Search is not available for this dataset
text
stringlengths
10
518k
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, tikinti layihələri şəhərsalma sənədlərinin müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır.
Məlumdur ki, Azərbaycanın ayrılmaz parçası olan Xankəndi şəhərinin Baş Planı hələ sovet dövründə, ulu öndərin hakimiyyəti illərində qəbul edilib.
Lakin separatizmin baş qaldırması ilə bölgəyə Azərbaycan dövlətinin nəzarəti itirməsindən sonra Xankəndi və ətraf yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsi, fərdi maraqların qorunması, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranması və ya zərər vurulmasının qarşısının alınması, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi, tarix və mədəniyyət abidələrinin qorunması kimi nüanslar nəzərə alınmadan, heç bir memarlıq və təhlükəsizlik tədbirlərinə məhəl qoyulmadan məqsədli şəkildə kortəbii tikintilərə rəvac verilib”.
O bildirib ki, burada əsas məqsəd bölgədə tarixi Azərbaycan şəhərsalma irsinin süni erməni irsi ilə əvəzlənməsi olub:""“Nəticədə, şəhərsalma və tikinti fəaliyyətinin qəbul olunan prinsiplərinə zidd, şəhərsalma sənədlərinə uyğunluğu təmin edilməyən, tarixi landşaft və mədəni irsə zərbə hesab olunan bir mənzərə ortaya çıxıb.
Qarabağ və Şərqi Zəngəzuru azad etdikdən sonra Azərbaycan, heç şübhəsiz ki, işğal və təcavüzün nəticələri qismində Xankəndi və digər ərazilərdə planlaşdırılma sənədləri, norma və qaydaları, habelə şəhərsalma əsaslandırılması ilə bağlı texniki qaydalara zidd mövcud situasiyanı da aradan qaldırmalı idi.
Bu gün Xankəndidə aparılan söküntü ilk növbədə bu proseslər çərçivəsində həyata keçirilir”.
“Məsələnin süni şəkildə “erməni irsi” ilə mübarizə kimi təqdim edilmə cəhdlərinə gəlincə, əksinə, bölgədə 30 il ərzində məhz Azərbaycan-müsəlman irsi Ermənistanın dövlət siyasəti çərçivəsində məhv edilib.
Qarabağ və Şərqi Zəngəzurda mövcud olmuş 67 qədim məsciddən 63-ü yerlə bir edilib.
Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Qubadlı kimi tarixi şəhərlər yer üzündən silinib, ona görə də “mədəni irs keşikçiləri” ilk növbədə bu barədə danışmalıdırlar.
Azərbaycan öz ərazisində tarixi xarakter daşıyan bütün tikililərə, o cümlədən 30 il ərzində erməniləşdirilməyə çalışılan alban xristian dini abidələrinə öz irsi kimi yanaşır və qoruyur.
Bütün bunların fonunda Xankəndidə zövqsüz, memarlıq adına ləkə olan bir neçə qanunsuz tikilinin söküntüsü müzakirə mövzusu ola bilməz.
Bu söküntü, eyni zamanda, tarixi ədalətin bərqərar edilməsi kimi bizim üçün mənəvi əhəmiyyət daşıyır.
Biz qalib dövlət olaraq ərazimizdə separatizmin heç bir nişanəsinin qalmasına yol verə bilmərik.
Necə ki Şuşada separatçıların “parlament binası” yerlə bir edildi, eləcə də Xankəndidə separatçıların ucaltdığı və suverenliyimizə zidd məzmun ifadə edən heç bir tikili qala bilməz.
Necə ki Almaniya faşizmi, ABŞ quldarlığı, Polşa kommunizm quruculuğunu təşviq edən simvol və abidələrdən imtina edib, biz də bölgədə separatizm ənənələrini təbliğ edən heç bir işarəni saxlamayacağıq”, - deyə B.Məhərrəmov əlavə edib.
8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.
Bu barədə “ASAN xidmət” sosial şəbəkə hesablarında paylaşım edib.
Bildirilib ki, martın 9-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Baku TV Laçının Zerti kəndində yaradılan seleksiya mərkəzindən reportaj hazırlayıb.
Burada əsasən Türkiyə, Cənubi Afrika, Suriya və Fransadan gətirilən 150-yə qədər heyvan saxlanılır.
Mərkəzin nəzarətçisi Əli Cəmilzadənin sözlərinə görə, Rusiyadan gətirilən zanen cinsindən olan keçilər südlərinin keyfiyyətinə görə daha üstün hesab olunurlar:""“Bu keçilər əsasən südlük məqsədilə yetişdirilirlər.
İl ərzində səkkiz litrdən bir tona qədər süd verirlər”.
Sabahdan 11 ayın sultanı sayılan Ramazan başlayır.
Oruc tutmağın insan orqanizminə xeyri böyükdür, bu barədə tibb işçiləri də müxtəlif məzmunlu materiallar paylaşırlar.
