ID
stringlengths
7
8
Metadata
stringlengths
4
319
Sentence
stringlengths
6
66.9k
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Lakin onun mərdliyi, cəsarətliliyi, səmimiliyi və ədalətliliyi kimi şəxsi keyfiyyətlərini çox az adam bilir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Heydər Əliyev ən çətin şəraitlərdə həmişə, ilk növbədə, mərd adam, insan kimi qalmışdır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Buna görə də mənim həyatımda onun rolunu qiymətləndirmək çox çətindir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Mən bütün həyatım boyu ona oxşamağa çalışmışam və çalışacağam.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Azərbaycan beynəlxalq terrorizmlə mübarizədə fəal iştirak edir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Biz özümüz beynəlxalq erməni terrorizmindən əziyyət çəkmişik.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Erməni terror təşkilatları Azərbaycanda 32 terror aktı 322törətmiş, metro, avtobuslar, bərələr, qatarlar partladılmışdır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bu 32 terror aktı nəticəsində Azərbaycanın 2 min günahsız vətəndaşı – qadınlar, uşaqlar, qocalar həlak olmuşdur.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bütün bunlar erməni terrorçuları tərəfindən törədilmişdir, amma, nədənsə, beynəlxalq birlik tərəfindən pislənməmişdir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Hansısa həbslər barədə şayiələrə gəldikdə isə, bütün bunlar cəfəngiyatdır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Prezidentin mühafizəsinin bütün işçiləri öz funksiyalarını yerinə yetirirlər, onların bir hissəsi prezidentin yanındadır, bir hissəsi isə Bakıdadır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Heç kim həbs olunmamışdır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Mən müxalifət qəzetlərində deyilənlərə, onların uydurmalarına inanmamağı məsləhət görürəm.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
S u a l: Cənab Baş nazir, Neft Fondunun şəffaflığının təmin edilməsinə dair hansısa tədbirlər görməyi, qanunvericilikdə dəyişikliklər etməyi planlaşdırırsınızmı?
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
C a v a b: Biz Azərbaycanın Neft Fondunun inkişafından çox razıyıq.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Mən 9 ildir ki, bilavasitə neft layihələri ilə bağlı məsələlərlə məşğul olmuşam.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Neft sektoruna 5-6 milyard dollardan artıq vəsait qoyulmuşdur.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Yeni yataqlardan neft hasil olunur, Bakı–Tbilisi–Ceyhan boru kəməri tikilir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bu kəmər yaxın gələcəkdə işə salınacaq və 50 milyon ton neft nəql etməyə imkan verəcəkdir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Odur ki, hər şey çox uğurludur, sərmayədarlar qanunvericiliklə qorunur, hər bir neft müqaviləsi parlamentdə təsdiqlənir və qanun qüvvəsi alır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Şəffaflıq barədə deyə bilərəm ki, Azərbaycanın Neft Fondu bu şəffaflığın ən parlaq nümunəsidir, bu sektorda şəffaflıq birbaşa öz əksini tapmışdır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Hər il Neft Fondunun beynəlxalq auditi keçirilir, Neft fondunun gəlir və xərcləri barədə bütün informasiya mətbuatda dərc olunur.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Valyuta Fondu, Dünya Bankı kimi beynəlxalq maliyyə təşkilatları Neft Fondunun məhz şəffaflığını çox yüksək qiymətləndirirlər.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Azərbaycan Böyük Britaniyanın Baş naziri Toni Bleyrin hasilat sahələrində şəffaflıq haqqında təşəbbüsünə qoşulmuş ilk ölkələrdən biridir və mən özüm şəxsən bu il Londonda bu barədə konfransda iştirak etmişəm.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Biz istəyirik ki, neft sərvətləri ədalətlə bölüşdürülsün.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Belə bir acı həqiqət də vardır ki, neft hasil edən bir çox ölkələrdə külli miqdarda neft çıxarılması nəinki iqtisadi vəziyyəti yaxşılaşdırmamış, əksinə, pisləşdirmişdir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Biz dünyada mövcud olan bütün neft fondlarının fəaliyyətini öyrənirik və Norveçdəki fondu model kimi seçmişik.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Çünki həmin fond daha şəffafdır, neft hasil edən ölkələr arasında ən müsbət nəticələr məhz orada əldə edilmişdir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Buna görə də heç kimdə heç bir şübhə olmamalıdır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Azərbaycan Neft Fondunun şəffaf olmasında, ölkənin bütün vətəndaşlarının ondan bəhrələnməsində, ilk növbədə, özü maraqlıdır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bu gün Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin növbəti toplantısıdır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Biz bu görüşləri mütəmadi qaydada keçiririk, vəziyyəti müzakirə edirik, idmançılarımızın uğurlarına sevinirik.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları medalların sayı ildən-ilə artır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
