Search is not available for this dataset
text
stringlengths
10
518k
İstədiyiniz miqdarı bir stəkana tökün.
İstədiyiniz halda bal və ya dadlandırıcı əlavə edin.
İçdikdən sonra boğaz ağrısının azalacağını görəcəksiniz.
Müğənni Miro (Məhəmməd İsgəndərov) mərhum Əməkdar artist Aygün Bəylərin “Özün günahkarsan” mahnısını ifa edib.
Oxu.Az yazır ki, müğənni mahnıya yeni nəfəs qatıb, fərqli aranjimanda səsləndirib.
İfaçı bu haqda sosial media hesabında paylaşım edərək “Aygün Bəylərin xatirəsinə” şərhini yazıb.
Qeyd edək ki, mahnının sözləri Kəmalə Abıyevaya, musiqisi Kamala məxsusdur.
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.
APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
“Hyundai” markalı minik avtomobil 45-50 yaşlı, hələlik ad və soyadı naməlum olan şəxsi vurub.
Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
ABŞ Moskvadakı vətəndaşlarına terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
Xəbərdarlıq ABŞ-nin Rusiyadakı Səfirliyinin saytında yerləşdirilib.
Xəbərdarlıqda hücum ehtimalı olduğu üçün ABŞ vətəndaşlarına növbəti 48 saat ərzində böyük toplantılarda iştirakdan çəkinmələri tövsiyə olunur:""“İnsanların toplaşdığı yerlərdən qaçın.
Yerli mətbuatda yenilənmələri izləyin.
Öz ətrafınızdan məlumatlı olun”, - deyə səfirliyin saytında qeyd edilir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” hesabında 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:""“Hər bir qadına möhkəm cansağlığı, gözəl əhvali-ruhiyyə, tükənməz sevgi, sevinc və ailə səadəti arzulayıram!”"Публикация от Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)
Bakının Sabunçu rayonunda evdə dava zamanı bir nəfər bıçaqlanıb.
APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
1968-ci il təvəllüdlü Andrey Yuriyeviç Yelikov yaşadığı evdə dostu ilə əlbəyaxa olub və bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar
Türkiyənin Muğla əyalətinin Marmaris şəhərində 4,4 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanların ocağı 36 kilometr dərinlikdə yerləşib.
Dağıntı və insan itkisi barədə məlumat verilmir.
Sabirabad şəhərində ümumi sahəsi 130 kvadratmetr olan üçotaqlı kafenin bir otağının yanar konstruksiyaları 25 kvadratmetr sahədə yanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.
H.Hacıyev paylaşımını işğaldan azad edilən ərazilərimizdə minatəmizləmə işi ilə məşğul olan qadınlarımıza həsr edib.
“Humanitar minatəmizləmə ilə məşğul olan, minalanmış tarlalarda öz həyatlarını təhlükəyə ataraq, torpaqlarımızı Ermənistanın əkdiyi “ölüm toxumu”ndan qarış-qarış təmizləyən və bununla da insanların həyatını xilas edən Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm.
Bir insanın həyatını xilas etmək dünyanı xilas etmək deməkdir!” - deyə H.Hacıyev paylaşımında qeyd edib.
In the face of Azerbaijani female humanitarian demining operatives who by risking their own lives in the landmine contaminated fields, are saving lives inch by inch clearing our lands from Armenia implanted "seeds of death" -landmines, I offer congratulations to all women on the… pic.twitter.com/IZ9O2CdG1e
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür.
Bu münasibətlə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşım edib.
Paylaşımda bildirilir:""“Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik.
Bu əlamətdar tarix cəmiyyətin mənəvi dayağı, gözəllik və zəriflik rəmzi olan xanımlara səmimi diləklərimizi ifadə etmək üçün xoş fürsətdir.
Siz qayğıkeşlik, humanizm və fədakarlıqla ali dəyərlərimizi yaşadır, böyük nailiyyətlərə imza atır və həyatımızı ahəngdar edirsiniz.
Bayramınız mübarək, sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar və firavanlıq arzulayırıq”.
Əziz xanımlar!🌸 Sizi #BeynəlxalqQadınlarGünü münasibətilə təbrik edirik.
Bu əlamətdar tarix cəmiyyətin mənəvi dayağı, gözəllik və zəriflik rəmzi olan xanımlara səmimi diləklərimizi ifadə etmək üçün xoş fürsətdir.
Siz qayğıkeşlik, humanizm və fədakarlıqla ali dəyərlərimizi… pic.twitter.com/TSz2dUh5NJ
Bakıda “Müxtəlifliyin qorunması:2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda keçirilən beynəlxalq elmi konfransın ilk günü başa çatıb.
APA xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə keçirilən konfransın ilk günündə açılış nitqləri ilə yanaşı ayrı-ayrı panel müzakirələr təşkil olunub.
