Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Onun sözlərinə görə, vandalizmə məruz qalmış abidə xilas edilərək Azərbaycanın Fransadakı səfirliyinin ərazisinə köçürülüb:""“Əslində, müasir dövrdə belə hadisələr baş verməməlidir. |
Ancaq bunu gözardı da etmək olmaz. |
Qərb ideologiyası artıq radikallaşmağa başlayıb. |
XIX əsr şairəsi, Aleksandr Düma ilə görüşmüş Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm də bunun əyani sübutudur”. |
Səfir bildirib ki, son 50 ildə Qərb mədəniyyətinin hökmranlığının fonunda tendensiyalar dəyişməkdədir:""“İslamofobiya fenomenində Qərb dünyasında müsəlmanların qlobal dəyərlərə qarşı çıxan tərəf kimi göstərilməsi gündəmdədir. |
Mərhum Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruz əməliyyat olunub. |
Oxu.Az xəbər verir ki, o bu barədə özünün “Instagram” hesabında paylaşım edib. |
Şəfəq bildirib ki, uzun müddətdir başında ağrılar olub və buna görə əməliyyata girməyə razılaşıb:""“Sən demə, ölümə bir-iki addım yaxın imişəm. |
Ona görə gözlərim, üzüm şiş imiş. |
Ona görə gözlərim dartılmış görünürdü. |
Beynimdən çıxan iltihabdan sonra başağrılarım dayandı. |
Gözlərim yumrulandı, üzüm balacalaşdı. |
Azərbaycanda vətəndaşların sosial məsələlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin mərkəzində dayanır. |
Paytaxtla bərabər, regionlarda vətəndaşların sosial məsələlərinin həllinə böyük diqqətlə və həssaslıqla yanaşılır. |
Mənzil İnşaatı Dövlət Agentliyindən bildirilib ki, agentliyin növbəti layihəsi - Şirvan Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir. |
Məlumat verilib ki, Şirvan şəhərində səkkiz hektardan çox ərazidə inşa olunan Şirvan Yaşayış Kompleksi 25 binadan ibarətdir. |
Doqquz və 12 mərtəbəli binalarda ümumilikdə 1264 mənzil olacaq. |
Bunlardan 32-si studiya tipli, 216-sı ikiotaqlı, 768-si üçotaqlı, 248-i dördotaqlıdır. |
Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektlərinin, uşaq oyun meydançalarının, 80 yerlik olmaqla bir uşaq bağçasının və 960 şagird yerlik ümumtəhsil məktəbinin istifadəyə verilməsi nəzərdə tutulur. |
Bütün mənzillər vətəndaşlara tam təmirli və mətbəx mebeli ilə təchiz edilmiş vəziyyətdə təklif olunacaq. |
Bir müddət sonra Şirvanda yaşı 35-dən çox olmayan gənc ailə üzvləri və ailə vəziyyətindən asılı olmayaraq, digər vətəndaşlar güzəştli şərtlərlə mənzillər almaq hüququndan istifadə edə biləcəklər. |
Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyinin regionda ilk layihəsi Sumqayıt şəhərində icra olunub. |
“İslamofobiya ilə mübarizənin Azərbaycan modeli ən təsirli modellərdən biridir”. |
Onun sözlərinə görə, Azərbaycan həm də müxtəlif dinlərin nümayəndələri arasında dinc yanaşı yaşama və bir-birinə hörmət nümunəsidir:""“Bu gün Bakıda keçirilən konfrans ideyaların irəli sürülməsi, onların alimlərlə bölüşdürülməsi baxımından çox faydalıdır. |
Belə tədbirlər beynəlxalq miqyasda islamofobiya ilə mübarizəyə yardım göstərə bilər”. |
“Bu gün biz konfransda çoxlu yeni fikir eşitdik. |
Məsələn, tədbirdə çıxış edənlərdən biri Qərb auditoriyasını müsəlman dünyası haqqında daha yaxşı məlumatlandırmaq, irsimiz və mədəniyyətimizi təbliğ etmək məqsədilə süni intellekt və alqoritmdən istifadəni tövsiyə edib. |
Bu, belə tövsiyələrlə bağlı yalnız bir nümunədir. |
Düşünürəm ki, bu bizə gələcək tədqiqatlar və elm adamları ilə akademik qurumlar arasında körpülər qurmaq üçün daha çox yeni ideyalar verəcək”, - deyə o vurğulayıb. |
İspaniya Hökumətinin sədri Pedro Sançez Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. |
President.az xəbər verir ki, məktubda deyilir:""“Hörmətli cənab Prezident. |
Fevralın 7-də keçirilən seçkidə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə İspaniya Hökumətinin adından Sizə təbrikimi çatdırıram. |
Yeni mandatınız dövründə Sizə bol uğurlar arzu edir və son illərdə irəliləyişlərin nəzərə çarpdığı iqtisadi sahə də daxil olmaqla İspaniya Hökumətinin ölkələrimiz arasında əlaqələrin inkişafını davam etdirmək istəyini Sizə bildirir, qarşılıqlı faydalı əməkdaşlığın böyük potensialının mövcud olduğunu qeyd edirəm. |
Həmçinin bu günədək sülh yolunda göstərilən səyləri davam etdirmək üçün lazım olanı arzulayır, Qafqaz regionu üçün tezliklə ədalətli, davamlı və beynəlxalq hüquq tərəfindən hörmətlə qarşılanan sülhün olması istəyimi Sizə çatdırıram. |