Bəs bu ərəfələrdə qida rasionu necə tənzimlənməlidir ki, orqanizmə ziyan olmasın?
Hansı qidalara üstünlük verilməlidir?
Saatlarla ac qaldıqdan sonra maye qəbulu doğrudurmu?
Sulu, yoxsa bərk qidalar boş mədəyə daha çox ağırlıq verir?
Oxu.Az-ın bu və digər suallarını diyetoloq Leyla Nur cavablandırıb.
- Necə qidalanmaq lazımdır ki, Ramazan ayında özünü halsız, enerjisiz hiss etməyəsən?
- İnsanların orucluq vaxtı halsızlığının ən böyük səbəbi oruc tutanda imsak etməmələridir.
Səhər erkən saatda oyanıb gündəlik enerji mənbəyi olan qidanı qəbul etməyəndə belə hal yaşanır.
Qida isə doğru seçilməlidir ki, orqanizm özünü gün boyu zəruri maddələrlə təmin edə bilsin.
Çox vaxt səhərlər çoxlu çörək, mürəbbə, şirniyyat, eləcə də şirin çay istehlak etməyə üstünlük veririk.
Bu tip bəsit karbohidratlardan geniş istifadə yanlışdır.
Bu qidaların qəbulu zamanı insan orqanizmində qan şəkəri sürətlə qalxır və eyni sürətlə də enir.
Bu səbəbdən də aclıq hissi erkən gəlir.
Oruc olduğumuz üçün qida qəbul edə bilmirik və özümüzü halsız hiss edirik.
Axşama qədər bu cür halsızlıq, təbii ki, gündəlik iş rejimində, eləcə də evdə zəruri işləri görməyimizə mane olur.
- İmsak menyusu necə tərtib edilməlidir?
- Bu menyu fərdi şəkildə, hər bir orqanizmə uyğun, balanslaşdırılmış formada tərtib edilməlidir.
Üstünlük yumurta və yağ istehlakına verilsə də, duzsuz zeytun qəbulu da önəmlidir.
Eyni zamanda, çərəzlərdən də istifadə edilməsi yaxşıdır.
Əgər ağartı məhsullarından istifadə ediləcəksə, bunların duzsuz olmasına fikir vermək lazımdır.
Duzlu ağartı məhsulu gün ərzində susuzluğu artıra bilər.
Tam taxıllı çörək, tərəvəzlər də istifadə edilsə, menyu daha zəngin olar.
Bu formada tam balanslaşdırılmış qidaları qəbul etmiş oluruq və gün boyu halsızlıq, aclıq hissi yaşamırıq.
- Bəs iftarda daha çox yol verilən yanlışlar nələrdir?
- Bu bizim ən yaralı yerimizdir.
Bununla bağlı gələn sualların sayı-hesabı yoxdur.
Ən böyük yanlışlardan biri iftar açıldıqdan sonra qısa müddət ərzində normadan artıq maye qəbuludur.
Eləcə də, tez-tez qarışıq qidalar istehlak etmək də həzm sisteminə çox böyük təzyiqdir.
Bu, bütün gün ac qalan mədə-bağırsaq sisteminin fəaliyyətinin yüklənməsinə gətirib çıxarır.
Eyni zamanda, qısa müddətdə qəbul edilən çox kalori çəki artımı ilə nəticələnə bilər.
İftar zamanı bəsit karbohidratlara yol vermək kökəlməyə və özümüzü çox ağır, halsız hiss etməyimizə gətirib çıxara bilər.
İftarı su ilə açırıqsa, çox az miqdarda su içib (təxminən yarım stəkan), 15-20 dəqiqə sonra qida qəbuluna keçilə bilər.
Birinci qidada sulu yeməklərə üstünlük verilsə, yaxşı olar.
Sulu yeməyi asta-asta yemək tövsiyə edilir.
Növbəti qidaya keçməzdən öncə 20 dəqiqə fasilə vermək, evin içərisində yüngül hərəkətlər etmək (gəzmək, həyətə çıxmaq və s.)tövsiyə edilir.
Bu, mədə-bağırsaq sisteminin həzm prosesini asanlaşdırır.
İkinci yeməkdə karbohidrat, yağ, proteinlərdən təşkil edilmiş (mal, toyuq, qoyun əti, balıq, paxlalılar, tərəvəz salatları və s.)xörək seçilməlidir.
- İftardan nə qədər sonra normal maye qəbuluna keçmək olar?
- İftardan sonra ən az 45 dəqiqə fasilə verib, daha sonra maye qəbul etmək lazımdır.
Maye qəbulu da az-az və tez-tez olsa, yaxşıdır.
Yatmazdan bir saat öncə maye qəbulu dayandırılmalıdır.
Əgər mədənizdə problem yoxdursa, suya evdə hazırlanmış təbii alma sirkəsi əlavə edərək içmək olar.
Bu, qidanın normal həzm olunmasına və qan şəkərinin “dalğalanmaması”na kömək edəcək.
