Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Səfər çərçivəsində İranın müdafiə naziri briqada generalı Məhəmmədrza Karai Aştiani və Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri onu qəbul edib. |
Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə edilib. |
Eyni zamanda, Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub. |
Yeri gəlmişkən, Ermənistanın İranla hərbi əməkdaşlıq etdiyinə dair əvvəllər də məlumatlar yayılıb. |
İkinci Qarabağ müharibəsindən əvvəl erməni nümayəndə heyəti Tehranda yerləşən Malik Əjdər Texniki İnstitutunda olub. |
Orada Ermənistan və İran arasında hərbi-texniki əməkdaşlıq haqqında müqavilə imzalanıb. |
“NAIM-802” adlı radiolokasiya qurğusu da Ermənistanla İranın birgə istehsalı sayılır. |
O, quraşdırıldığı məntəqə üzərindən uçan bütün obyektləri və hədəfləri nişanlayır. |
Bu qurğu 24 saat ekipajsız fəaliyyət göstərə bilir. |
Belə əməkdaşlıq İrəvanın Bakı qarşısında güclənməsinə, habelə Azərbaycan torpaqlarının işğal altında saxlanmasına xidmət edib. |
Ancaq 2016-cı ilin aprel döyüşləri Azərbaycana qarşı hərbi əməkdaşlıq edən bu cütlüyün gücünü puça çıxarıb. |
İran hakimiyyətinin Ermənistanla hərbi sahədə əməkdaşlığının arxasına nə durur? |
Tərəflər arasında başqa sahələr üzrə əməkdaşlığı müəyyən mənada qəbul etmək olar. |
Hərçənd bu istiqamətdə ticarət əlaqələri də hərbi sahəyə bağlılığı olanda təhlükəli sayılır. |
Məsələn, İran Ermənistana təbii qaz, neft məhsulları, avtomobil yanacağı və sürtkü yağları satır. |
Bunlardan tank və başqa texnikaların hərəkətində də istifadə olunur. |
Deməli, Tehran hakimiyyəti bu yolla işğaldan əvvəlki dövrdə Ermənistan tanklarının Azərbaycan torpaqlarında qalması və hərəkətinə yardım göstərib. |
Bu baxımdan Tehran Qarabağ və ətraf rayonların işğal altında qalması müddətinin uzanmasında ermənilərlə yanaşı durub. |
Bununla da ondan heç vaxt asılı olmaq istəməyən Azərbaycana təzyiq göstərib. |
İranın Yaxın Şərqdə “Hizbullah”, husilər, “Zenəbiyyun”, HƏMAS və başqa silahlı qruplaşmaları fəaliyyət göstərir. |
Onlar İranın siyasi-ideoloji və geopolitika maraqları uğrunda mübarizə aparırlar. |
Tehran bununla ərəb dövlətləri, İsrail, ABŞ və onun müttəfiqlərini hədəf alır. |
Yəməndəki husilərin Qırmızı dənizdə qərb blokundan olan ölkələrin tankerlərinə hücumları, Livandakı siyasi-silahlı qruplaşmanın fəaliyyətini və s.örnək göstərmək olar. |
Fələstin xalqının azadlığını təmin etmək bəhanəsi ilə İran hakimiyyəti regionda mövcudluğunu təmin edir. |
Bununla da o, “məzlumların hamisi” adını “doğruldur”. |
İran Azərbaycan torpaqlarını işğal edən “məzlum erməniləri” də bu ad altında dəstəkləyib. |
Ona görə, Zəngəzur yolunun açılması, 3+3 regional əməkdaşlıq forumunun keçirilməsinə müxtəlif bəhanələrlə mane olub. |
Habelə Ermənistanla Azərbaycan arasında dövlət sərhədi müəyyənləşmədən Qafanda yarımçıq konsulluq binasını açmaqla gələcək qarşıdurmanın əsasını qoyub. |
Ukrayna ilə müharibədə Rusiyaya hərbi texniki yardımı, raket, dron tədarük etməsi də İran hakimiyyətinin anti-Qərb və müharibə tərəfdarı olması siyasi-hərbi düşüncəsindən irəli gəlir. |
ABŞ hesab edir ki, Tehran Rusiyaya pulsuz yardım etmir. |
Düzdür, hamı kimi İran da silah ticarətindən qazanmaq istəyir. |
Ancaq bunu təkzib etsə də, ABŞ və Avropa İttifaqı ona qarşı sanksiya tətbiq edir. |
Ermənistanın İranla hərbi, neft, təbii qaz və başqa sahələrdə əlaqələrini genişləndirir. |
Deməli, İrəvan bununla İslam Respublikasının iqtisadiyyatını gücləndirir. |
