Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Məni gömrük orqanlarında “üç uşaq anası mayor” deyə tanıyırlar. |
İş yoldaşlarım evdəki məsuliyyətimin də kifayət qədər çətin olduğunu bildiklərindən peşəkar mühitdə mənə dəstək göstərirlər. |
Buna görə onlara təşəkkürümü bildirirəm”. |
Xanım mayorun evinə doğru yola düşdükdə işi barədə bir az da söhbət etdik. |
O, 5 il Biləsuvar Gömrük Postunda çalışdığını söylədi. |
Dediyinə görə, həmin dövrdəki işi kifayət qədər məsuliyyətli və çətin olub:""“Biləsuvarda qaçaqmalçılığın qarşısının alınması ilə məşğul idik və çox zaman gömrükdən keçən qadınları yoxlayırdıq. |
Qadınların bəzən daxili orqanlarında narkotik vasitələr aşkarlanırdı. |
Bu, kifayət qədər məsuliyyətli və diqqət tələb edən, mürəkkəb prosesdir. |
Biz gömrükdə qaçaqmalçıları aşkar edəndə belə elə davranmalı idik ki, digər insanlar prosesdən zərər görməsinlər, əziyyət çəkməsinlər, hətta mümkün qədər bu mənfi hallara şahid olmasınlar”. |
İlahə Əliyeva evdəki məsuliyyətli işlərin öhdəsindən isə həyat yoldaşı ilə birgə gəlir. |
Ömür-gün yoldaşı ona çox yaxından dəstək olur, hər məsələdə, üçəmlərə qulluqda, onların tərbiyəsində köməyini əsirgəmir. |
O, həyat yoldaşı ilə tanışlıq hekayəsini də bizimlə bölüşüb:""“Həyat yoldaşım naxçıvanlı, mən isə zəngilanlıyam. |
Hər ikimiz Sumqayıtda anadan olmuşuq, orada böyümüşük. |
Tanışlığımız isə 11-ci sinifdə Azərbaycan dili üzrə getdiyimiz hazırlığa təsadüf edib. |
Həmyaşıdıq, hətta doğum tarixlərimiz arasında cəmi 2 gün fərq var, martın 5-i mən, 7-si o anadan olub. |
Məktəbi bitirdikdən sonra ünsiyyətimiz olmayıb. |
Mən ali məktəbi oxudum, işlədim. |
İllər sonra təsadüfən yenidən qarşılaşdıq və ailə həyatı qurduq. |
Evlənmədən öncə həyat yoldaşım tez-tez deyirdi ki, bizim yaşıdlarımızın üç uşağı var. |
Allah qismət etdi, istəyinə çatdı, 33 yaşda üç uşaq valideyni olduq. |
Uşaqların üçəm olması bizim üçün sürpriz idi.Mənim ailəmdə də, həyat yoldaşımın ailəsində də bir neçə qohumun əkiz övladları var. |
Atamın qardaşı və bacısı, anamın isə özü və bacısı əkizdirlər. |
Ona görə genetik kodlar baxımından əkiz övladımız olacağını ehtimal edə bilərdik. |
Amma üçəm olacağı heç vaxt ağlımıza da gəlməzdi. |
Uşaqların ikisi qız, biri oğlandır”. |
İlahə Əliyeva dedi ki, hər nə qədər yaşı, maddi, mənəvi, psixoloji durumu analıq üçün hazır olsa da, uşaqların ilk aylarında xeyli əziyyət çəkib. |
“Mən ana olanda artıq buna hazır idim, 33 yaşım var idi.Uşaqlar bətnimdə olanda həkimlər təklif etmişdilər ki, bəlkə üçündən birini götürək. |
Digər ikisi daha yaxşı inkişaf etsin, üç uşağı daşımaq sağlamlığıma ciddi təsir edə bilərdi. |
Şükür edirəm ki, Allah hər üçünü mənə bağışladı. |
Çətin dövr olsa da, bunu arxada qoyduq. |
Uşaqların baxımı tək mənim üzərimdə idi. Özümün mənəvi, fiziki çətinliklərim, onların baxımı, maddi problemlər var idi.Uşaqları ana südü ilə qidalandırmalı idim, amma üç uşağa eyni anda süd çatdırmaq mümkün deyil. |