- Bəs şirniyyat və meyvə qəbulu necə, faydalıdır, yoxsa ziyan?
- Tövsiyə edirəm ki, iftardan sonra meyvə və şirniyyat istehlak etmək istəyənlər bunu ən sona saxlasınlar.
Ən yaxşısı isə meyvəni iftarda deyil, imsakda yeməkdən sonra ən çox bir porsiya tövsiyə edərdim.
Eləcə də, azacıq şirniyyat qəbul etmək olar.
Amma təbii ki, eyni anda yox, ikisindən birini seçmək mütləqdir.
- İftardan sonra idman zalına gedənlər də az deyil.
- İftardan bir saat sonra yürüşə çıxmaq doğrudur.
Bu, həzm prosesini də asanlaşdırır.
Qidalandıqdan sonra uzanmaq və ya passiv dayanmaq tövsiyə edilmir.
Amma ağır hərəkətlər də məsləhət deyil.
- Bəs kimlərə oruc tutmaq olmaz?
- Mədə xorası, mədəsində turşuluq normadan çox olan, bağırsaq problemlərindən əziyyət çəkənlərin, öd xəstəliyi olan şəxslərin oruc tutması tövsiyə edilmir.
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla münasibətlərin normallaşdırılması prosesindən danışıb.
Mirzoyan 1-3 mart tarixlərində keçirilmiş Antalya Diplomatiya Forumu çərçivəsində “Anadolu” agentliyinin Türkiyə-Ermənistan və Ermənistan-Azərbaycan normallaşma proseslərinə dair suallarını cavablandırarkən Azərbaycanla sülh sazişinin imzalanması üçün danışıqların davam etdirildiyini bildirib.
“Ümumilikdə Cənubi Qafqaz regionunda sabitliyin və sülhün möhkəmləndirilməsi üçün bu prosesi davam etdiririk”, - erməni nazir əlavə edib.
XİN rəhbəri tərəflər arasında bir sıra problemlərin olduğunu, lakin bunlardan bəzilərinin həlli istiqamətində Azərbaycanla razılıq əldə edildiyini diqqətə çatdırıb.
Mirzoyan iki ölkənin sərhədlərinin müəyyənləşdirilməsi və regional kommunikasiya xətləri ilə bağlı önəmli məsələlərdə tərəflərin yanaşmasının fərqli olduğunu vurğulayıb.
Erməni nazir Berlində azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi danışıqlara da toxunub.
O, Ceyhun Bayramovla yeni görüşün tarixinin hələlik müəyyən olmadığını diqqətə çatdırıb.
Mirzoyan Ceyhun Bayramovla davamlı təmasda olduğunu bildirib və ən yaxın zamanda yeni görüşün tarixinin müəyyən olunacağına ümidini ifadə edib.
“Hazırda həqiqətən sülhün əldə edilməsi üçün imkanımız var”, - Mirzoyan bəyan edib.
İran bir çox istiqamətdə, o cümlədən hərbi sahədə Ermənistanın etibarlı tərəfdaşı olduğunu nümayiş etdirir.
Azərbaycan torpaqları işğal altında olanda, II Qarabağ müharibəsi zamanı Tehran hakimiyyəti bir qədər həyalı davranır, İrəvanla bəzi əlaqələrini gizlətməyə çalışırdı.
İran rəsmiləri Ermənistanla əlaqələri, ermənilərə hərbi dəstək vermələri barədə sualları ya cavabsız qoyur, ya da təkzib edirdilər.
2022-ci ildə Qarabağda separatçıların tör-töküntülərinə təlim keçmək üçün 14 nəfərlik iranlı təlimçinin qanunsuz olaraq Azərbaycanın suveren ərazilərinə göndərilməsi ilə bağlı rəsmi Bakının müraciətinə Tehran hələ də cavab verməyib.
44 günlük müharibə zamanı hərbi texnika və silah-sursat İrandan keçərək Ermənistana ötürülüb.
İslam Respublikasının rəhbərliyi bunu hay-küylə təkzib edib.
Torpaqlar işğaldan azad edildikdən sonra həmin ərazilərlə sərhədyanı bölgədə hərbi təlimlər keçirmək də qonşu dövlətin Azərbaycana hərbi güc nümayiş etdirmək cəhdi ilə yanaşı, həm də Ermənistana mənəvi dəstək xarakteri daşıyıb.
İranla Ermənistan arasında hərbi sahədə əməkdaşlıq başqaları kimi bu iki ölkənin də müstəsna hüququdur.
Ancaq ötən illərin hadisələrinə əsasən, bu əlaqələrin daha çox Azərbaycana qarşı yönəldiyini qəti şəkildə söyləmək olar.
Bu cütlüyün əməkdaşlığı Türkiyəni hədəfə alır.
Bununla belə Tehran və İrəvan birləşərək Azərbaycana qarşı fəaliyyət göstərməklə Türkiyəyə də təzyiq göstərirlər.
Ötən gün Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti İranda səfərdə olub.