Search is not available for this dataset
text
stringlengths
10
518k
Əksər azərbaycanlı kişilər də dəyər verdikləri xanımlara bayram günü müxtəlif hədiyyələr almağa çalışırlar.
Amma təbii ki, zövqlər də, istəklər də, imkanlar da fərqlidir.
Bəzi xanımlar üçün xoş bir söz ən dəyərli hədiyyə sayılırsa, digərlərinin arzusu fərqli olur.
Biz də tanınmış xanımlarımızın hədiyyə istəklərini sorğuladıq.
Soruşduq ki, bu gün onlara hansı hədiyyələr alınsa, daha xoşbəxt olarlar?
Bu sualı öz sahəsində uğur əldə etmiş xanımlarımıza ünvanladıq.
“Ən böyük hədiyyəm layiq görüldüyüm “Tərəqqi” medalıdır”"“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə, onun üçün ən böyük hədiyyə Prezidentin sərəncamı ilə layiq görüldüyü “Tərəqqi” medalı olub:""“Doğmalarımdan hədiyyə alsam, sevinərəm.
Mənim üçün önəmli olan diqqətdir.
Sevdiklərimin ətrafıma toplaşmağı, birlikdə əylənməyimiz mənim üçün ən böyük dəstəkdir.
Bir də ən böyük hədiyyə dəstək göstərdiyim qadınların mesajlarıdır”.
Bu il üçün isə arzusu bağ evi hədiyyə edilməsidir"Psixoloq Samirə Bağırova deyir ki, bu illər ərzində onu ən çox sevindirən hədiyyə bayram günü aldığı maşın olub.
Bu il üçün isə arzusu bağ evi hədiyyə edilməsidir:""⁠”Mənə görə, ən yaxın insan üçün hədiyyənin önəmi var.
Çünki özüm də zövq oxşayan hədiyyə seçməyə çalışıram.
Tanışlara, məsafəli insanlarla isə sözlə də diqqət ayırmaq kifayətdir”.
Sevinc Cəfərzadə hansısa hədiyyə aldığını xatırlamır"Futbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin kapitanı Sevinc Cəfərzadə bildirib ki, 8 Martda hansısa hədiyyə aldığını xatırlamır.
Çünki uzun illərdir xaricdə, sevdiklərindən uzaqda yaşayır:""“Düşünürəm ki, bu il də hədiyyə ala bilməyəcəyəm.
Əzizlərimin xoş sözü mənim üçün yetərli olar.
Amma istəmərəm ki, kimsə sonuncu pulunu verib hədiyyə alsın.
Ona görə də təbrik etmək üçün bir neçə cümlə də kifayət edər”.
“Dörd manatlıq nərgiz buketi də ən böyük hədiyyə ola bilər”"Aparıcı Jalə Həsənli isə kitab və şərf hədiyyələri almağı çox sevdiyini qeyd edib:""“Bu il də belə hədiyyələr alınsa, sevinərəm.
Hədiyyə əsas deyil, mənə görə əsas olan xatırlanmaqdır.
Dörd manatlıq nərgiz buketi də mənim üçün ən böyük hədiyyə ola bilər”.
Hədiyyə almağı deyil, verməyi sevən xanımlar da var "Həkim pediatr Aytən İsmayılzadə 8 Martda hədiyyə verməyi daha çox xoşlayır:""“Anamı, müəllimlərimi, yaşlı qadınları, ətrafımdakı xanımları sevindirirəm.
Amma sevincimə səbəb olan xüsusi bir hədiyyə aldığımı xatırlamıram.
Mənim üçün hədiyyənin fərqi yoxdur.
Hədiyyə verəndə də, alanda da sevinirəm.
Arzulayardım ki, hədiyyələr dəyərli və lazımlı olsun.
Məsələn, kiminsə anası həkimə getmirsə, ona həkim qəbulu, yoxlanış hədiyyə edə bilərlər”.
Əməkdar artist Elnarə Abdullayeva isə düşünür ki, insanın insana verdiyi hədiyyələrin əhəmiyyəti yoxdur:""“Mənim üçün ən dəyərli olan Allahın verdiyi hədiyyələrdir.
Hələ mənə özümdən daha dəyərli hədiyyə verən olmayıb”.
“İslamofobiyaya qarşı mübarizə aparmaq üçün siyasi və beynəlxalq addımlar lazımdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev “Müxtəlifliyin qorunması:2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda söyləyib.
O bildirib ki, hazırda qlobal mediada ayrı-seçkilik görünür:""“Bizim təşkilatçılıq etdiyimiz tədbirlər Qərbdən idarə olunan media qurumları tərəfindən mütəmadi olaraq tənqid edilir”.
“Bakıda artıq ikinci dəfədir keçirilən konfransda beynəlxalq səviyyədə islamofobiyaya qarşı mübarizə kontekstində nələr edə biləcəyimiz müzakirə ediləcək.