Bilirsiniz ki, bunun üçün İspaniyanın və Avropa İttifaqının dəstəyi Sizinlədir. |
Cənab Prezident, fürsətdən istifadə edərək Sizə dərin ehtiramımı çatdırıram”. |
“Qarabağ” futbol klubu 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib. |
Paylaşımda klubun futbolçuları xanımları əlamətdar gün münasibətilə təbrik ediblər. |
Avropa səhnəsində bütün xalqımızı, azarkeşləri qürurlandıran, ötən gün Almaniya Bundesliqasının lideri ilə başa-baş mübarizə ilə yadda qalan futbolçularımızın təbriki maraqla qarşılanıb. |
“Qarabağ” futbolçularının təbrikini təqdim edirik:""A post shared by Oxu.Az (@oxuaz) |
Bu gün, martın 8-də səhər saatlarından etibarən günün sonuna qədər güclü maqnit qasırğası müşahidə olunur. |
Mütəxəssislər qeyd edirlər ki, bununla əlaqədar meteohəssas insanlar əhval dəyişikliyi, baş ağrısı və zəiflik hiss edə bilərlər. |
Qeyd olunur ki, maqnit qasırğasının əsas zirvəsi günün birinci yarısında olub, axşama yaxın aktivlik səngiyəcək. |
Mənbə:“Creativestar” “Telegram” kanalı |
“İslamofobiya siyasi məqsədlər üçün uydurulmuş məfhumdur” . |
Onun sözlərinə görə, islamofobiya siyasətçilərə manipulyasiya üçün kifayət qədər gözəl vasitə verir:""“Beynəlxalq sistem artıq böhran içindədir. |
Hazırda dünya təkqütblülükdən çoxqütblülüyə keçir. |
Bu isə nəzarətsizlik, xaos, qarışıqlıq deməkdir. |
Bütün bunlar gələcək üçün təhlükəli perspektivdir. |
Dünyada baş verən münaqişələrə baxsaq, islamofobiya rəsmi şüarlara çevrildiyini görərik. |
Sözsüz ki, sözügedən təhlükələrin qarşısı alınmalıdır. |
İslamofobiyaya qarşı hansı tədbirləri görə biləcəyimizi ətraflı düşünməliyik”. |
“Qarabağ” matça çox yaxşı hazırlaşmışdı. |
Hətta qələbə də qazana bilərdilər”. |
Almaniya millisinin üzvü Ağdam təmsilçisinin çox inamlı oynadığını vurğulayıb:""“Qarabağ” ilk hissədə möhtəşəm oyun sərgilədi. |
Layiq olduqları iki qolu vurdular. |
İkinci hissədə şanslarımızdan istifadə etdik. |
Son dəqiqələrdə qələbə qolunu da vura bilərdik”. |
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Almaniyanın “Bayer 04” klubu ilə heç-heçə (2:2) edib. |
Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək. |
“İslamofobiya da daxil olmaqla vacib problemlərin həlli məqsədilə müsəlmanlar yaşadıqları cəmiyyətlərdə fəal olmalıdırlar”. |
Onun sözlərinə görə, islamofobiya ilə mübarizədə təhsil və maarifləndirmə çox vacibdir:""“Bu məsələdə media da ictimai rəyin formalaşmasında xüsusi rol oynayır”. |
Cəlilabadda yaşayış evlərindən qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıblar. |
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad şəhəri ərazisindəki evlərdən birindən qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. |
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakinləri Teymur Səxavətli və Şəhadət Seydanov müəyyən edilərək saxlanılıblar. |
Həyata keçirilən əlavə tədbirlərlə həmin şəxslərin Cəlilabad şəhəri ərazisindəki müxtəlif vaxtlarda daha üç evdən pul və qızıl-zinət əşyaları oğurladıqları müəyyən edilib. |
Faktlarla bağlı araşdırmalar davam etdirilir. |
Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib. |
XİN-dən verilən xəbərə görə, məsləhətləşmələrin ilkin mərhələsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq məsələləri baş idarəsinin rəisi Hayriye Nurdan Erpulat Altuntaşın rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə keçirilib. |
Məsləhətləşmələrin əsas mərhələsində Azərbaycan Respublikası tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayevin, Türkiyə Respublikası tərəfindən isə Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Yasin Ekrem Serimin iştirakı ilə konsulluq, miqrasiya, ədliyyə və bir sıra digər sahələr üzrə əməkdaşlığın inkişafı ilə əlaqədar müzakirələr aparılıb. |
Görüş zamanı, iki ölkə arasında konsulluq sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, əməkdaşlığın, o cümlədən sahə üzrə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi, iki dövlətin vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, onlara zəruri konsulluq yardımının göstərilməsi istiqamətində fikir mübadiləsi aparılıb. |
Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə məlumat mübadiləsi aparan tərəflər, həmçinin Azərbaycan və Türkiyə arasında təhsil, miqrasiya və digər sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar. |
