Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Ölkə ərazisində martın 9-da havanın yağıntılı keçəcəyi, rayonlara qar yağacağı gözlənilir. |
Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. |
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. |
Gecə və səhər bəzi yerlərdə çiskinli, gündüzdən isə arabir yağıntılı olacağı gözlənilir. |
Axşam yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. |
Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. |
Havanın temperaturu gecə 2-5 dərəcə isti, gündüz 7-10 dərəcə isti olacaq. |
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. |
Azərbaycanın rayonlarında da havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. |
Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. |
Gecə və səhər arabir duman olacaq. |
Havanın temperaturu gecə 3-7 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq. |
Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması xüsusən erməni ekspert çevrələrində mütəmadi müzakirə edilir. |
Bir neçə gün əvvəl isə Antalya Diplomatik Forumunda aparılan müzakirələr zamanı Ermənistan tərəfi Türkiyə ilə münasibətlərin ilkin şərt olmadan tezliklə həllinə hədsiz dərəcədə maraq göstərdiyini açıq şəkildə bəyan edib. |
Ərzincan Binali Yıldırım Universitetinin professoru, “Yeni Şafak” qəzetinin köşə yazarı Aynur Noğayeva Oxu.Az-a açıqlamasında qeyd edib ki, mehriban qonşuluq münasibətləri hər bir dövlət üçün firavanlıq və sabitliyin açarıdır. |
“Xatırladım ki, hələ 2021-ci ilin dekabrında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə və Ermənistanın münasibətlərin normallaşdırılması və çarter reyslərinin bərpası üçün yaxın vaxtlarda xüsusi nümayəndələr təyin edəcəyini açıqlamışdı. |
Daha sonra 2022-ci ilin əvvəlində tərəflər normallaşma prosesinə başladılar. |
Moskvada, sonra Vyanada görüşlər oldu və nəticədə bir neçə qərar qəbul edildi. |
Məsələn, İstanbuldan İrəvana çarter reysləri bərpa edilib və 2023-cü il yanvarın 1-dən Ermənistanla Türkiyə arasında birbaşa yük hava nəqliyyatına icazə verilib”, - deyə A.Noğayeva qeyd edib. |
A.Noğayeva Antalya Diplomatik Forumunda baş tutan danışıqlara toxunub. |
O xatırladıb ki, forumda çıxış edən Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Ruben Rubenyan Türkiyə-Ermənistan münasibətlərinin “indi və dərhal” normallaşmanın elan edilməsinə çağırış edib. |
“Bəs İrəvanda başa düşürlərmi ki, Azərbaycanın maraqları və fikirləri nəzərə alınmadan Ermənistan-Türkiyə nizamlanması mümkün olmayacaq”, - sualına cavab verən Aynur Noğayeva vurğulayıb ki, İrəvanda bunu başa düşməmiş deyillər:""“Çünki Ankara daim vurğulayır ki, rəsmi Bakının fikrini nəzərə alır. |
Bu, mövcud reallıqlar və gələcək layihələr baxımından təbiidir”. |
Aygün Noğayeva Türkiyə-Ermənistan münasibətlərinin həllində Zəngəzur Dəhlizi layihəsinin həyata keçməsinin vacibliyinə toxunub. |
“Türkiyə rəsmiləri Zəngəzur Dəhlizi layihəsinin 2029-cu ilə qədər tamamlana biləcəyinə inanırlar. |
