Search is not available for this dataset
text
stringlengths
10
518k
Xəstəliyin nadir hallarda insandan insana keçdiyi qeyd edilir.
Düzgün diaqnoz qoyulduqda, bu patogen antibiotiklərlə müalicə edilə bilər.
Xatırladaq ki, ornitoz hərarətin yüksəlməsi, ümumi intoksikasiya, ağciyərlərin, mərkəzi sinir sisteminin zədələnməsi, qaraciyərin və dalağın böyüməsi ilə xarakterizə olunan kəskin yoluxucu xəstəlikdir.
Xəstəliyin törədicisi ev və çöl quşlarındakı xüsusi bakteriyadır.
Bakıda bazar günü və hər gün axşam saat 10-dan səhər saat yeddiyə qədər parkinq pulsuzdur.
Amma saatların belə seçilməsi əksər sürücülərin ürəyincə deyil.
Məsələ qanunvericilikdə bu şəkildə tənzimlənsə də, sürücülər hesab edirlər ki, səhər saat yeddi hər kəsə sərf edən vaxt deyil.
Sürücülər hesab edirlər ki, pulsuz parkinq üçün seçilən vaxt, verilən müddət yetərli deyil.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildiriblər ki, parklanma qaydaları və tarifləri Nazirlərinin Kabinetinin qərarına uyğun olaraq tənzimlənir.
Ətraflı “Xəzər Xəbər”in süjetində:
“Azərbaycan-Ermənistan sülh prosesində əldə ediləcək irəliləyiş Qafqazın çiçəklənməsi üçün həlledici olacaq”.
Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidanın Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşündə bildirilib.
Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinə normallaşması barədə müzakirələr aparılıb.
Tərəflər, həmçinin Rusiya-Ukrayna müharibəsi və Qəzzada atəşkəslə bağlı fikir mübadiləsi aparıblar.
Qəzzada ən qısa zamanda atəşkəsin elan edilməsi və bölgəyə çatan humanitar yardımların artırılmasının vacibliyi qeyd edilib.
Bununla yanaşı, Türkiyənin Suriyadakı terror təşkilatlarına qarşı mübarizədə qətiyyəti vurğulanıb.
ABŞ-nin bu məsələdə müttəfiqlik ruhuna uyğun hərəkət etməli bildirilib.
Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası döngə 1-də fərdi evlərin biri çöküb.
Ərazidə olan Suraxanı Rayon İcra Hakimiyyətinin birinci müavini sakinlərə mənzili tərk etmələrini tövsiyə edib.
Sakinlər isə İcra Hakimiyyəti əməkdaşından sığınacaq tələb ediblər.
Bu gün İcra Hakimiyyətinə yaxınlaşmalısınız.
Daha sonra Mənzil İnşaatı Dövlət Agentliyinə müraciət olunmalıdır.
Hazırda mümkün deyil”, - deyə İcra Hakimiyyətinin nümayəndəsi qeyd edib.
Xankəndi şəhərində Dövlət Yol Polisi (DYP) əməkdaşları xidmətə başlayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib.
“Şəhər ərazisində yol-hərəkəti qaydalarının təşkili və tənzimlənməsi həyata keçirilir.
Hərəkət iştirakçılarına polis əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyi ilə bağlı izahlar verilir, profilaktik işlər aparılır.
Səngərsiz Vətəndə xidmətimizdən qürur duyuruq”, - E.Hacıyev qeyd edib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində qardaş ölkənin Milli Müdafiə Universitetini ziyarət edib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə naziri fəxri qarovulun önündən keçib, universitetin xatirə kitabına ürək sözlərini yazıb.
Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru, professor Erhan Afyoncu Azərbaycan nümayəndə heyətini salamlayaraq onlara təhsil müəssisəsinin yaranma tarixi, təhsil sistemi və tədris prosesi barədə məlumat verib.
General-polkovnik Z.Həsənov Türkiyə ilə digər sahələrdə olduğu kimi, hərbi təhsil sahəsində də əməkdaşlığın və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilən görüşdə birgə əməkdaşlıq çərçivəsində hərbi təhsilin daha da genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran bir sıra mövzular ətrafında müzakirələr aparılıb.