Bu isə onun Yaxın Şərqdə İsrail, ABŞ və müttəfiqlərin əsgərlərinə, ticarət gəmilərinə hücumları genişləndirməsinə təkan verir. |
2023-cü ildə İranla Ermənistan arasında ticarət dövriyyəsi 692 milyon 496 min 800 dollar olub. |
Tərəflər illik ticarət dövriyyəsini üç milyard dollara qaldırmaq haqqında razılığa gəliblər. |
Bu halda Qərb bloku şər bucağı adlandırdığı İranın iqtisadi, hərbi gücünün artmasında xidməti olan Ermənistana heç diplomatik yolla da təzyiq göstərmirlər. |
Çünki ABŞ və Avropa İttifaqı İrana qarşı sərt sanksiyalar tətbiq etmək istəmir. |
Bu istiqamətdə də ikili yanaşma mövcuddur. |
Guya Ermənistanı Rusiyanın əlindən almaq üçün Tehran-İrəvan cütlüyünün, hətta, hərbi əməkdaşlığının reallaşmasına, inkişafına belə şərait yaradırlar. |
Ancaq nəticə birdir:bu gözyummalar İranın Yaxın Şərqdə güclənməsinə xidmət edir. |
İslam Respublikasının Ermənistandan Cənubi Qafqazda Azərbaycana, Qərbin maraqlarına qarşı proksi qüvvə olaraq istifadə edir. |
Ancaq bu alətdən hələlik Qərb Rusiyaya, Tehran isə Azərbaycana qarşı yararlanır. |
Cənubi Qafqaz İran üçün Yaxın Şərqdən daha əhəmiyyətlidir. |
Həm qonşuluqda yerləşir, həm də bu məsələdə Güney Azərbaycan faktoru var. |
Ona görə də Tehranın İrəvandakı səfiri Mehdi Sübhani diplomat deyil. |
O, əvvəllər İslam Respublikasının Suriyadakı səfiri işləyib. |
İranın Suriya, Livan və İraqa səfir adı ilə göndərdiyi nümayəndələri diplomat olmurlar. |
Onlar İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) yüksəkrütbəli zabitləridir. |
Çünki həmin səfir-hərbçilər işlədikləri ölkələrdəki iranyönümlü silahlı qruplaşmaların fəaliyyətini Tehran hakimiyyəti ilə əlaqələndirirlər. |
Mehdi Sübhani də 2023-cü ildə Suriyada səfir vəzifəsindən azad edilərək Ermənistana göndərilib. |
Odur ki, Ermənistanın İslam Respublikası ilə hərbi sahədə əməkdaşlığı sıradan bir, Qərbi narahat etməyəcək səviyyədə məsələ deyil. |
Livanda güclü erməni diasporu var. |
ASALA terror qruplaşması da bu ölkədə yaranıb. |
Habelə İsraili raket atəşinə tutan “Hizbullah” hərbi-siyasi qruplaşma da oradadır. |
Livan-İran-Ermənistan - Qərbə qarşı Cənubi Qafqazda fəaliyyət göstərəcək daha bir potensial üçlük, Mehdi Sübhani də əlaqələndirici ola bilər. |
“NATO qüvvələrinin Avropada davam edən təlimləri zamanı Rusiya ilə silahlı qarşıdurma ssenarisi hazırlanır”. |
Bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib. |
Patruşevin sözlərinə görə, bu təlimlər gərginliyi artırır və dünyada sabitliyi pozur. |
“Alyans yeni müharibələrə hazırlaşır”, - deyə o qeyd edib. |
Türkiyə xarici işlər nazirinin müavini Yasin Ekrem Serim və Azərbaycanın konsulluq məsələləri üzrə xarici işlər nazirinin müavini Fariz Rzayevin sədrliyi ilə Türkiyə-Azərbaycan konsulluq və miqrasiya məsləhətləşmələri keçirilib. |
Bu barədə Türkiyə XİN məlumat yayıb. |
Qeyd olunub ki, məsləhətləşmələr zamanı iki ölkənin konsulluq münasibətlərinin gündəliyində duran bütün məsələlər, xüsusən də vətəndaşlarla sıx bağlı olan yaşayış, vətəndaşlıq, məhkəmə və nəqliyyat məsələləri ətraflı müzakirə olunub. |
Bundan əlavə, miqrasiya məsələlərində ikitərəfli və regional əməkdaşlığın gücləndirilməsi istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb. |
Türkiye-Azerbaycan Konsolosluk ve Göç İstişareleri, Bakan Yardımcımız Yasin Ekrem Serim ve Can #Azerbaycan'ın Konsolosluk İşlerinden Sorumlu Bakan Yardımcısı Fariz Rzayev'in başkanlığında gerçekleşmiştir. |
İstişarelerde, vatandaşlarımızı yakından ilgilendiren ikamet, nüfus,… pic.twitter.com/QrrKcwQNhu |
