Search is not available for this dataset
text
stringlengths
10
518k
Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, sürücü avtomobili arxaya sürərkən Şirvan şəhər sakini Fərid Asif oğlu Həzrətquliyevi yaxınlıqdakı divara sıxaraq öldürüb.
Həyatını itirən F.Həzrətquliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) Şirvan yanğından mühafizə hissəsinin əməkdaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə növbəti görüşün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəlinib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bu gün Azərbaycanla Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi altında sərhədlərin delimitasiyası üzrə komissiyaların yeddinci görüşü barədə yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, tərəflər, həmçinin Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırmasını ən qısa zamanda başa çatdırmaq barədə sövdələşiblər.
Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevə yeni cinayət işi açılıb.
“Qafqazinfo”nun məlumatına görə, o, bu dəfə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham edilir.
Məlumatı onun vəkili Rəsul Cəfərov təsdiq edib.
Qeyd edək ki, H.Abdullayev bundan əvvəl altı il azadlıqdan məhrum edilmişdi.
Həmin müddət gələn ay başa çatır.
Bu səbəbdən Binəqədi Rayon Məhkəməsinin qərarı ilə yeni cinayət işinə görə onun haqda dörd aylıq həbs qətimkan tədbiri seçilib.
Kürdəmir rayonu Yenikənd kənd Q.Əhmədov adına tam orta məktəbin direktoru Elza Abdullayeva tutduğu vəzifədən azad edilib.
Oxu.Az-ın məlumatına görə, fevralın 29-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Kürdəmir rayonu Yenikənd kənd Q.Əhmədov adına tam orta məktəbində bir neçə istiqamət üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məktəbin idarəolunması, şagirdlərin X sinfə qəbulu, dərslərin əvəzolunması, dərs bölgüsü, dərnəklərin təşkili və keçirilməsi, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsilin təşkili ilə bağlı nöqsan və çatışmazlıqlar aşkarlanıb.
Yoxlamanın nəticəsinə əsasən, məktəbin direktoru Elza Abdullayeva 7 mart 2024-cü il tarixindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən, tutduğu vəzifədən azad edilib.
Mərkəzi Aran Regional Təhsil İdarəsi təhsil müəssisələrində hüquqpozmaların və buna şərait yaradan halların baş verməsini pisləyir, bunun qarşısının alınması, aradan qaldırılması və gələcəkdə bu kimi halların baş verməməsi ilə bağlı idarə tərəfindən təhsil müəssisələrində monitorinq və yoxlamalar davam etdirilir.
Tovuzda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
Kənd sakini, 1988-ci il təvəllüdlü Namiq İsmayılov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, N.İsmayılovu həyat yoldaşı bıçaqlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-a bildirib ki, məsələ ilə bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Məsələyə hüquqi qiymət veriləcək.
Azərbaycanın Baş naziri Əli Əsədov martın 7-də Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlığın mövcud olduğu bildirilib.
Ötən müddət ərzində müxtəlif sahələri əhatə edən birgə layihələrin uğurla həyata keçirilməsindən məmnunluq ifadə olunub.
Baş nazir Azərbaycanda dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın təmin edilməsi, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi, məşğulluğun artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Eyni zamanda Azərbaycanın yaşıl enerjiyə keçid strategiyası, həyata keçirilən enerji səmərəliliyi və bərpaolunan enerji layihələri, ölkəmizin iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə verdiyi töhfəsi haqqında söhbət açılıb.
Görüşdə Azərbaycanla Dünya Bankı arasında bir çox istiqamətlərdə tərəfdaşlığın perspektivləri, əməkdaşlıq gündəliyində duran prioritet layihələrin icrası, Dünya Bankının yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması, habelə cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası(COP29) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29 çərçivəsində BMT nümayəndəliyi iqlim dəyişikliyinə uyğunlaşma ilə bağlı təkliflər verəcək mütəxəssisləri Azərbaycana dəvət edəcək.
“COP29 bu məsələləri işıqlandırmaq üçün ideal platforma olacaq.