Sonra müdafiə naziri Milli Müdafiə Universitetinin tabeliyində olan təhsil müəssisələrində təhsil alan hərbi qulluqçularla görüşüb, onların hazırlıq səviyyəsi ilə maraqlanıb və öz tövsiyələrini verib.
General-polkovnik Z.Həsənov ölkəmizdə ordu quruculuğu istiqamətində həyata keçirilən islahatlardan, Türkiyə Respublikası Silahlı Qüvvələri modelinin Azərbaycan Ordusunda tətbiq edilməsindən danışıb.
Müdafiə naziri burada təhsil alan azərbaycanlı kursantların özlərini müasir dövrün tələblərinə uyğun kadr kimi formalaşdıracaqlarına, tədris müddətində əldə etdikləri bilik və təcrübələri hərbi təhsil ocağını uğurla başa vurduqdan və Vətənə qayıtdıqdan sonra Azərbaycan Ordusunun daha da güclənməsi naminə tətbiq edəcəklərinə əmin olduğunu vurğulayıb.
General-polkovnik Z.Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin qardaş ölkəyə rəsmi səfəri davam edir.
Sumqayıtda ağır-yol nəqliyyat hadisəsi baş verib.
İdarəetmədən çıxan “Opel” markalı avtomobil ağaca çırpılıb.
Hadisə zamanı avtomobildə olan Rasim Bayramzadə və Anar Bayramlı müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
Paytaxtda hər gün yeni tikililər inşa edilir, göz oxşayan binalar şəhərə estetik gözəllik qatır.
Amma təəssüf ki, bununla yanaşı tikintisi yarımçıq qalmış binalara da rast gəlinir.
Xezerxeber.az-ın məlumatına görə, Bakının hər rayonun ərazisində belə tikililərə rast gəlmək olar.
Əmlak ekspertlərinin sözlərinə görə, çoxmərtəbəli yarımtikililərin sayı 200-dən çoxdur.
Əmlak eksperti Ramil Osmanlı bildirib ki, müflisləşmə, maliyyə çətinliyi, qanunsuz tikilmə və ya binanı inşa edən şəxsin həbsi tikilinin yarımçıq qalmasına səbəb ola bilər.
Onun sözlərinə görə, problemin həlli üçün müvafiq dövlət qurumlarının iştirakı ilə komissiya yaradılmalıdır.
Binanın inşasında ciddi qanun pozuntusuna yol verilməyibsə, kooperativin digər payçılarının prosesə cəlb edilməsi ilə tikintinin başa çatdırılması mümkündür.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, müvafiq fərmana əsasən, tikinti və istismara icazələr 2018-ci ilin avqust ayından etibarən bu qurum tərəfindən verilir.
İnşası yarımçıq qalan binalar da fərqli illərdə inşa edilmiş tikililərdir.
Konkret tikili və ya ünvan barədə müraciət edildiyi təqdirdə aidiyyəti qurumların rəyləri əsasında məsələyə yenidən baxıla bilər.
Gəncədə küçədən meyit tapılıb.
APA-nın məlumatına görə, hadisə Atatürk prospektində qeydə alınıb.
Belə ki, 1961-ci il təvəllüdlü Arzu Hüseynovun meyiti binanın yaxınlığından tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
İlkin məlumata görə, A.Hüseynov ürəktutmasından dünyasını dəyişib.
Sudan prezidentinin oğlu Mohamed A.Fatah Elburhan Rahman Ankarada baş verən avtomobil qəzası nəticəsində yaralanıb.
Onun səhhətinin ağır olduğu bildirilib.
Rahmanın Türkiyə Konstitusiya Məhkəməsi binası yaxınlığında qəza keçirdiyi və hazırda Bilkənd Şəhər Xəstəxanasının reanimasiya şöbəsində olduğu qeyd edilib.
“TikTok” sosial platformasında məşhurlaşan bəzi “fenomenlər” azyaşlılara yaxşı nümunə deyil.
Hüquq mühafizə orqanları bu istiqamətdə mütəmadi addımlar atsa da, müsbət nəticə yoxdur.