Ona görə məcbur olub, səhər birini, günorta birini, axşam birini qidalandırırdım. |
Onların yeməyi, pampersləri, geyimləri, müayinə və müalicələri ciddi vəsait tələb edirdi. |
Ona görə 9 ay sonra işə qayıtmalı oldum..."""Üçünü də eyni anda idarə etmək çox çətindir. |
Hərdən nənələri istəyirlər ki, uşaqlar onlarda qalsınlar. |
Deyirlər birini bizdə qoy, ikisini apar. |
Halbuki onları bir-birindən ayırmaq mümkün deyil”, - deyə xanım mayor vurğulayıb. |
Evə daxil olduqda üçəmlər özləri bizi qapıda qarşıladılar. |
Çox maraqlıdır ki, bir-birilərinə bənzəsələr də, onların üçəm olduğunu ilk baxışdan anlamaq çətindir. |
İlahə xanım qızların adlarını milli kinolardan seçdiklərini dedi:""“Gülnazın adını “O olmasın, bu olsun” filmindən, Gülçöhrənin adını “Arşın mal alan” filmindən götürmüşük. |
Amma onları öz adları ilə çağırmırıq. |
Körpə olanda öz adlarını çətinliklə deyə bilirdilər. |
Ona görə Gülçöhrəyə Sərçə, Gülnaza Bacı, Təvəkkülə isə Qoqu deyə səslənirdik. |
İndi özləri də bir-birilərinə bu adlarla səslənirlər. |
Bağçada, həyətdə, başqa uşaqlarla ünsiyyətdə heç vaxt problem yaşamırıq. |
Onlar ən çox bir-biriləri ilə dava edirlər. |
Sərçə, Bacı və Qoqu hər işi birlikdə edirlər. |
Əgər biri yemək yeməsə, heç biri yemir. |
Onların paltarlarını, əşyalarını, qab-qacaqlarını, oyuncaqlarını - hər şeyi eynisindən almalıyıq. |
Əslində, bu, bir tərəfdən bizim işimizə də yarayır. |
Eyni şeydən çətinliklə də olsa, üç ədəd tapıb, alırıq, əşyaların qarışması, dəyişik düşməsi problem olmur. |
Bir-birinin bəzi paltarlarını rahatlıqla geyinirlər. |
Bir-biri ilə müqayisədə Gülnaz daha uzunboydur, Gülçöhrə daha toppuşdur, Təvəkkül isə arıqdır. |
Yaşına görə hər birinin çəkisi və kilosu normal olsa da, bəzi paltarları bir-birinə gəlmir”. |
Mayor ana gömrük orqanlarında çalışan və dövlət qulluğunda fərqlənən yeganə üçəm anası olduğunu qeyd edib. |
Bununla belə, üçəm valideyni olan digər analarla müxtəlif vaxtlarda tanış olub, “WhatsApp” şəbəkəsi üzərində qrup yaradıblar:""“Bir-birimizə çox dəstək oluruq. |
Hətta yeni üçəmləri olan valideynlərlə tanış olduqda onları da qrupumuza əlavə edirik. |
Həm təcrübələrimizi paylaşır, həm də bir-birimizə məsləhətlər veririk. |
Hətta bəzən birləşib köməyə ehtiyacı olan körpə uşaqlı analara yardım da edirik. |
Uşaqların geyimlərini, əşyalarını ehtiyacı olan ailələrlə bu şəkildə dəfələrlə paylaşmışıq. |
Ana olmaq çox möhtəşəm duyğudur, eyni zamanda məsuliyyətli və çətin işdir. |
Mən həm ailədə öz üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməli, övladlarıma lazımi diqqət və qayğı göstərməli, həmçinin öz xidməti vəzifələrimi peşəkarcasına yerinə yetirməli, milli və iqtisadi təhlükəsizliyimizin keşiyində ayıq-sayıq dayanmalı, öz fəaliyyətimdə xüsusi diqqətli olmalıyam. |
Çünki mən Azərbaycan Respublikasına xidmət edirəm”. |
Beləliklə, İlahə xanım və onun gözəl ailəsi ilə tanışlıqdan məmnun qaldıq. |
Bir daha əmin olduq ki, qadın güclü varlıqdır və yanında ona dəstək olan həyat yoldaşı, övladları olduqda öz həyatını, eləcə də dünyanı gözəlləşdirməyə qadirdir. |
