Search is not available for this dataset
text
stringlengths
10
518k
Əsasnamədə deyilir: Maddə 1.
Təltif edilən şəxslər "Cəsur döyüşçü" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması zamanı müstəqil və ya digər qoşun növləri ilə birlikdə strateji və ya xüsusi əhəmiyyətli ərazilərin tutulması üzrə döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, havada və yerdə düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.Maddə 2.
Təltif edən orqan "Cəsur döyüşçü" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.Maddə 3.
Taxılma qaydası "Cəsur döyüşçü" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "İgidliyə görə" medalından sonra taxılır.
Medalın təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir.
Medalın ümumi təsviri "Cəsur döyüşçü" Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) diametri 38 mm olan, bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş səkkizguşəli lövhədən ibarətdir.Maddə 2.
Medalın ön tərəfi 2.1.
Medalın ön tərəfində səkkizguşəli lövhə dekorativ naxışla bəzədilmiş zolaq ilə konturlanmışdır.
Konturun içərisində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.
Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca "CƏSUR DÖYÜŞÇÜ" sözləri yazılmış, aşağı qövs boyunca milli ornamentlər təsvir olunmuşdur.
Daxili çevrənin içərisində iki kəsişən qılınc və qalxandan ibarət kompozisiya təsvir olunmuşdur.
Kompozisiyadan sol və sağ tərəflərdə iki səkkizguşəli ulduz həkk olunmuşdur.
Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.Maddə 3.
Medalın arxa tərəfi Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.Maddə 4.
Medalın elementləri 4.1.
Medal paltara bərkidilmək üçün elementi olan 37 mm x 24 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
Tünd qırmızı rəngli xara lentin sol və sağ kənarlarından 3 mm aralı, hər birinin eni 4 mm olan iki şaquli ağ zolaq təsvir olunmuşdur.
Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
D" korpusu binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən bina.
D" korpusu Taqanroq şəhəri Nekrakovski küçəsi, ev 44 ünvanında yerləşir.
Binanın inşasına 1968-ci ildə ildə başlanılmışdır.
Tikinti işləri 1970-ci ildə bitmişdir.
Binada hazırda Cənub Federal İnstitutunun nəzdində fəaliyyət göstərən Mühəndis-texnologiya akademiyası yerləşir.
Əvvəllər isə bina Taqanroq Radiotexnika İnstutunun əsas binası olmuşdur.
D" korpusu binasının tikintisinə 1968-ci ildə başlanılmışdır.
Bu zaman həm də tələbə yataqxanası № 1 (Oktyabr küçəsi ev 5) və № 2 (Dobrolyubovski ev 15), 42-mənzilli bina və 8 saylı orta məktəb binası inşa edilmişdir.
3 saylı orta məktəbin köhnə binası isə "D" və "Q" korpus binası yaxınlığında yerləşdiriyindən sökülməli idi.
Yeni dörd mərtəbəli təlim-laboratoriya binası 21 aprel 1969-cu ildə inşa işləri tam bitmişdir.
Auditoriya hissəsi və idman zalı 20 may 1970-ci ildə istismara verilmişdir.
1974-cü ildə "D" korpusunun binasının fasadında bir memorial lövhə quraşdırılmışdır.
Burada yazılır: "RSFSR Nazirlər Sovetinin 23 aprel 1974-cü il № 253 əmri ilə Taqanroq Radiotexnika instutunun adı Valeri Dmitrieviç Kalmıkovun adı verilmişdir".
2014-cü ilin aprelində "D" korpusunda federal innovatorların görüşü keçirilmişdir16 noyabr 2014-cü ildə "D" korpusunun önündə memorial lövhə qoyulmuşdur.
Lövhə Cənub Federal Universitetinin ilk rektoru Vladislav Qeorqieviç Zaxareviçin şərəfinə qoyulmuşdur.
Dalğa Elmi-İstehsalat Müəssisəsi — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə.
Dalğa" Elmi-İstehsalat Müəssisəsinin (EİM) təməli 1936-cı ildə qoyulmuşdur.
1939-cu ildə "Dalğa" EİM-in ərazisində SSRİ Gəmiqayırma Nazirliyinin Qorki şəhərində (indiki Nijni Novqorod) yerləşən "Krasnoye Sormovo" zavodunun yığma-sazlama sahəsi yaradılmışdır.