“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti matçına çıxacaq. |
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Almaniyanın “Bayer 04” klubunu qəbul edəcək. |
Yerli vaxtla saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya böyük maraq var. |
Nəzərə alaq ki, bu oyuna beynəlxalq arenada da diqqət böyükdür. |
Çünki alman komandası bu il ən yaxşı mövsümünü keçirir və cari mövsümdə məğlubiyyət üzü görməyib. |
Bəs, oyunla bağlı ekspertlərin gözləntiləri nələrdir? |
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən idman şərhçisi Rəşad Rafiqoğlu qeyd edib ki, bu, təkcə “Qarabağ”ın deyil, Azərbaycan futbolunun ən önəmli oyunlarından biridir:""“İlk dəfə klub futbolunda Avropanın 16 ən yaxşı komandası arasına düşmüşük. |
Bu tarixi şansdan istifadə edib “Qarabağ” mərhələ də keçə bilər. |
Təbii ki, matçın favoriti “Bayer 04”dür. |
Bu komanda hazırda Avropanın ən yaxşı 3 komandasından biridir. |
Mən deyərdim ki, hətta Avroliqanın da favoritidir. |
Ancaq Qurban Qurbanov və futbolçuları belə oyunları çox görüblər. |
Üstəlik, rəqiblər qrup mərhələsində qarşılaşıblar. |
Xüsusilə, Bakıda “Qarabağ”ın “Bayer”ə qarşı yaxşı, inamlı oyununun şahidi olmuşuq. |
Məncə, “Qarabağ” bu dəfə Almaniya təmsilçisindən daha şanslıdır. |
Çünki futbolu titullar oynamır, futbolçular meydanda mübarizə aparır və qazanır. |
“Qarabağ” mərhələ keçməsə belə, yaxşı və layiqli oyun göstərəcəyinə inanıram”. |
Futbol eksperti Siyavuş Əliyev isə bildirib ki, bu gün Azərbaycan futbolu tarixinin ən yaddaqalan günlərindən biridir:""“Günün bu cür əhəmiyyətli olmasının səbəbkarı da “Qarabağ” klubudur. |
Məlum olduğu kimi, avrokuboklarda hər ötən mərhələ əvvəlkindən daha maraqlı olur və daha geniş auditoriya tərəfindən izlənilir. |
Sevindirici haldır ki, Azərbaycan futbolunun təmsilçisi də belə bir mərhələyə qədər gəlib çıxa bilib. |
1/8 final mərhələsinə vəsiqə qazanan komandalara nəzər saldıqda, orada ən böyük futbol ölkələrini görə bilərik. |
İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa, Niderland və digər ölkələrin təmsil olunduğu mərhələlərdə “Qarabağ”ın da olması klub üçün həm ciddi maliyyə qazancı, həm də yeni azarkeş kütləsinin qazanılması deməkdir. |
Rəqibin “Bayer 04” kimi bir komanda olması da “Qarabağ”ın imicinə əlavə bir töhfədir. |
Mövsümdə məğlub olmayan yeganə Avropa komandası ilə qarşılaşma ciddi sınaqdır. |
İnanırıq ki, “Qarabağ” bu sınaqdan da üzüağ çıxacaq”. |
İdman yazarı Vüqar Nəzərovun sözlərinə görə, nəticədən asılı olmayaraq “Qarabağ”ın Avropa Liqasının 1/8 finalında təmsil olunmağı özü bir uğurdur:""“Son illər komandamızın inkişafı göz qabağındadır və ildən-ilə komandanın səviyyəsi, gücü artır. |
“Bayer 04” güclü kollektivdir, həm bu mövsüm uduzmayıblar, həm də Almaniyada “Bavariya”nın uzun illər davam edən hegemonluğuna son qoyublar. |
Baş məşqçi Xavi Alonso da Qurban Qurbanov kimi iddialı və öz işini bilən mütəxəssisdir. |
Məncə, bu məşqçilərin dueli son illərin ən yaxşı oyunlarından biri olacaq. |
Bugünkü qarşılaşmada anşlaq olacaq. |
“Qarabağ” azarkeşlərin güclü dəstəyindən də istifadə edib, növbəti uğurunu qazana bilər”. |
“Rusiya COP29-un uğuruna tam əmindir, lakin bunun baş verməsi üçün çox iş görülməlidir”. |
“APA-Economics” xəbər verir ki, bu barədə Bakıda Azərbaycanın iqtisadiyyat nazirliyi Mikayıl Cabbarov ilə görüşdən sonra keçirilən brifinq zamanı Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.