Eyni zamanda, məsləhətləşmələr çərçivəsində Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin, Türkiyə tərəfindən isə xarici işlər nazirinin müavini Yasin Ekrem Serimin iştirakı ilə keçirilmiş görüşdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında nəqliyyat və ticarət sahələri üzrə əməkdaşlıq perspektivləri barəsində fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd olunub. |
Y.Rəfiyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində görülən işlər barədə qarşı tərəfi məlumatlandırıb. |
Görüşlərdə, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin, Türkiyə Respublikasının Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Miqrasiya Baş idarəsinin rəsmiləri iştirak ediblər. |
“Makronun Ukraynaya qoşun yeritməsi ilə bağlı sözləri yanlış şərh edilib”"Bu açıqlama ilə Fransanın müdafiə naziri Sebastyan Lekornyu çıxış edib. |
O bildirib ki, söhbət münaqişənin həlli istiqamətində yolların axtarıb tapılması, həmçinin Ukrayna ərazisinin minalardan təmizlənməsi və Ukrayna hərbçilərinə təlim keçilməsindən gedir. |
Xatırladaq ki, fevralın 26-da Fransa prezidenti Emmanuel Makron Parisdə keçirilən sammitdə Ukraynaya qoşun göndərilməsini istisna etmədiyini bildirmişdi. |
Martın 7-də isə E.Makron Ukraynaya hərbi dəstək məsələsində Fransa üçün heç bir məhdudiyyətin olmadığını vurğulamışdı. |
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Masallı rayonunun Ərkivan qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub. |
FHN-dən Oxu.Az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. |
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının üçotaqlı fərdi yaşayış evinin bir otağında baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib. |
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində fərdi yaşayış evində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən söndürülüb. |
Hadisə nəticəsində ümumi sahəsi 146 kvadratmetr üçotaqlı fərdi yaşayış evinin bir otağının və dəhlizinin yanar konstruksiyaları 30 kvadratmetr sahədə, dam örtüyü 45 kvadratmetr sahədə yanıb. |
Evin böyük hissəsi yanğından mühafizə olunub. |
Qadın gülərsə, şu ıssız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək. |
Dahi Hüseyn Cavidin bu məşhur sözlərini xatırlatmağımız təsadüfi deyil. |
Bu gün bütün dünya 8 Mart - Beynəlxalq Qadınlar Gününü qeyd edir. |
Azərbaycan cəmiyyətində, ictimai, siyasi, iqtisadi, səhiyyə, təhsil, təhlükəsizlik kimi bütün sahələrdə qadınların rolu danılmazdır. |
Bununla bərabər, qadınların əvəzsiz bir missiyası - ana adı da xüsusi qeyd edilməlidir. |
Haqqında bəhs edəcəyimiz İlahə Əliyeva da çətin və məsuliyyətli işi ilə bərabər, həm də üçəm anasıdır. |
Beynəlxalq Qadınlar Günü ərəfəsində İ.Əliyevanın iş yerində və evində qonaq olduq, onun gündəlik rejiminə şahidlik etdik. |
İlahə xanım gömrük xidməti mayorudur və Bakı Baş Gömrük İdarəsinin böyük inspektorudur. |
O, 2001-ci ildən gömrük xidmətindədir və bu illər ərzində “Dövlət qulluğunda fərqlənməyə görə” Prezident medalı, Dövlət Gömrük Komitəsinin “25 illik Yubiley Medalı”, Dövlət Gömrük Komitəsinin Fəxri Fərmanı və 10 il qüsursuz xidmətə görə 3-cü dərəcəli döş nişanı ilə təltif olunub. |
Onunla ilk söhbətimiz məhz çalışdığı Bakı Baş Gömrük İdarəsində oldu. |
Kollektivin ona xüsusi diqqətlə yanaşdığını, hər gün işdən bir saat tez çıxmağına icazə verildiyini və üç uşaq anası olduğuna görə iş yoldaşlarının müxtəlif məqamlarda ona güzəştə getdiyini deyib:""“İlk olaraq, fürsətdən istifadə edib 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bizə qalibiyyət bəxş edən Azərbaycan Ordusunun igid əsgərlərini yetişdirən bütün anaları, şəhid analarını, şəhid xanımlarını, öz anamı, bir sözlə, Azərbaycanın bütün qadınlarını təbrik edirəm, onlara cansağlığı arzulayıram. |
Qadın xoşbəxt olanda bütün cəmiyyət xoşbəxt olur. |
Ona görə də bütün xanımlarımıza ailə səadəti, xoşbəxtlik diləyirəm. |
Çalışdığım Bakı Baş Gömrük İdarəsinin əməkdaşları, ümumilikdə, Gömrük Komitəsinin rəhbərliyi qadınların problemləri, məişət qayğısı ilə həmişə yaxından maraqlanırlar. |
Uşaqlı analara işləmək üçün şərait yaradılır, bununla bərabər, güzəştlər edilir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.