Ağlasığmaz əməllərinə azyaşlı övladlarını da daxil edib, bunun üzərindən pul qazanan valideynlərlə bağlı hansı tədbirləri görmək olar?
Daha ətraflı “ATV Xəbər”in süjetində:
Ukrayna Prezidenti Volodimir Zelenski martın 8-də Türkiyəyə səfər edəcək.
Bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.
Məlumata görə, səfər zamanı Ukrayna və Rusiya arasında davam edən müharibənin gedişi, taxıl dəhlizi ilə bağlı vəziyyət ətraflı müzakirə olunacaq.
Liderlər həmçinin Ukraynadakı münaqişənin nizamlanması və regionda davamlı sülhə gətirib çıxara biləcək həll yolları barədə fikir mübadiləsi aparacaqlar.
“Gərgin və çətin qarşılaşma oldu.
İlk hissədəki nəticə yaxşı deyildi”.
Mütəxəssis cavab matçında səhvləri təkrarlamamağa çalışacaqlarını bildirib:“Sabahdan Bundesliqanı fikirləşə bilərik”.
Alonso “Qarabağ”ın güclü kollektiv olduğunu söyləyib:“Növbəti həftə nə olacağını bilmirik”.
Dünyadakı unikallığına görə səkkiz göldən biri olan, turistlərin marağına səbəb olan çəhrayı rəngli duz gölü füsunkarlığı ilə seçilir.
Bu göl Abşeron yarımadasında, Masazır kəndinə yaxın ərazidə yerləşdiyi üçün turistlər üçün də kifayət qədər əlverişli yerdədir.
Bu baxımdan, Azərbaycana gələn qonaqların həmin gölə getmək imkanı daha realdır.
Suyun duzluluq səviyyəsi yüksək olduğundan göldə flora və fauna aləmi yoxdur.
Ətraflı “AzTV Xəbər”in süjetində:
“Azarkeşlərə təşəkkür edirəm.
Bu gün əsl futbol ab-havası var idi.Oyunçulara da minnətdarlığımı bildirirəm”.
51 yaşlı mütəxəssis görüşün sonlarında futbolçularda yorğunluğun hiss edildiyini bildirib:""“Qələbə də qazana bilərdik.
Avropa ölkələrində rəhbərlər, futbolçular dəyişir, amma mexanizm davam edir.
Daha möhkəm olmaq üçün atacağımız addımlar vacibdir.
Hər halda Almaniya futbolu bu gün bizdən öndədir.
10-15 ildən sonra hansısa nəticəni verə bilərik.
Məncə ölkələri müqayisə etməyək, işimizi yaxşılaşdırmağa çalışaq”.
Baş məşqçi məyus olmadığını vurğulayıb:""“Səfərdəki matça daha ciddi hazırlaşmalıyıq.
Oyunçuların daha sağlam və hazırlıqlı olması önəmlidir.
Böyük uğurlar üçün nəhəng klublara da qalib gəlmək lazımdır.
Haradasa bu səviyyəyə yaxınlaşa biləcəyik”.
Soyuq havalarda boğaz ağrısı, öskürək bir çox insanı narahat edən haldır.
Bunun üçün dərmandan çox təbii bitkilərdən hazırlanan çaylar məsləhət görülür.
Oxu.Az xəbər verir ki, boğaz ağrısı soyuqdəymə, qrip və ya digər infeksiyaların səbəb ola biləcəyi narahatlıqdır.
Boğaz ağrısını birdəfəyə sağaldan bitkilərdən biri zefir çiçəyidir.
Mülayim iqlimli bölgələrdə geniş şəkildə böyüyən bir bitkidir.
Qədim zamanlardan bəri zefir bitkisindən əldə edilən ekstraktlardan boğaz ağrıları və digər xəstəlikləri müalicə etmək üçün istifadə edilir.
Eyni zamanda iltihabi xəstəlikləri aradan qaldırır.
O, bakteriyalarla mübarizə apara, iltihabı azalda və tənəffüs xəstəliklərinin müalicəsində kömək edə bilər.
Bir bankanı soyuq su ilə doldurun.
Çiçəkdən bir az suya əlavə edin.
Bir gecə və ya səkkiz saat saxlayın.