Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. |
Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. |
Bəbir" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. |
Bəbir" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. |
Baş geyimləri qırmızı beretdir. |
Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl şəhərinin, Hadrut qəsəbəsinin və Füzuli şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. |
Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri mayor Şixamir Qaflanov 19.10.2020-ci il tarixində Füzuli istiqamətində şəhid olmuşdur. |
Ölümündən sonra ona Vətən Müharibəsi Qəhrəmanı adı verilmişdir. |
Bakı funikulyoru — Azərbaycanda yeganə funikulyor. |
Bakı funikulyoru Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilmişdir. |
1960-cı il mayın 5-də istifadəyə verilmişdir. |
SSRİ zamanında funikulyorun qatarları xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilmişdir. |
Stansiyaları "Bəhram Gur" və "Şəhidlər Xiyabanı" adlı iki stansiyası mövcuddur. |
Stansiyalar arası məsafə 455 metrdir. |
Cəmi 2 vaqonu olan bu funikulyorda vaqonlar saniyədə 2,5 metr sürətlə hərəkət edərək bir stansiyadan digərinə 4 dəqiqəyə çatırdı. |
Vaqonlararası interval 10 dəqiqə, gediş haqqı isə 20 qəpik olmuşdur (hal-hazırda gediş haqqı 1 manatdır.). |
2012-ci ildə 4il müddətinə pulsuz fəaliyyət göstərmişdir. |
Funikulyor saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malik idi. Bakı funikulyoru müxtəlif vaxtlarda bir neçə dəfə təmir edilmişdir. |
1980-ci illərin sonlarında qəza vəziyyətində olduğu əsas gətirilərək bağlanıb və 2001-ci ilin sonunda yenidən istifadəyə verilmişdir. |
Bakı funikulyoru 2001 və 2007-ci ildə iki dəfə əsaslı şəkildə təmir edilmişdir. |
2007-ci ildəki təmirdən sonra vaqonların hərəkəti zamanı yaranan səs-küy minimuma endirilmişdi. |
2011-ci ilin aprelində isə yenidən təmirə dayandırılmışdır. |
23 may 2012-ci ildə əsaslı təmir və yenidənqurmadan sonra yenidən istifadəyə verilmişdir. |
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak etmişlər. |
2018-ci lin noyabr ayında bir müddət profilaktika işləri ilə əlaqədar fəaliyyətini dayandırıb. |
2020-ci ilin mart ayında pandemiya ilə əlaqədar fəaliyyətini 21 ay müddətinə dayandırmışdır. |
Xarici keçidlər Sökdülər, yenidən tikmək üçün — Fotosessiya. |
Arxivləşdirilib 2012-02-07 at the Wayback Machine (az.) |
Bənövşəyi Ürək" (ing. |
Purple Heart) — ABŞ Prezidenti adından 1917-ci il 5 aprel tarixindən bu günədək hərbi xidmət zamanı yaralanan və ya həlak olan şəxslərə təqdim olunan ABŞ hərbi medalıdır. |
Bənövşəyi Ürək Milli Şərəf Zalı Nyu-York ştatının Nyuburq şəhərində yerləşir. |
Bənövşəyi Ürək" ABŞ hərbçilərinə təqdim olunan mükafatlar arasında ən uzunömürlüsüdür. |
Purpur sözü" ingilis dilindən Azərbaycan dilinə "al qırmızı" kimi tərcümə olunsa da, konkret halda bu sözü "al bənövşəyi" kimi başa düşmək lazımdır. |
Yaranması və tarixi Medalın ilkin forması, 1782-ci il 7 avqust tarixində Kontinental Ordunun baş komandanı Corc Vaşinqton tərəfindən təsis edilmiş "Hərbi Xidmətlərə görə Nişan" (ing. |
Badge of Military Merit) hesab olunur. |
Lakin həmin mükafatla yalnız ABŞ İstiqlal müharibəsinin (1775-1783) 3 iştirakçısı təltif edilmişdi. |
1932-ci ildə ABŞ prezidentinin Fərmanına əsasən Corc Vaşinqtonun 200 illik yubileyi şərəfinə "Bənövşəyi Ürək" medalı təsis edildi. |
Hərb Departamentinin 1932-ci il 22 fevral tarixində elan etdiyi meyarlara görə, bu medal ABŞ-nin Birinci dünya müharibəsinə qatıldığı 1917-ci il 5 aprel tarixindən sonrakı hərbi əməliyyatlarda yaralanmış və ya həlak olmuş hərbçilərə verilə bilər. |
İlk "Bənövşəyi Ürək" medalı ilə ABŞ ordusunun Baş Qərargah rəisi general Duqlas Makartur təltif olunmuşdur. |