Panel müzakirələr “Tolerantlığı, sülhü və insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış”, “Multikulturalizm, İslam və Sivilizasiyaların toqquşması nəzəriyyəsi:İslamofobiyanı yenidən düşünmək”, eləcə də “Ali təhsil kontekstində islamofobiya ilə mübarizə” mövzularına həsr olunub.
Qeyd edək ki, konfransda dünyanın 30 ölkəsindən 130-a qədər alim, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.
Müzakirələrdə mövzu üzrə yerli ekspertlər, dövlət qurumlarının nümayəndələri, dini icma rəhbərləri, dövlət rəsmiləri və diplomatlar yer alırlar.
09:35"Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı “Müxtəlifliyin qorunması:2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.
Konfrans çərçivəsində iki plenar iclas keçiriləcək.
Hər paneldə 6-7 spikerin olması nəzərdə tutulur.
“Tolerantlığı, sülhü və insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış” adlı panel iclasda “Multikulturalizm, islam və sivilizasiyaların toqquşması nəzəriyyəsi:İslamofobiyanın yenidən nəzərdən keçirilməsi”, “İctimai rəyin formalaşdırılması:rəqəmsal islamofobiya” və “Ali təhsil kontekstində islamofobiya ilə mübarizə” sessiyaları təşkil olunacaq.
Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqlər, müsəlman icmasının əsas insan hüquqları” adlı panel iclasda isə “Fransada müsəlmanlara qarşı siyasətlər:İslamofobiyanın normallaşdırılması”, “Qeyri-müsəlman ölkələrində islam mədəni və dini irsinin qəsdən məhv edilməsi və təhqir edilməsi aktları” və “Cinsiyyətli islamofobiyanın matrisi:müsəlman qadınların repressiyası və müqaviməti, gender və cəmiyyət” mövzularında sessiyalar keçiriləcək.
Martın 10-da konfrans iştirakçılarının 2024-cü ilin İslam dünyasının mədəniyyət paytaxtı elan edilən Şuşaya səfəri planlaşdırılır.
Qeyd edək ki, martın 15-nin İslamofobiya ilə Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Nigerin Niamey şəhərindəki toplantısında elan olunub.
BMT Baş Assambleyası isə 2022-ci ildə martın 15-ni İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.
ABŞ-nin keçmiş prezidenti Donald Tramp hesab edir ki, NATO üzvü olan ölkələr alyansa haqlarını ödəməsələr, o zaman ABŞ onları müdafiə etməyəcək.
“Mən dedim ki, NATO öz hesablarını ödəməlidir, onlar ödəməsələr, biz sizi qorumayacağıq”, - deyə Tramp ABŞ Prezidenti Co Baydenin çıxışını şərh edərkən bildirib.
Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton deyib ki, eks-prezidentin ABŞ-ni NATO-dan çıxarmaqla hədələməsi realdır, bu addım ölkə və bütün dünya üçün son dərəcə mənfi nəticələrə səbəb olacaq.
Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğanla Volodimir Zelenski arasında danışıqlar İstanbulda, məşhur Dolmabağça sarayında aparılacaq.
İkitərəfli görüşdən sonra birgə mətbuat konfransı planlaşdırılır.
Qeyd olunub ki, görüşdə Ukrayna ilə Rusiya arasında davam edən müharibə, taxıl dəhlizi sazişinin müddətinin uzadılması, bölgədə davamlı sülhə səbəb ola biləcək qərarlar ətrafında fikir mübadiləsi aparılacaq.
Prezident İlham Əliyev Bakıda keçirilən “Müxtəlifliyin qorunması:2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfransın iştirakçılarına müraciət ünvanlayıb.
AZƏRTAC-ın məlumatına görə, müraciətdə deyilir:""“Hörmətli konfrans iştirakçıları.
Sizi “Müxtəlifliyin qorunması:2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda salamlayıram.
Bugünkü tədbirin İslam aləmi üçün mübarək Ramazan ayının başlaması və “İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində keçirilməsi rəmzi məna kəsb edir.
Təəssüflər olsun ki, dünyada islamofobiya meylləri sürətlə artmaqdadır.
İslamın potensial təhlükə mənbəyi kimi aşılandığının, müsəlmanlara qarşı şübhə, ayrı-seçkilik və açıq nifrətin gündən-günə daha geniş yayıldığının şahidi oluruq.
İslamofobiya ilə Mübarizə Gününə dair BMT-nin Qətnaməsində də qeyd edildiyi kimi dini inanclarla bağlı ayrı-seçkilik, dözümsüzlük və şiddət hallarının çoxalması dərin narahatlıq doğurur.
Acınacaqlı haldır ki, hazırda islamofobiya özünü demokratik hesab edən bir sıra Qərb ölkələrinin dövlət siyasətinin tərkib hissəsini təşkil edir.
Son bir ildə dünyada baş vermiş bütün anti-islam təzahürlərinin 80 faizi bu ölkələrin payına düşür.