1956-cı ildə həmin sahə əsasında Elmi-Tədqiqat İnstitutu, 1966-cı ildə Bakı Elektromexanika İnstitutu, 1979-cu ildə "NORD" Elmi-Tədqiqat İnstitutu və həmin institutun bazasında 1982-ci ildə "NORD" Elmi-İstehsalat Birliyi yaradılmışdır.
1993-cü ildən "NORD" İstehsalat Birliyi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olmuşdur.
2006-cı ilin sentyabr ayından "Naviqasiya Sistemləri" Elmi-İstehsalat Birliyi, daha sonra "Dalğa" EİM adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.
Dalğa" EİM-də yaradılmış gəmi naviqasiya sistemləri sualtı obyektlərin layihələndirilməsi üçün "Malaxit" MKB, "Rubin" MKB, suüstu gəmilərin layihələndirilməsi üçün "Severnoye" MKB və digər layihə institutları və konstruktor bürolarının layihələrində geniş istifadə edilmişdir.
Dalğa" EİM-də layihələndirilərək istehsal edilmiş gəmi naviqasiya sistemləri "More", "Admiralteyskiye verfi", "Sevmaş", "Yantar", "Zvezda", "Zvyozdoçka", "Nikolayev" gəmiqayırma zavodlarında və Kaspiyski dəqiq mexanika zavodunda istifadə edilmişdir.
Dalğa" EİM-də yaradılmış naviqasiya sistemləri bütün növ gəmilərdə dünya okeanlarında öz etibarlılığını sübut etmişdir.
Fəaliyət sahələri Texnoloji imkanları Xarici keçidlər
Darvin Mükafatları – 1985-ci ildə Usenet xəbər şəbəkəsinin müzakirələri zamanı yaranan virtual mükafat.
1994-cü ildən verilən mükafat hər il ən axmaq üsulla ölən və ya uşaq sahibi olmaq qabiliyyətini itirən və nəticədə bəşəriyyətin gen fonduna öz töhfəsini vermək imkanından özünü məhrum edən şəxslərə virtual olaraq təqdim olunur.
Mükafatın verilmə səbəbi: Layihə 1993-cü ildə veb-saytın yaradılması ilə daha rəsmiləşdi, ardınca 2000-ci ildə Vendi Norskat tərəfindən başlayan bir sıra kitablar çıxdı.
Mükafatların meyarında deyilir: "Çarlz Darvinin ruhuna uyğun olaraq, Darvin Mükafatları öz həyatlarını qurban verərək genefondumuzu qoruyan şəxslərin xatirəsini yad edir.
Darvin Mükafatı laureatları özlərini qeyri-adi, axmaq şəkildə aradan qaldırır və bununla genlərimizin uzunmüddətli sağ qalma şansını artırırlar.
Darvin Mükafatlarının mənşəyini hələ 1985-ci ildə Usenet qrup müzakirələrindəki yazılardan görmək olar.
7 avqust 1985-ci il tarixli bir yazıda mükafatların "ölümündən sonra genlərini hovuzumuzdan uzaq tutmaq üçün böyük fədakarlıq edən insanlara verilir" kimi təsvir edilir.
Üslub önəmlidir, öz axmaqlığından ölən hər kəs qalib gələ bilməz.
Bu ilk yazıda avtomatı başı üzərinə çəkən və içəri girmək istəyərkən əzilərək ölən bir şəxs nümunəsi göstərilir.
Vendi Norskat deyir ki, Norskat tərəfindən idarə olunan rəsmi "Darvin Mükafatları" vebsaytı təqdim olunan bütün hekayələri təsdiqləmək üçün əlindən gələni edir və onları "Darvin tərəfindən təsdiqlənmişdir" kimi sadalayır.
İnternetdə yayılan virus e-poçtlarının çoxu saxtakarlıq və şəhər əfsanələridir.
Mükafatın bəzi sahibləri ABŞ-nin Şimali Karolina ştatında yaşayan 47 yaşlı Ken Çarlz Barger gecə radələrində telefon zənginə oyanıb.
Lakin yuxulu olduğu üçün telefon yerinə stolun üstündəki 38 mm-lik tapançasını qulağına tutan Berger instinktiv olaraq tətiyə basıb və yerindəcə keçinib.
(2002-ci il) Polşalı Kristof Azninski bu mükafatı öz başını kəsdiyi üçün alıb.