Gəncləri mübarizəmizə cəlb etmək də vacibdir”, - V.Andreyeva bildirib.
Onun sözlərinə görə, BMT iqlim dəyişikliyi, davamlı inkişaf və gender bərabərliyi ilə bağlı mühüm işlər görür:""“Biz qadınların iqlim dəyişikliyi ilə mübarizədə, bu istiqamətdə layihələrin hazırlanmasında və həyata keçirilməsində daha fəal iştirakını görmək istəyirik”.
Qeyd edək ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və Milli Məclisin deputatı Nigar Arpadarai də məruzələrlə çıxış ediblər.
“Hazırda işğaldan azad edilmiş ərazilərdə “ailə mərkəzləri”nin yaradılması üzərində işləyirik.
Bu mərkəzlərin yaradılmasında məqsəd ailələrlə, qadınlarla işləməkdir”, - S.Qəhrəmanova qeyd edib.
Lənkəranda elektirik enerjisinin verilişi bərpa olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Mətbuat Xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib.
O qeyd edib ki, “Liman” deyilən ərazidə ildırım vurması nəticəsində gərginlik transformatoru zədələnib.
Qısa müddət ərzində görülən tədbirlər nəticəsində elektrik enerjisinin verilişi bərpa olunub.
19:20"Lənkəran şəhərində elektrik transformartorunu ildırım vurub.
Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər məlumat veriblər.
Bildirilib ki, təbiət hadisəsi nəticəsində şəhərdə işıqlar sönüb.
Martın 7-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin ikinci iclası olub.
Samir Nuriyev dövlətimizin başçısının Sərəncamı ilə Təşkilat Komitəsinin tərkibinin daha da genişləndirildiyini, Milli Məclisin deputatlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin təmsilçiliyi ilə inklüzivliyin təmin olunduğunu diqqətə çatdırdı.
Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasındakı çıxışında və “Euronews” televiziyasına müsahibəsində COP29 Sədrliyinin gündəliyinin əsas istiqamətlərini və çərçivəsini müəyyən etdiyini bildirdi.
Samir Nuriyev bu tezislərdə əks olunduğu kimi, xüsusilə neft və təbii qaz ehtiyatları ilə zəngin olan ölkələrə münasibətdə ədalətli yanaşmanın və bu dövlətlərin fəaliyyətlərinin onların ətraf mühit məsələlərinə verdiyi töhfə müqabilində qiymətləndirilməsinin vacibliyini vurğuladı.
Təşkilat Komitəsinin sədri bu günlərdə Azərbaycanın 2020-ci il ilə müqayisədə 2030-cu ilədək metan emissiyalarının həcminin 30 faiz azaldılması hədəfini ehtiva edən “Qlobal Metan Vədi”nə qoşulduğunu bildirdi.
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının artıq təsdiqləndiyini, COP29-un keçirilməsi ilə bağlı Tədbirlər Planının hazırlandığını diqqətə çatdıran Təşkilat Komitəsinin sədri hər iki Tədbirlər Planı arasında uzlaşmanın təmin edilməsinin önəmini vurğuladı.
Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi ilə aparılan işlərə toxunaraq, ölkəmizin hazırlıq səviyyəsinin BMT tərəfindən müsbət qiymətləndirildiyini qeyd etdi.
Təşkilat Komitəsinin sədri COP29-da Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrlik təcrübəsini və digər beynəlxalq təşkilatlarda fəal təmsil olunmasını nəzərə alaraq, ölkəmizin qlobal Cənub və qlobal Şimal arasında körpü rolunu oynamağa qadir olduğunu və COP29-da qlobal həmrəyliyə və konsensusa nail olunması istiqamətində səylər göstərəcəyini bildirdi.
Samir Nuriyev, həmçinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Azərbaycan və Braziliya arasında COP-la bağlı “Üçlük” mexanizminin yaradılmasının təqdirəlayiq addım olduğunu bildirdi.