Marşrutun Azərbaycan hissəsi demək olar ki, tamamlanıb, bu il Türkiyədə aktiv işlərə başlanılıb. |
Amma Ermənistanda proses başlamasa da, medianın qeyd etdiyi kimi, tərəflər hadisələrin müsbət inkişafına ümid edirlər. |
Amma Ermənistanda proses başlamasa da, medianın qeyd etdiyi kimi, tərəflər hadisələrin müsbət inkişafına ümid edirlər. |
Dəhlizin Ermənistan hissəsi 43 kilometr olacaq. |
Bunun sayəsində Türkiyə türk dünyası ölkələrinə birbaşa çıxış əldə edəcək. |
Bildiyiniz kimi, İrandan keçmə variantı var, lakin Ermənistandan keçən marşrut daha cəlbedicidir. |
Yeri gəlmişkən, bu, ilk növbədə Ermənistanın özü üçün iqtisadi cəhətdən cəlbedicidir. |
İndiki çətin geosiyasi vəziyyətdə Ermənistan hakimiyyəti öz xalqının maraqlarını rəhbər tutmalı və qonşuları ilə dost olmalı, təhlükəli oyunlar oynamamalıdır”, - deyə Aynur Noğayeva fikirlərini tamamlayıb. |
Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. |
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb. |
İlkin mərhələdə aviadaşıyıcı həftədə üç dəfə - çərşənbə axşamı, cümə axşamı və bazar günləri reyslər həyata keçirəcək. |
Aprel ayından etibarən isə AZAL həftədə doqquz dəfə uçuşlar yerinə yetirməyə başlayacaq. |
Sağlamlıq, ətraf mühit və iqlim dəyişmələri məsələləri üzrə ixtisaslaşmış, ümumilikdə 106 ölkədən 2300 QHT-ni özündə birləşdirən Afrika Səhiyyə Təşkilatları Assosiasiyası (The Afrihealth Optonet Association (AHOA) Azərbaycana COP29-la bağlı dəstək bəyanatı verib. |
AHOA-ya üzv və tərəfdaş olan 30 ölkədən 107 QHT də müraciətə qoşulub. |
Bəyanatda AHOA Azərbaycanın iqlim dəyişmələri ilə bağlı qlobal fəaliyyətdə nümayiş etdirdiyi həqiqi fədakarlığı və liderliyi alqışlayır, bütün dünyanı iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün COP29-un yaratdığı tarixi fürsətdən istifadə etməyə çağırır. |
Bəyanatı təqdim edirik:""“Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yaxınlaşdığı dövrdə Afrika Səhiyyə Təşkilatları Assosiasiyasının (The Afrihealth Optonet Association (AHOA) rəhbərliyi, üzvləri və tərəfdaşları olaraq, qlobal ictimaiyyəti dayanıqlı və sağlam gələcəyə doğru istiqamətləndirmək kimi mühüm vəzifəni öhdəsinə götürən COP29 prezidentinə və ev sahibi ölkə olan Azərbaycana ürəkdən dəstəyimizi ifadə edirik. |
Planetimizin üzləşdiyi ekoloji problemlərdən dərindən narahat olan AHOA COP29 rəhbərliyinin, Azərbaycanın iqlim dəyişmələri ilə bağlı qlobal fəaliyyətdə nümayiş etdirdiyi həqiqi fədakarlığı və liderliyi alqışlayır. |
İqlim dəyişmələrinə qarşı mübarizəni aparmaq çox məsuliyyətli işdir. |
İqlim dəyişmələrinin təsirini azaltmaq, həssas icmaları/əhali qruplarını mühafizə etmək və ekosistemləri gələcək nəsillər üçün qoruyub saxlamaq üçün cəsarətli və qətiyyətli addımların tələb olunduğu kritik məqamdayıq. |
Bu baxımdan AHOA COP29 Prezidentinin və Azərbaycanın dialoqun, əməkdaşlığın və innovasiyaların təşviqində öhdəliyinin böyük əhəmiyyət kəsb etdiyini məmnuniyyətlə qeyd edir. |