8 Mart - Beynəlxalq Qadınlar Gününüz mübarək! |
Martın 8-i Beynəlxalq Qadınlar Günüdür. |
Baku TV paytaxtda sorğu keçirərək qadınlardan 8 Martda hansı hədiyyəni gözlədiklərini soruşub. |
Sorğu iştirakçıları arasında bahalı hədiyyələr istədiyini deyənlər də olub, xoş bir sözün, gülün belə təbrik üçün kifayət edəcəyini söyləyənlər də. |
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: |
“Hədəfimiz çempion olub I Liqaya yüksəlməkdir”. |
34 yaşlı yarımmüdafiəçi qış fasiləsindən sonra keçirilən ilk görüşü dəyərləndirib:""“Çempionatın liderinə qarşı oynayırdıq. |
Qələbə qazanıb xal fərqini azaltmaq istəyirdik. |
İlk hissəni 1:0 hesabı ilə öndə başa vurduq. |
Ancaq ikinci hissədə qol buraxdıq və görüş heç-heçə nəticələndi. |
Qarşıda daha yaxşı nəticələr qazanacağıq”. |
Azərbaycan millisinin sabiq futbolçusu komandanın hədəflərindən danışıb:""“Məqsədimiz çempionluqdur. |
II Liqanın lideri ilə xal fərqi bir qədər çoxdur. |
Düşünürəm ki, bunu aradan qaldıracağıq. |
R.Əmirquliyev “Şahdağ Qusar”ın hazırkı durumu barədə fikirlərini bölüşüb:""“Mənim nəsə deməyim düzgün olmaz. |
Bu barədə rəhbərlik daha dəqiq danışa bilər. |
Fasilədən sonra heyətə yeni oyunçular qoşulub. |
Onlar komandaya uyğunlaşmalıdırlar. |
Çempion olmaq üçün komandamızda hər şey var. |
Bunu meydanda göstərmək lazımdır”. |
Qeyd edək ki, 15 turdan sonra hesabında 31 xal olan “Şahdağ Qusar” hazırda 4-cü pillədə qərarlaşıb. |
Turnir cədvəlinə 38 xalla “Sportinq Baku” başçılıq edir. |
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda bir nəfərin barmağında dəmir halqanın sıxılıb qalması və xilasedici köməyinə ehtiyacın olması barədə məlumat daxil olub. |
Oxu.Az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub. |
Xilasedicilər xüsusi vasitələrlə halqanın zərərçəkmişin barmağından müvafiq qaydada çıxarılmasını təmin ediblər. |
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədə səfərdədir. |
Məlumata görə, Zelenski İstanbulda Atatürk Hava Limanında qarşılanıb. |
Qeyd edək ki, Ukrayna prezidenti martın 8-də axşam saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. |
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyənin “BAYKAR” şirkəti arasında “Birgə Tədqiqat, Təkmilləşdirmə və İstehsalat Üzrə Əməkdaşlıq Müqaviləsi” imzalanıb. |
Oxu.Az xəbər verir ki, bu barədə şirkətdən bildirilib. |
“Müqavilənin faydalı olacağına ümid edirik”, - məlumatda qeyd edilib. |
Azerbaycan Cumhuriyeti Savunma Bakanlığı ile "Ortak Araştırma Geliştirme ve Üretime Yönelik İş Birliği Sözleşmesi" imzaladık. |
Anlaşmanın hayırlara vesile olmasını dileriz. |
✈️🇹🇷🇦🇿 Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə “Birgə Tədqiqat, Təkmilləşdirmə və İstehsalat… pic.twitter.com/cCBiP1puPs |
Çin xarici işlər naziri Vanq Yi ölkəsinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyini bir daha açıqlayıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.