ABŞ prezidentinin 1984-cü il 23 fevral tarixli 12464 saylı Fərmanına əsasən 1973-cü il 28 mart tarixindən sonra terror aktları nəticəsində və ya ABŞ-nin sülhyaratma əməliyyatları çərçivəsində yaralanan və həlak olan hərbçilər də "Bənövşəyi Ürək" medalı ilə təltif oluna bilərlər. |
İkinci dünya müharibəsi dövründə bu medaldan təxminən 500 000 ədəd hazırlanmışdı. |
Həmin müharibənin başa çatmasından indiyədək keçən 60 ildən artıq dövrdə, Koreya və Vyetnam müharibələri də daxil olmaqla, verilən "Purpur Ürək" medallarının sayı həmin rəqəmə heç yaxınlaşmayıb. |
2003-cü ilə olan məlumata görə bu medallardan 120 000 ədədi hələ də ehtiyatda qalmışdır. |
National Geographic" jurnalının 2009-cu il noyabr sayındakı məlumatlara əsasən, indiyədək təqdim olunmuş "Bənövşəyi Ürək" medallarının hərbi münaqişələr üzrə bölgüsü aşağıdakı kimidir: Birinci dünya müharibəsi: 320 518 İkinci dünya müharibəsi: 1 076 245 Koreya müharibəsi: 118 650 Vyetnam müharibəsi: 351 794 Körfəz müharibəsi: 607 Əfqanıstan müharibəsi: 7 027 (5 iyun 2010 tarixinə) İraq müharibəsi: 35 321 (5 iyun 2010 tarixinə) "Bənövşəyi Ürək" qızıl çərçivə içinə alınmış ürəyəbənzər medaldır. |
Üzərində ABŞ-nin ilk prezidenti Corc Vaşinqtonun profildən təsviri vardır. |
Medal eninə 35 mm ölçüyə malikdir. |
Ürəyin yuxarı hissəsində, yaşıl yarpaqların əhatəsində üzərində 2 qırmızı zolaq və onların üstündə 3 ədəd qırmızı beşguşəli ulduz təsviri olan Corc Vaşinqtonun gerbli qalxanı yerləşir. |
Ürəyin arxa tərəfində, qalxanın aşağı hissəsində FOR MILITARY MERIT (azərb. |
Hərbi xidmətlərinə görə) sözləri yazılıb. |
Medalın lentinin eni 35 mm olub, hər tərəfdən 3 mm ağ və ortada 29 mm-lik bənövşəyi zolaqdan ibarətdir. |
Xarici keçidlər Military Order of the Purple Heart MA Department Arxivləşdirilib 2008-08-28 at the Wayback Machine Military Order of the Purple Heart Purple Heart - Criteria, Background, and Images Arxivləşdirilib 2007-09-29 at the Wayback Machine "Short of Purple Hearts, Navy tells vet to buy own", Anne Marie Kilday, Houston Chronicle, Aug. |
17, 2007 Arxivləşdirilib 2008-02-28 at the Wayback Machine |
Chatham House" qaydası — görüşə gələn hər kəsin müzakirədə verilən məlumatlardan istifadə etməkdə sərbəst olması, lakin həmin xüsusi şərhi kimi verdiyini açıqlamağa icazə verilmədiyi qayda. |
Bu, müzakirələrin daha da açıq olması üçün nəzərdə tutulmuşdur. |
Qayda mübahisəli mövzular üzrə debatlar və diskussiya panelləri keçirmək üçün yaradılmış bir sistemdir. |
Bu qayda 1927-ci ilin iyununda təsis edilmiş Kral Beynəlxalq Münasibətlər İnstitutunun Londonda yerləşən qərargahının adını daşıyır. |
Qayda 1927-ci ildə yaradılmış və 1992-ci ildə təkmilləşdirilmişdir. |
Tərkibinə sonuncu dəfə 2002-ci ildə dəyişiklik edilmiş qaydada qeyd olunur: Bəzi hallarda "Chatham House" qaydalarına istinad edilir. |
Bununla belə, "Chatham House" bildirmişdir ki, bu, bir qaydadan ibarət olduğuna görə tək halında istifadə edilməlidir. |
Qayda dövlət siyasətinin və cari məsələlərin müzakirəsinin daha açıq formada aparılmasını təşviq etmək üçün nəzərdə tutulmuşdur. |
Bu, insanlara öz karyeraları üçün risk yaratmadan, işəgötürənlərinin rəyindən və baxışından aydın şəkildə ayrı olan mübahisəli fikirləri və arqumentləri ifadə və müzakirə etmək üçün imkan yaradır.1927-ci ildə yaradılmış orijinal qaydaya 1992-ci ilin oktyabrında və yenidən 2002-ci ildə dəyişikliklər edilmişdir. |
Chatham House" qaydası adını daşıdığı qurum tərəfindən ərəb, Çin, fransız, alman, portuqal, ispan və rus dillərinə tərcümə edilmişdir. |
Cəbrayılın azad olunmasına görə" medalı — Azərbaycanın dövlət təltifi (medal). |
İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir. |
Təsis edilməsi 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir.Azərbaycan Respublikasının "Cəbrayılın azad olunmasına görə" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. |
Əsasnamədə deyilir: Maddə 1. |