Azərbaycanın zəngin mədəni irs və müxtəlif təbii landşaftları ilə təkcə əvəzolunmaz ekoloji sərvətlərin qoruyucusu deyil, həm də iqlim dəyişmələri və ətraf mühitin mühafizəsi uğrunda fəal müdafiəçi olduğuna inanırıq. |
“Üçlük-Missiya 1.5” kimi təşəbbüslər vasitəsilə Azərbaycan iqlimə davamlılıq sahəsində dayanıqlı inkişafa sarsılmaz sadiqliyini nümayiş etdirdi və COP28-də əldə olunan uğurların davamlılığını təmin etdi. |
AHOA Azərbaycanın COP29 zamanı iqlim dəyişmələri ilə bağlı danışıqlarda güclü konsensual nəticələr əldə edəcəyinə inanır. |
Vətəndaş cəmiyyəti üzvləri iqlim dəyişmələri bağlı fəaliyyətdə mühüm rol oynayır, dəyişiklik üçün katalizator kimi çıxış edir və iqlim hərəkatlarına təkan verir. |
Yerli icmaların rəhbərlik etdiyi iqlimə uyğunlaşma layihələrindən tutmuş gənclərin bu sahədə təşviqat kampaniyalarına qədər vətəndaş cəmiyyəti təşkilatları məlumatlılığın artırılmasında, resursların səfərbər edilməsində və bütün səviyyələrdə dəyişikliklərə təkan verməkdə mühüm rol oynayır. |
Qlobal şəbəkə və araşdırma mərkəzi kimi AHOA COP29 Prezidentinin və Azərbaycanın mühüm qlobal əməkdaşlığa kömək etmək, iddialı öhdəliklər götürmək və hamı üçün daha dayanıqlı və ədalətli gələcəyə doğru kurs təyin etmək qabiliyyətinə tam əmindir. |
Biz iqlimlə bağlı fəaliyyətin sürətləndirilməsi və planetimiz üçün daha parlaq sabahın qurulması səylərində COP29 Prezidenti, Azərbaycan və dünya üzrə vətəndaş cəmiyyəti təşkilatları ilə həmrəyik. |
Gəlin, birlikdə iqlim dəyişikliyinə qarşı mübarizə aparaq, həm insanların, həm də təbiətin çiçəkləndiyi bir dünya yaratmaq üçün bu tarixi fürsətdən istifadə edək”. |
ABŞ-nin keçmiş prezidenti Donald Tramp Amerika lideri Co Baydenin Konqres qarşısında çıxışını ölkə üçün rüsvayçılıq adlandırıb. |
O bu barədə özünün “Truth Social” sosial şəbəkəsində yazıb. |
“Bu, ölkəmiz üçün rüsvayçılıq idi”, - deyə Tramp qeyd edib. |
Tramp, həmçinin Baydenin çıxışını lağa qoyaraq xüsusi effektlərdən istifadə edilmiş videosunu paylaşıb. |
“Qərb ölkələrində hər üç uşaqdan biri müsəlman olduğunu gizlədir”. |
Onun sözlərinə görə, bu gün islamofobiyanın sürətlə yayılması təəssüf doğurur:""“İslamofobiya Qərb cəmiyyətlərində müəyyən tarixi qərəz şəklində özünü göstərir və həyatımızın ayrılmaz hissəsinə çevrilib. |
Mediada yanlış məlumatların verilməsi, siyasi diskurs islamofobiyaya öz “töhfə”sini verir. |
Bütün bunlar siyasi elita, icmalar arasındakı əməkdaşlıqların vəhdətinin yaradılmasını tələb edir. |
Bu məsələdə mentalitet və psixoloji amillər də mütləq şəkildə nəzərə alınmalıdır. |
Müsəlmanlara qarşı qorxu, nifrət və bu kimi fikirlər onları ciddi narahat edir. |
Son beş il ərzində aparılan müxtəlif tədqiqatlar islamofobiyanın Qərb ölkələrində və ABŞ-də artdığını nümayiş etdirir. |
Aparılan araşdırmalardan birində göstərilir ki, hər üç uşaqdan biri müsəlman olduğunu gizlədir. |
Çünki onlar nə ilə qarşılaşacaqlarını bilmədikləri üçün bu addımı atırlar”. |