İslamofobiyanın ən yüksək səviyyəyə çatdığı və rəsmi ideologiya kimi tətbiq olunduğu bəzi Avropa ölkələrində müqəddəs kitabımız “Qurani-Kərim”in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi və sair təhqiramiz hərəkətlər söz azadlığı kimi qələmə verilir.
Fransa özünün ənənəvi neokolonializm siyasəti ilə bərabər müsəlmanlara qarşı açıq-aşkar təzyiq və diskriminasiya siyasəti yürüdür, müxtəlif islamofob kampaniyalar təşkil edir.
“Dünyəvilik” adı altında sırf müsəlmanların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunvericilik aktları və siyasi qərarlar qəbul edir.
Bu ölkədə məscidlər, müsəlman mədəniyyət mərkəzləri və qəbiristanlıqlar müxtəlif formalarda təhqirlərə məruz qalır, müsəlman vətəndaşlar sıxışdırılır.
Müsəlmanların hisslərini təhqir edən bu cür təzahürlərlə mübarizə aparmaq, cinayətkarları məsuliyyətə cəlb etmək əvəzinə, həmin ölkələrin hökumətləri islamofob əhvali-ruhiyyəni daha da qızışdırır, müsəlmanlara qarşı təqibləri təlqin edir və bu kimi mövzuları davamlı olaraq gündəlikdə saxlamağa çalışırlar.
Təəssüflər olsun ki, özlərini demokratik adlandıran bəzi Qərb təsisatları da anti-islam fəaliyyətini həyata keçirirlər.
Bu gün Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası islamofobiyanı təşviq edən və bu ideologiya əsasında siyasət yürüdən platformalara çevrilmişdir.
Hazırkı mənfi tendensiya bəzi qlobal media qurumlarının fəaliyyətində də özünü büruzə verir.
Bu qurumlar tərəfindən İslam dininə, İslam mədəniyyətinə qarşı məqsədyönlü şəkildə fəaliyyət aparılır, İslamın gerçək mahiyyətini təhrif etməklə onu terrorla eyniləşdirmək, ləkələmək və qaralamaq cəhdləri həyata keçirilir.
Biz vüsət almaqda olan və dinimizi gözdən salmağa yönəlmiş bu meylləri qəti şəkildə pisləyirik.
İslam sülh, mərhəmət, dözümlülük və ədalət dinidir.
Dünya xəritəsinə baxdıqda, terrordan ən çox əziyyət çəkənlərin məhz müsəlmanlar olduğunu görə bilərik.
Azərbaycan da islamofobiyadan əziyyət çəkən ölkədir.
Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalının ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən islam dininə aid abidələrin qəsdən dağıdılması və məhv olunmasıdır.
İlkin araşdırmalara görə işğal dövründə 65 məscidin yerlə bir edildiyinə dair məlumatlar olsa da, təəssüf ki, bu rəqəmlər getdikcə daha da artır və İslam irsinə qarşı erməni vandalizminin çoxsaylı yeni nümunələri ortaya çıxır.
Bundan əlavə, bu ərazilərdə yüzlərlə müsəlman qəbiristanlığının məhv edildiyi, müsəlman dini ibadət yerlərinin, məscid və türbələrimizin təyinatının dəyişdirilərək saxtalaşdırıldığı, bir çox hallarda isə tövlə kimi istifadə olunaraq orada dinimizdə haram sayılan heyvanların saxlanıldığı faktları aşkar edilir.
Bu cür həqarət aktları yalnız bizim deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir edir.
Eyni zamanda, Ermənistan ərazisində yerləşən Azərbaycanın İslam tarixi-mədəni irsinin məhv edilməsi böyük məyusluq doğurur.
Azərbaycan UNESCO-ya müraciət edərək Ermənistanda illər ərzində dağıdılmış mədəni və dini abidələrimizin vəziyyətinin qiymətləndirilməsinin aparılması məqsədilə bu ölkəyə texniki missiyanın göndərilməsinə çağırış etmişdir.
Əfsuslar olsun ki, UNESCO indiyə kimi bu çağırışa cavab verməmişdir.
Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik.
Burada bütün dinlərin və etnik qrupların nümayəndələri əmin-amanlıq şəraitində bir ailə kimi yaşayırlar.
Ölkəmizdə milli sərvət kimi qorunan dini bərabərlik və inklüzivlik Azərbaycan xalqının həyat tərzidir, onun güc mənbəyidir.
Bundan irəli gələrək, təbiidir ki, multikultural dəyərlərə hörmət bizim dövlət siyasətimizin prioritet istiqamətlərindən birini təşkil edir.
Ölkəmiz dünya miqyasında da sülh, dinc birgəyaşayış, humanizm dəyərlərinin təbliği və təşviqi üçün əlindən gələni əsirgəmir.
Azərbaycan müxtəlif mədəniyyətlər arasında ahəngdar münasibətləri dəstəkləyir, qarşılıqlı anlaşmaya nail olunması naminə sivilizasiyalar və mədəniyyətlərarası dialoq zəminində davamlı olaraq bir çox qlobal təşəbbüslər irəli sürür.