Yaşadığımız dövrdə ayrı-seçkilik, islamofobiya günümüzün reallığıdır.
İnsanlara qarşı diskriminasiya, nifrət nitqi, təcridolunma kimi problemlər bizim həyatımızı çətinləşdirir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Bakıda keçirilən “Müxtəlifliyin qorunması:2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, hazırda hər kəs dünyada müsəlmanların təcrid olunması və onlara qarşı ayrı-seçkiliyin şahidi olur:“Xüsusilə Qərb ölkələrində bu hallara rast gəlinir.
Müsəlmanlara qarşı mənfur əməllərə davam edirlər.
Biz hamımız sülh içərisində yaşaya bilərik”.
Samux şəhərində “Mercedes-Benz” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Baku TV-yə bir qrup şəxsin küçədə qalması ilə bağlı müraciət daxil olub.
İddia olunub ki, küçədə yaşayan həmin insanların arasında narkotik istifadəçiləri də var.
Baku TV-nin çəkiliş qrupu məsələni araşdırmaq üçün sözügedən şəxslərdən bir neçəsi ilə söhbət aparıb.
Onlar narkotik istifadəçisi olmadıqlarını bildiriblər.
Burada narkotik istifadəçiləri olur.
Amma mənim yanımda qalanlar arasında beləsi yoxdur”, - deyə küçədə qalan şəxs deyib.
Sosial Xidmətlər Agentliyindən bildirilib ki, qurumun aidiyyəti əməkdaşları əraziyə gedərək küçədə qalan şəxslərlə görüşüblər.
Onlara sığınacağa yerləşdirilmələri təklif olunsa da, bundan imtina ediblər.
San-Fransisko hava limanından havaya qalxan “Boeing 777” təyyarəsinin təkəri arxa şassinin dayağından qopub.
Hadisə şahidlərinin sözlərinə görə, təkər dayanmış avtomobillərin üzərinə düşüb və maşınlara ziyan dəyib.
Yaponiyaya uçan təyyarə təcili olaraq Los-Ancelesə enməli olub.
Texniki nasazlıq aradan qaldırılandan sonra “Boeing 777” nəzərdə tutulan uçuşu həyata keçirib.
Rusiya millisinin qapıçılarla işləyən əsas məşqçisi Vitali Kafanov Azərbaycan “Qarabağ”ın qapıçısı Andrey Lunyovu xaricdə oynayan ən yaxşı rusiyalı qapıçı adlandırıb.
Vitali Kafanov Andrey Lunyovu Rusiya millisinin əsas qapıçısı olmaq ehtimalına da toxunub.
O qeyd edib ki, son qərar mart ayında, Rusiya millisinin Novoqorskdakı təlim-məşq toplanışından sonra veriləcək.
“İslamofobiya artıq bir qlobal fenomen halını alıb.
Biz BMT Baş Assambleyasının islamofobiyaya qarşı mübarizə ilə bağlı qətnaməsinin qəbul edilməsini mütərəqqi bir hal kimi qiymətləndiririk.
Bu cür sənədlər qlobal səviyyədə islamofobiyanın mövcud olduğunu təsdiqləyir”.
AZƏRTAC xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslamofobiyanın Müşahidə Mərkəzinin rəhbəri Dodik Ariyanto Bakıda islamofobiyaya həsr olunan beynəlxalq konfrans çərçivəsində keçirilən “Tolerantlığı, sülhü, insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış” adlı plenar iclasında söyləyib.
O, hökumətlərin, QHT-lərin, beynəlxalq təşkilatların bu mübarizədə mühüm rolunu qeyd edib:""“İslamofobiyaya qarşı mübarizə fərqli cəbhələrdə baş verməlidir.
Burada, əlbəttə ki, dinlərarası dialoq mühüm rol oynayır.
Biz bu kimi tədbirlərin sayını artırmalıyıq.
Tolerantlıq, sülh və əmin-amanlığı təbliğ etməliyik”.
Məşhur media imperatoru Rupert Merdok 92 yaşında altıncı dəfə nişanlanıb.
Məlumata görə, Merdokun nişanlısı molekulyar bioloq, rusiyalı milyarder Roman Abramoviçin keçmiş qayınanası 67 yaşlı Yelena Jukovadır.
İndiyə qədər dörd dəfə evli olan Merdok iki həftə radio aparıcısı Ann Lesley Smitlə nişanlı olub ayrıldıqdan sonra Jukova ilə nişanlanıb.
Merdokun Kaliforniyadakı üzüm bağı və mülkü tam hazırlanıb, Moraqada keçiriləcək toy üçün dəvətnamələr də artıq göndərilib.
Son günlər Azərbaycan istehsalı olan zeytun yağlarının qiymətində kəskin artım müşahidə olunur.
Bu da özünü əsasən yarımlitrlik və birlitrlik qablaşdırmalarda göstərir.
