hərəkətlər tətbiq etməklə güclü fiziki ağrı və psixi iztirab verib. |
2022-ci il avqustun sonlarında, saat 22 radələrində Vəfaya əzab verdiyini dərk edərək bu məqsədlə siqaret kötüyünü onun sağ əlinə basıb. |
Bu yanıqdan qadında xəsarət izi qalıb. |
Həmin ilin sentyabr ayının əvvəllərində saat 11 radələrində isə Vəfanı yerə yıxaraq təpiklə döyüb. |
İstintaq orqanı tərəfindən Nəsiminin barəsində Cinayət Məcəlləsinin 133.2.4 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) və 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddələri ilə ittiham elan edilib. |
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nəsimi elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. |
O bildirib ki, Vəfa ilə 19 iyul 2022-ci ildə evlənib və onun yetkinlik yaşına çatmadığını bilib:""“2022-ci ilin avqustun sonunadək aramızda münasibətlər yaxşı olub. |
Tələbə yoldaşım olan qızlarla danışanda məni Vəfa gördü. |
Buna görə aramızda mübahisə oldu. |
Vəfa anasını, nənəsini çağırdı, onlarla evlərinə getdi. |
Sonradan atası zəng edərək məni söydü, qarşılıqlı olaraq cavab mesajları yazdıq”. |
Təqsirləndirilən şəxs qeyd edib ki, 17 noyabr 2022-ci ildə bilet alaraq Türkiyəyə getmək istəyərkən aeroportda onun çıxışana qadağa qoyulduğunu bilib:“Aeroportdan məni polisə gətirdilər. |
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları məni Salyana apardılar. |
Heç vaxt Vəfanın əlinə siqaret basmamışam və onu döyməmişəm. |
Evdə anam, qardaşım və biz yaşamışıq. |
Vəfanın bud nahiyəsinə xəsarətləri yetirməmişəm. |
Ola bilsin ki, evdə budu harasa dəyib və xəsarət alıb. |
Vəfanın atası məni söyəndən sonra sentyabrın sonunda həyətdə özümə qəsd etmək istəmişəm. |
Üstümə tibbi spirt tökərək yandırmağa cəhd eləmişəm. |
Əllərim, ayağım və bədənim yanıb. |
Yanğını qohumlarım söndürüblər”. |
İş üzrə zərərçəkmiş Vəfanın sözlərinə görə, iyulun 19-da Nəsimi ilə evlənib və sentyabrın 20-dək onun anasının evində yaşayıblar:“Bu müddət ərzində ər-arvad münasibətində olmuşuq. |
Avqust ayının sonunda Nəsimi anası ilə mübahisə etdi və hirsini mənə tökdü. |
Saat təqribən 22 radələrində siqaret çəkdiyi vaxt mənə bezdiyini deyərək, yanan siqareti sağ əlimin arxa səthinə basaraq saxladı”. |
Zərərçəkmiş qeyd edib ki, sentyabrın əvvəllərində Nəsimi qızlarla yazışdığına görə ata evinə getmək istəyib:“Lakin Nəsimi qoymadı. |
Məni vurdu və qızlarla yazışmasını boynuna almadı. |
Sentyabrın 20-də Nəsimi yenə qızlarla yazışdığı üçün anama zəng etdim və məni aparmasını istədim. |
Saat təqribən 23 radələrində anam gələrək məni apardı. |
Sonra Nəsimi bizə telefonda söyüşlər yazmağa başladı. |
Təqribən oktyabrın 10-14 aralarında polisə şikayət elədim və narahat olduğumu dedim. |
Polislər gələrək tədbir gördülər”. |
Nəsimi hərbi xidmətə getmək istəmədiyi üçün özünü yandırmaq istəyib. |
O, evləndiyimiz zaman mənim yetkinlik yaşıma çatmadığını bilib. |
Avqust ayının sonundan sentyabr ayının sonuna kimi üç-dörd dəfə məni vurub. |
Nənəsi və anası da mənim bud nahiyəmdə xəsarətləri görüblər. |
Döyülməm barədə məlumatları valideynlərimə deməmişəm. |
Nəsimi mesajlarda bizi təhdid və təhqir edib. |
Nəsimi ilə beş-altı ay sevgili olmuşuq”. |
Bu cinayət işinə Salyan Rayon Məhkəməsində baxılıb. |
Məhkəmənin hökmü ilə Nəsimi 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. |
Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini müəyyən edib. |
Hökmdən narazı qalan prokuror apellyasiya protesti verib. |
Prokuror təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 133.2.4 və 152.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Salyan Rayon Məhkəməsinin 3 may 2023-cü il tarixli hökmü ilə ona təyin olunmuş cəzadan daha yuxarı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş edib. |
Apellyasiya protesti onunla əsaslandırlıb ki, təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxsin cinsi toxunulmazlığına qəsd edərək həmin şəxsə əzab verməklə az ağır cinayətlər kateqoriyasına aid olan cinayətləri törədib. |
Prokuror qeyd edib ki, bütün bunlar, eləcə də baş vermiş nəticənin ağırlığı, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə onun şəxsiyyəti və əsasən də həmin maddələrin sanksiyasında nəzərdə tutulan daha ağır həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini şərtləndirən amillərdir:“Lakin məhkəmə hazırkı iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmayıb, yuxarıda göstərilən hallar təqsirləndirilən şəxsin törətdiyi əməllərin ictimai təhlükəliliyinin və cinayətin xarakterinin məhkəmə tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan hallar olmasına baxmayaraq, bu halları cəza təyini zamanı nəzərə almayıb. |