Təltif edilən şəxslər "Cəbrayılın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.Maddə 2. |
Təltif edən orqan "Cəbrayılın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər.Maddə 3. |
Taxılma qaydası "Cəbrayılın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "Suqovuşanın azad olunmasına görə" medalından sonra taxılır. |
Medalın təsviri Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. |
Medalın ümumi təsviri "Cəbrayılın azad olunmasına görə" Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan dairəvi lövhədən ibarətdir.Maddə 2. |
Medalın ön tərəfi 2.1. |
Medalın ön tərəfinin kənarları bəzəkli naxışlarla konturlanmışdır. |
Bəzəkli konturdan medalın daxilinə doğru, xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə təsvir olunmuşdur. |
Xarici və daxili çevrələrin arasında, yuxarı qövs boyunca "CƏBRAYIL", aşağı qövs boyunca "4 OKTYABR 2020" sözləri yazılmışdır. |
4 OKTYABR 2020" sözlərindən sol və sağ tərəflərdə, aşağıdan yuxarıya doğru dəfnə çələngləri təsvir olunmuşdur. |
CƏBRAYIL" sözü ilə dəfnə çələnglərinin arasında iki səkkizguşəli ulduz və kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. |
Daxili çevrənin içərisində, doğan günəş şüaları fonunda at belində Azərbaycan Respublikasının Dövlət Bayrağını aparan Azərbaycan əsgəri təsvir olunmuşdur. |
Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.Maddə 3. |
Medalın arxa tərəfi 3.1. |
Medalın arxa tərəfində xarici və daxili çevrələrlə konturlanmış lövhənin üzərində qövs boyunca "CƏBRAYILIN AZAD OLUNMASINA GÖRƏ" sözləri yazılmışdır. |
Lövhənin aşağı hissəsinin mərkəzində səkkizguşəli ulduz, ulduzla sözlərin arasında isə kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. |
Medalın arxa tərəfinin mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur. |
Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.Maddə 4. |
Medalın elementləri 4.1. |
Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir. |
Xara lentin mərkəzində 10 mm enində qızılı rəngli şaquli zolaq, qızılı rəngli zolaqdan sol və sağ kənarlara doğru ardıcıl olaraq 8 mm enində bir göy rəngli və 5.5 mm enində bir qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur. |
Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur. |
Cəfər Cabbarlı mükafatı — mükafat ilk dəfə Cəfər Cabbarlı Ev-Muzeyinin layihəsi əsasında "C. Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım ictimai birliyi"nin iştirakı və BP şirkətinin sponsorluğu ilə 2001-ci ildə təsis olunub. |
Mükafat böyük yazıçının 100 illiyi münasibətilə Cəfər Cabbarlı teatrının və yaradıcılığının səhnə təcəssümü, tədqiqi və təbliği sahəsində müstəsna işlərə, əsərlərə, Azərbaycan ədəbiyyatının və teatrının, estetik fikrinin inkişafında xüsusi hadisə olan bədii nümunələrə görə teatr xadimlərinə və dram yazarlarına təqdim edilib. |
Cəfər Cabbarlı mükafatının ilk baş qalibi "Aydın" tamaşasının rejissor işinə görə xalq artisti Mikayıl Mirzə olub. |
Sevil" operasında Balaş roluna görə xalq artisti Azər Zeynalov "Ən yaxşı kişi obrazı", Sevil roluna görə əməkdar artist Zemfira İsmayılova "Ən yaxşı qadın obrazı" nominasiyasında bu mükafata sahiblənib. |
Xarici keçidlər "Cəfər Cabbarlı Mükafatı" təqdim olunacaq (az.) |
Cəfər Cabbarlı mükafatı təqdim olunacaq Arxivləşdirilib 2016-05-21 at the Wayback Machine (az.) |
Cəfər Cabbarlı mükafatı sahiblərinə təqdim olunub. |
Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine apa.az, 16.04.2010. |
Həmçinin bax Cəfər Cabbarlı Cəfər Cabbarlının ev-muzeyi |
Cəsur döyüşçü" medalı — Azərbaycanın dövlət təltifi (medal). |
İkinci Qarabağ müharibəsində qələbə münasibətilə təsis edilmişdir. |
Təsis edilməsi 2020-ci il noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmiş və birinci oxunuşda təsdiqlənmişdir.Azərbaycan Respublikasının "Cəsur döyüşçü" medalının əsasnaməsi Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.