Belə ki, bir müddət əvvəl qiyməti orta hesabla 6,20-7,40 manat olan yarımlitrlik zeytun yağları hazırda 9,0 manatdan baha satılır.
8,50-10,50 manat aralığında təklif olunan birlitrlik zeytun yağları isə son günlərdə 17-18 manata təklif olunur.
Bəs qiymətin bu qədər artması nə ilə bağlıdır?
Mövzu ilə bağlı Bizim.media-nın suallarını cavablandıran iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, əvvəllər Azərbaycanda istehsal edilən zeytun yağlarının yarımfabrikatları xaricdən idxal olunurdu:""“Artıq bir ildir ki, ölkəmizdə də bu yarımfabrikatların istehsalına start verilib.
Ola bilsin ki, bahalaşma bununla əlaqədardır.
Yəni yerli xammaldan əldə edilən məhsulun baha baş gəlməsi səbəbindən qiymət artımının baş verməsi mümkündür.
Onun sözlərinə görə, son vaxtlar ölkəyə idxal olunan zeytun yağlarının dəyərində də artımlar nəzərə çarpmaqdadır:""“Bahalaşma bütün dünyada baş verməkdədir ki, bu da özünü soyuq sıxılma ilə əldə olunan yağlarda göstərir.
Marketlərdə satılan şəffaf yağlar isə rafinə edilib”.
Ekspert zeytun yığımının bir neçə ay əvvəl başa çatmasının qiymət artımının səbəblərindən biri olmadığını qeyd edib:""“Yığım ötən il oktyabrın axırı, noyabrın əvvəlində başa çatıb və bundan cəmi 3-4 ay keçib.
Növbəti mövsümə isə hələ 8-9 ay vaxt qalıb.
Bu baxımdan da xammalın tez tükəndiyini və zeytun yağının buna görə bahalaşdığını düşünmürəm.
Xammal tükənsə belə, istehsalçılar bunu idxalla kompensasiya edə bilərlər”.
ABŞ-nin Rusiyadakı səfirliyi və Böyük Britaniyanın Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Moskvada baş verə biləcək terror aktları barədə xəbərdarlıq edib.
Təxminən eyni gündə Rusiya Federal Təhlükəsizlik Xidməti Moskvada sinaqoqlara hücum hazırlamaqda şübhəli bilinən “İslam Dövləti” (İŞİD) terror qruplaşması üzvlərinin zərərsizləşdirdiyini elan edib.
Bu hadisə və xəbərdarlıqlar Rusiyada prezident seçkisi öncəsi kəşfiyyat hazırlıqlarının qiymətləndirilməsinə əsas verir.
Vaşinqton və Londondan gələn siqnallar Rusiyada böyükölçülü terror aktlarının törədilməsi planlarını göstərir.
Hərçənd ki, ABŞ və Böyük Britaniyanın Rusiyada hazırlanan terror barədə kəşfiyyat məlumatlarını müxtəlif kanallar vasitəsilə Moskva ilə bölüşdüyü istisna edilməməlidir.
Çünki ekstremist təşkilatlar, o cümlədən İŞİD Rusiya ilə yanaşı Avroatlantik məkanın da təhlükəsizliyinə təhdiddir.
Hər halda, bu xəbərdarlıqlar üç nöqteyi-nəzərdən diqqət mərkəzində saxlanıla bilər.
Birincisi, Rusiyada hər hansı təxribat Kremlin Ukraynada başlatdığı müharibəyə daxildə hazırlanan cavab kimi başa düşülə bilər.
Yəni mümkün terror aktlarının hazırlanması Rusiyanı Ukraynada apardığı hərbi kampaniyadan çəkindirmək narrativlərinə malikdir.
İkincisi, Rusiyada prezident seçkisində ölkə başçısı Vladimir Putinin qələbə qazanmaq ehtimalının yüksək olması Moskvanın Ukraynada hərbi imkanlarını tədricən genişləndirmək perspektivini ortaya qoyur.
Çünki seçkinin nəticələrindən sonra Kreml Vladimir Putinin qələbəsini əlamətdar hadisə kimi qiymətləndirmək təbliğatını aparacaq.
Ardınca isə Rusiyanın Ukrayndakı uzunmüddətli müharibə səylərinə əlavə daxili dəstək qazandırılması istiqamətində təşəbbüslər gözə çarpacaq.
Üçüncüsü, Rusiyanın daxilində terror aktları ilə etirazlar yaradıb onları yönləndirmək gündəliyi masada ola bilər.
Ancaq konkret olaraq bu planların müəlliflərin hansı qüvvələr olduğunu müəyyən etmək də çətindir.
Proqnozlaşdırmaq olar ki, seçki ərəfəsində Rusiyada irili-xırdalı təxribat cəhdləri görünəcək.
Bu amil Rusiyanın xarici təhdid mövzusundakı çağırışlarının təkrarlanmasına gətirib çıxara bilər.