Azərbaycan Ordusunun hərbçiləri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ölkə xanımlarını təbrik ediblər. |
Oxu.Az xəbər verir ki, bu barədə videoçarx paylaşılıb. |
Həmin görüntüləri təqdim edirik: |
“Qarabağ”ın Almaniyadakı matçda da qol imkanları olacaq. |
Leverkuzen təmsilçisi nə qədər güclü olsa da, komandamız əks-hücumlarda kifayət qədər təhlükəlidir”. |
“Qarabağ”ın sabiq kapitanı Ağdam təmsilçisinin ilk matçdakı performansını yüksək qiymətləndirib:""“Qrup mərhələsindən sonra keçirilən matçları dəyərləndirərkən “Qarabağ” haqqında yalnız pozitiv danışmaq mümkündür. |
Burada tənqid etməyin heç bir əsası yoxdur. |
Bu səviyyədə komandaya qarşı belə bir mübarizə aparmaq artıq çox şeydən xəbər verir. |
Son görüşün ilk hissəsində düzgün seçilmiş strategiya var idi.Almaniyadakı oyundan fərqli olaraq Ağdam təmsilçisi rəqibə bu dəfə başqa cür yanaşdı. |
İrəliyə çox getmirdilər, əks-hücumdan oyunu qururdular. |
Bu da öz bəhrəsini verdi, ilk hissəni iki top fərqi ilə başa vurduq. |
İkinci hissədə də oyunumuzda dəyişiklik olmadı”. |
A.Kərimov “Qarabağ”ın üstünlüyü əldən verməsinin səbəblərini açıqlayıb:""“Buraxdığımız iki qol oyunçularımızın gücünün tükənməsinə görə baş vermədi. |
“Bayer 04”ün “onurğa sütunları” meydana daxil olaraq matçı tamamilə dəyişə bildilər. |
2-3 futbolçu ilə Leverkuzen təmsilçisi bu qədər güclü ola bilir. |
Oyunçunun keyfiyyəti burada həlledici rol oynayır. |
Düzdür, “Bayer 04” hər iki hissədə Xabi Alonsonun komandası idi. |
Oyun strategiyasını ortaya qoya bilən futbolçular ikinci hissədə meydana daxil oldular. |
Leverkuzen klubu ikinci hissədə davamlı şəkildə hücumlar edirdi. |
Bu hücumları təşkil edən Virtz, Caka, Frimponq kimi oyunçular idi.“Qarabağ” topu özündə saxlamağa çalışarkən bu oyunçular pressinq edərək hücumun təşkilinin qarşısını alırdılar. |
Bu da oyunun sonunda yorğunluğa gətirib çıxardı. |
Juninyonun şansı olsa da, fərqlənə bilmədi. |
Ona böyük ehtimalla zədəsi mane oldu. |
İkinci hissə tamamilə “Bayer 04”ün üstünlüyü ilə keçdi”. |
51 yaşlı mütəxəssis komandamızın Almaniyadakı matçda da inamlı çıxış edəcəyini vurğulayıb:""“Cavab matçında “Bayer 04” ikinci hissədəki kimi oynayacaq. |
Almaniya klubu topun ətrafında say çoxluğu yaradaraq hücuma çıxır. |
Bəzən 4-5 metrlik məsafədən oyunçular bir-birinə ötürmə verirlər. |
Dünən belə oyun üslubunda olan səhvlərdən “Qarabağ” qol imkanları yarada bildi. |
Almaniyada müdafiəni toxunulmaz saxlamalıyıq. |
“Bayer 04” hazırda üstünlüyə malikdir. |
Amma səfərdə bizim də şanslarımız olacaq”. |
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Almaniyanın “Bayer 04” klubu ilə heç-heçə (2:2) edib. |
Komandalar arasında cavab oyunu martın 14-də Leverkuzen şəhərində gerçəkləşəcək. |
“Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı vandallıq Qərbin radikallaşmasının təzahürüdür”. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.