Daha sonra ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev çıxış edərək, ölkəmizin COP29-a sədrliyindən irəli gələn məsələlərin müzakirəsi məqsədilə Türkiyə, Almaniya, BƏƏ və Keniyaya səfərləri, xarici ölkələrin və beynəlxalq təşkilatların iqlim məsələlərinə məsul rəsmi şəxsləri ilə keçirdiyi görüşlər barədə məlumat verdi.
Muxtar Babayev bu mötəbər tədbirə hazırlıq prosesi çərçivəsində daha çox səfər və görüşün təşkil olunacağını qeyd edərək, növbəti səfərin Çinə olacağını diqqətə çatdırdı.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29-a hazırlıq prosesində nəqliyyat məsələlərinin həlli istiqamətində atılan addımlar barədə məlumat verdi.
Xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev Azərbaycanın COP29 prioritetləri və təşəbbüsləri, müxtəlif tərəf müqabilləri ilə təmaslar barədə danışdı.
COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri Nərmin Carçalova təşkilati-logistika məsələləri və hazırlıq işləri barədə məlumat verdi.
Milli Məclisin deputatı Nigar Arpadarai İqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempion kimi öz fəaliyyəti barədə danışdı.
Deputat Fatma Yıldırım parlament diplomatiyası və iqlim dəyişiklikləri, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin COP29-la bağlı fəaliyyəti barədə məlumat verdi.
Gənc İqlim çempionu Leyla Həsənova bu statusda keçirdiyi görüşlər və apardığı fəaliyyət barədə məlumat verdi.
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru, “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi Pərvanə Vəliyeva COP29-da vətəndaş cəmiyyətinin rolu barədə danışaraq, vətəndaş cəmiyyəti nümayəndələrinin də Təşkilat Komitəsinə daxil edilməsinin yüksək qiymətləndirildiyini, milli və beynəlxalq QHT-lər, özəl və dövlət sektorlarının nümayəndələrinin birgə əməkdaşlığının təqdirəlayiq olduğunu bildirdilər.
İclasın sonunda COP29-un təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının icrası və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verildi.
“COP29-a hazırlıq çərçivəsində növbəti səfər Çinə olacaq”.
Onun sözlərinə görə, ölkəmizin COP29-a sədrliyindən irəli gələn məsələlərin müzakirəsi məqsədilə Türkiyə, Almaniya, BƏƏ və Keniyaya səfərlər baş tutub, xarici ölkələrin və beynəlxalq təşkilatların iqlim məsələlərinə məsul rəsmi şəxsləri görüşlər keçirilib.
M.Babayev bu mötəbər tədbirə hazırlıq prosesi çərçivəsində daha çox səfər və görüşün təşkil olunacağını qeyd edərək, növbəti səfərin Çinə olacağını diqqətə çatdırıb.
“Azərbaycanın COP29-a hazırlıq səviyyəsi BMT tərəfindən müsbət qiymətləndirilib”.
S.Nuriyev dövlətimizin başçısının Sərəncamı ilə Təşkilat Komitəsinin tərkibinin daha da genişləndirildiyini, Milli Məclisin deputatlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin təmsilçiliyi ilə inklüzivliyin təmin olunduğunu diqqətə çatdırıb.
Təşkilat Komitəsinin sədri Azərbaycan Prezidenti İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasındakı çıxışında və “Euronews” televiziyasına müsahibəsində COP29 Sədrliyinin gündəliyinin əsas istiqamətlərini və çərçivəsini müəyyən etdiyini bildirib.
S.Nuriyev bu tezislərdə əks olunduğu kimi, xüsusilə neft və təbii qaz ehtiyatları ilə zəngin olan ölkələrə münasibətdə ədalətli yanaşmanın və bu dövlətlərin fəaliyyətlərinin onların ətraf mühit məsələlərinə verdiyi töhfə müqabilində qiymətləndirilməsinin vacibliyini vurğulayıb.
Təşkilat Komitəsinin sədri bu günlərdə Azərbaycanın 2020-ci il ilə müqayisədə 2030-cu ilədək metan emissiyalarının həcminin 30 faiz azaldılması hədəfini ehtiva edən “Qlobal Metan Vədi”nə qoşulduğunu bildirib.
Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının artıq təsdiqləndiyini, COP29-un keçirilməsi ilə bağlı Tədbirlər Planının hazırlandığını diqqətə çatdıran Təşkilat Komitəsinin sədri hər iki Tədbirlər Planı arasında uzlaşmanın təmin edilməsinin önəmini vurğulayıb.
S.Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi ilə aparılan işlərə toxunaraq, ölkəmizin hazırlıq səviyyəsinin BMT tərəfindən müsbət qiymətləndirildiyini qeyd edib.
Təşkilat Komitəsinin sədri COP29-da Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrlik təcrübəsini və digər beynəlxalq təşkilatlarda fəal təmsil olunmasını nəzərə alaraq, ölkəmizin qlobal Cənub və qlobal Şimal arasında körpü rolunu oynamağa qadir olduğunu və COP29-da qlobal həmrəyliyə və konsensusa nail olunması istiqamətində səylər göstərəcəyini bildirib.
S.Nuriyev, həmçinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Azərbaycan və Braziliya arasında COP-la bağlı “Üçlük” mexanizminin yaradılmasının təqdirəlayiq addım olduğunu bildirib.
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır.
Azərbaycanla Ermənistan arasında razılıq.
Baş nazirlərinin müavinləri sərhəddə görüşdü.
Xankəndi şəhərinə Prezidentin xüsusi nümayəndəsi təyin edildi.
Dövlət başçısından işğaldan azad olunan ərazilərlə bağlı vacib sərəncam.
İrəvandan Moskvaya qarşı sərt addım.
Ermənistan Rusiya hərbçilərinin çıxarılması üçün rəsmi müraciət göndərdi.
“Nikosayağı” kimi tanınan bloqer Nicat Şakirliyə hökm oxundu.
Hakimlər onunla bağlı hansı qərarı qəbul etdilər?
Əhməd cinayətinin oxşarı baş verdi.
Almaniyadakı azərbaycanlı ailədə dəhşətli faciə.
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında:
“Bavariya”nın və Almaniya yığmasının keçmiş baş məşqçisi Hans-Diter Flik “Barselona”da Xavinin mümkün xələfləri siyahısına başçılıq edir.
Bu barədə “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) jurnalist Florian Plettenberq məlumat verib.
Məlumata görə, bir neçə gün əvvəl katalonların nümayəndələri almaniyalı mütəxəssisin yeni agenti Pini Zahavi ilə görüşüb.
Görüşdə Flikin gələcəyi ilə bağlı konkret danışıqlar aparılıb.
Qeyd olunur ki, “Barselona” digər namizədləri də nəzərdən keçirdiyi üçün hələlik yekun qərar verməyib.
Bununla belə, katalon klubu 59 yaşlı çalışdırıcı ilə əməkdaşlıqda maraqlıdır.
Qeyd edək ki, flik məşqçilik karyerası ərzində “Bavariya” və Almaniya millisindən başqa heç bir komandada işləməyib.
59 yaşlı mütəxəssis 2019/2020 mövsümündə Münhen klubu ilə Çempionlar Liqasının qalibi olub.
Xatırladaq ki, “Barselona”nın baş məşqçisi Xavi bu mövsümün sonunda postunu tərk edəcəyini açıqlayıb.
Aylar öncədən xarici ölkəyə səfər üçün bilet əldə edirsiz, hava limanına gəldikdə isə aydın olur ki, ölkədən çıxışınıza stop qoyulub.
Bununla da həm maddi zərərlə üzləşirsiz, həm də səyahət planınız baş tutmur.
Bəs şəxsin ölkədən çıxmasına hansı hallarda stop qoyula bilər və bununla bağlı vətəndaşa öncədən məlumat verilməlidirmi?
Xezerxeber.az-ın məlumatına görə, vəkillər kollegiyasının üzvü, hüquqşünas Emin Kiçikbəyov deyir ki, ölkədən çıxış qadağası mülki və cinayət halları üzrə tətbiq edilə bilər.