Cinayət Məcəlləsinin 133.2.4-cü maddəsinin sanksiyasında 2 ildən 5 ilədək müddətdə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. |
Göründüyü kimi, cəzanın minimum həddi 2 ildən başlayır. |
Məhkəmə isə ittiham sübuta yetirildiyi halda hansı səbəbdən Cinayət Məcəlləsinin 133.2.4-cü maddəsi ilə minimum həddə cəza təyin etməsi anlaşılmaz olub. |
Cinayətin xarakteri, təqsirləndirilən şəxsin şəxsiyyəti, zərərçəkmiş şəxsin hazırkı durumu, təqsirləndirilən şəxsdən şikayətçi olması və bu kimi təkzibolunmaz hallar təqsirləndirilən şəxsə daha ağır həddə azadlıqdan məhrum etmə cəzasının verilməsini şərtləndirir. |
Məhkəmə isə sadalanan halları, zərər çəkmiş şəxsin mövqeyini nəzərə almadan minimum həddə cəza təyin edib”. |
Prokuror əlavə edib ki, məhkəmənin təqsirləndirilən şəxsə təyin etdiyi cəzalar ilə sosial ədalət bərpa olunmayıb, yüngül olması ilə əlaqədar islah təsirinin yetərli olmaması səbəbindən həmin cəza gələcəkdə həm onun, həm də başqa şəxslər tərəfindən eyni qəbildən olan cinayətlərin törədilməsinin qarşısının alınmasına, bir sözlə, qeyd olunan cəza ədalətli olmadığından cəzanın məqsədinin təmin olunmasına xidmət etməyib. |
Həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən də apellyasiya şikayəti verilib. |
Müdafiəçi təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 133.2.4-cü maddəsi ilə verilmiş ittiham üzrə onun barəsində təqsiri sübuta yetirilməməsi əsası ilə bəraət hökmü çıxarılmasını və özünü təqsirli bildiyi Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə də azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş edib. |
Hər iki tərəfin şikayəti araşdırılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib. |
Şikayəti araşdıran hakim heyəti sonda qərar elan edib. |
Məhkəmə belə nəticəyə gəlib ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 133.2.4 və 152.1-ci maddələri ilə düzgün ittiham verilib, həmçinin ona birinci instansiya məhkəməsi tərəfindən ədaləti cəza təyin olunub. |
Bu səbəbdən həm prokurorun protesti, həm də təqsirləndirilən şəxsin müdafiəçisinin şikayəti təmin edilməyib. |
“Bakıda Rusiyanın iqtisadiyyat naziri Maksim Reşetnikovla aparılan danışıqlar Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın inkişafına töhfə verib”. |
Bunu Bakıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Maksim Reşetnikov ilə görüşün nəticələrinə görə keçirilən brifinq zamanı bildirib. |
Onun sözlərinə görə, iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığının artımı qeydə alınır, bu da birgə əməyin nəticəsidir. |
Belə ki, nazirin sözlərinə görə, 2023-cü ilin nəticələrinə görə ölkələr arasında ticarət dövriyyəsi 17% artıb. |
“Biz inanırıq ki, həmkarımın səfəri gələcək iqtisadi əlaqələrimizin genişləndirilməsi üçün çox faydalı olacaq”, - Mikayıl Cabbarov qeyd edib. |
Birləşmiş Ərəb Əmirliklərində musiqi alətləri mağazasında pianoda Azərbaycan musiqisi ifa edən soydaşımızın videogörüntüləri sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub. |
Videonu izləyən hər kəs xanımın gözəl ifasına heyran olduğunu deyib. |
Çoxları onun xaricdə yaşadığını zənn edib, Azərbaycan musiqisini təbliğ etdiyi üçün ona çoxsaylı təşəkkürlər ünvanlayıblar. |
Oxu.Az-ın əməkdaşı ifası ilə könülləri fəth edən pianoçu, konsertmeyster Gülnarə Teymurzadə ilə əlaqə saxlayıb. |
İfaçı maraqlı görüntülərin necə ərsəyə gəldiyi, harada yaşadığı və işlədiyi barədə Oxu.Az-a müsahibəsində danışıb. |
Onunla videomüsahibəni təqdim edirik:""- Gülnarə xanım, BƏƏ-yə qastrol səfəri idi, yoxsa istirahət üçün getmişdiniz? |
- Xeyr, yaxın bir neçə insanla bərabər istirahət məqsədilə səfər etmişdim. |
Elə mağazaları gəzərkən musiqi alətləri satılan yer gördük. |
- Bəs bu ifa necə yarandı, onlar təklif etdilər? |
- Xeyr, heç düşünmürdüm ifa etməyi. |
Mağaza sahibi dedi ki, daha gözəl pianosu var və bizim yanımızda onu qutusundan çıxardı. |
Yoldaşlar dedilər ki, piano köklənməmiş ifa etmək olmaz. |
Təsadüfən piano heç istifadə edilməmiş olsa da, köklənmiş idi.Barmaqlarım qeyri-ixtiyari bu parçanı ifa etdi. |
Mağaza sahibi, oradan keçən turistlər musiqinin səsinə başımıza toplaşdılar. |
Həmin vaxt yanımda olan tələbəm ifamı videoya çəkdi. |
Sosial şəbəkədə isə bir başqa şəxs paylaşıb. |
Heç ağlıma da gəlməzdi ki, belə maraq doğurar. |
Hər kəsə xoş sözlərinə görə təşəkkür edirəm. |
- Musiqiyə özünüzün marağınız olub, yoxsa valideynləriniz yönləndiriblər? |
Mən həmişə ona heyranlıqla baxmışam. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.