Belə ki, o, 5 dostu ilə spirtli içkilər qəbul edən zaman "kişisayağı oyunlar" oynamaq qərarına gəliblər və bir-birinə içki şüşələri ilə zərbələr endiriblər.
Bu zaman dostlardan biri elektrik mişarı ilə ayağının bir hissəsini kəsib.
Dostunun hərəkətini geridə qoymaq istəyən Azninski isə əvəzində mişarı götürərək öz başını kəsib və qan itirmədən keçinib.
(2003-cü il) Kambocalı əkinçinin öz torpaq sahəsində tapdığı partlamamış piyada əleyhinə mina böyük faciəyə səbəb olur.
2 dostu ilə birlikdə kənddəki qəlyanaltıxanalardan birində əyləşən dostlar içki almaq növbəsinin kimdə olması ilə bağlı mübahisə edirlər.
Sonda minanı tapan kambocalı mübahisəni aydınlaşdırmaq üçün təklif edir ki, stolun altına qoyduğu minaya onların hər biri növbə ilə ayağını bassın.
Minanı partlatmadan ona ayaq basan şəxs içki almaqdan azad olurdu.
Bundan bir neçə saniyə sonra qəlyanaltıxanada güclü partlayış baş verir və hər 3 kambocalı həlak olur.
(2005-ci il) Kanadada yaşayan 33 yaşlı Rodjer Ramirez dostu ilə mərc gələrək "rus ruleti" oynayan Ramirez bunun üçün "Beretta 92" marklaı tapançadan istifadə edir.
Rus ruleti" 6 güllə tutumu olan tapançaya 1 güllə yerləşdirməkdən və 2 tərəfin növbə ilə tapançanın tətiyini çəkməsindən ibarət təhlükəli oyun idi. Tətiyi ilk çəkən Ramirez başından güllə yarası alaraq həlak olur.
Sonradan onun tapançaya 1 deyil, 6 güllə qoyduğu aydınlşaır və ölümündən sonra Darvin mükafatına sahib olub.
(2010-cu il) 43 yaşlı Kiyev sakini Dnepr çayında balıq tutarkən səhlənkarlığının qurbanı olub.
Balıq tutmaq üçün qeyri-ənənəvi yol seçən balıqçı elektrik naqillərinin bir ucunu cərəyan açarına birləşdirir, digər ucunu isə çaya buraxır.
Nəticədə balıqların çoxu elektroşokdan tələf olur.
Onları sudan çıxarmaq üçün çaya düşən ukraynalı naqilləri elektrik cərəyan açarından ayırmağı unutduğu üçün özü də ideyasının qurbanı olur.
(2011-ci il) Zimbabvedə 20-yə yaxın ruhi xəstəni daşıyan avtobusdan xəstələr qaçınca, şoferin ağlına qəribə fikir gəlib.
Dayanacaqlarda saxlayaraq eyni sayda adam toplayıb və onlara xeyriyyə məqsədilə pulsuz sürücülük etdiyini deyib.
Sonra sərnişinləri gətirib ruhi dispanserə təhvil verərək qaçıb.
Adamların dəli olmadığı yalnız 3 gündən sonra məlum olub.
ABŞ-nin Luiziana ştatında adamın biri marketə girib, satıcıdan 20 dolları xırdalamağı istəyib.
Satıcı kassanı açanda silahla hədələyərək pulları yığıb ona verməsini tələb edib.
Satıcı deyilənə əməl edib.
Vicdanlı" oğru marketi tərk edərkən xırdalamaq üçün çıxartdığı 20 dolları kassanın üstünə atıb.
Marketdən uzaqlaşıb xırda pulları saydıqda cəmisi 15 dollar olduğunu görüb.
The Darwin Awards: Evolution in Action.
New York City: Plume.
ISBN 978-0-525-94572-7.
The Darwin Awards II: Unnatural Selection.
New York City: Plume.
ISBN 978-1-101-21896-9.
The Darwin Awards 3: Survival of the Fittest.
New York City: Plume.
ISBN 978-0-525-94773-8.
The Darwin Awards: The Descent of Man.
Running Press Miniature Editions.
ISBN 978-0-7624-2561-7.
The Darwin Awards: Felonious Failures.
Running Press Miniature Editions.
ISBN 978-0-7624-2562-4.
The Darwin Awards 4: Intelligent Design.
New York City: Dutton.
ISBN 978-1-101-21892-1.
The Darwin Awards V: Next Evolution.