1997-ci ildən bu günə qədər bütün beynəlxalq yarışlarda – dünya, Avropa çempionatlarında, olimpiya oyunlarında, rəsmi yarışlarda mindən çox medal qazanılmışdır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bu bir daha onu göstərir ki, Azərbaycan idmanı inkişaf edir, respublikamız dünyanın aparıcı idman ölkəsinə çevrilir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bunu nəinki biz deyirik, bütün beynəlxalq idman qurumları nailiyyətlərimizi təsdiqləyir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Beynəlxalq Olimpiya Komitəsi ilə çox işgüzar münasibətlərimiz var.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Onların bir neçə tədbiri Azərbaycanda keçirilibdir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Beynəlxalq federasiyalarla əməkdaşlığımız uğurla davam edir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Beynəlxalq federasiyaların prezidentlərinin Azərbaycana gəlməsi də bunu təsdiqləyir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Biz bu əlaqələri önəmli hesab edirik və istəyirik ki, dünya idman təşkilatları ilə əməkdaşlığımız daha da genişlənsin.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Azərbaycanda idmanın maddi-texniki bazası yaradılıb və bundan sonra da yaradılacaqdır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Çox sevindirici haldır ki, müvafiq federasiyalar özləri də bu təşəbbüsə qoşulublar.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Azərbaycanda son müddət ərzində bir neçə federasiya idman kompleksi yaradılıbdır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Görülən bütün bu işlər bir məqsədə qulluq edir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bu da ondan ibarətdir ki, Azərbaycanda idman inkişaf etsin və idmançılarımız xalqımızı sevindirsinlər, sağlam gənc nəsil yetişsin.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bu sahədə qarşımıza qoyduğumuz bütün məsələləri müvəffəqiyyətlə həyata keçiririk.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
325Son iki həftə ərzində Azərbaycanın bir neçə bölgəsində yeni olimpiya kompleksləri açılıbdır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bu müddət ərzində mən Azərbaycanın, demək olar ki, bütün bölgələrində olmuşam və bəzi görüşlərdə də məndən xahiş edilmişdir ki, bu komplekslərin sayı artsın, digər yerlərdə də tikilsin.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Mən də söz verdim ki, biz bu siyasətimizi davam etdirəcəyik.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Beləliklə, elə bir vəzifə yoxdur ki, Milli Olimpiya Komitəsi onu yerinə yetirməsin.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Azərbaycanın idman potensialı ildən-ilə güclənir, idman bölmələrinə axın artır və bunun nəticəsində idmançılarımız uğurlar qazanırlar.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Sidney Olimpiadasında idmançılarımızın uğurla çıxış etmələrini xatırlasaq, bu, hesab edirəm ki, o dövr üçün Azərbaycan idmanında baş verən ən mühüm hadisə, idmanda əldə etdiyimiz zirvə idi. Amma o dövrdən sonra atletlərimiz idmanın bir neçə növü üzrə dünya və Avropa çempionatlarından doğma Vətənə qələbə ilə qayıtmışlar.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bu da onu göstərir ki, olimpiya oyunlarından sonra bu işlər davam edir və mən əminəm ki, qarşıdan gələn Afina olimpiadasında da idmançılarımız müxtəlif növlərdə medallar uğrunda mübarizə aparacaqlar.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Olimpiya oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmək üçün Azərbaycanda bütün tədbirlər görülür.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bildiyiniz kimi, Azərbaycanda üç idman növü üzrə lisenziya turniri keçiriləcəkdir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bu da beynəlxalq idman qurumları ilə uğurlu münasibətlərimizin təzahürüdür.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Əgər bu münasibətlər olmasaydı, əlbəttə ki, bizə bu diqqət göstərilməzdi.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Hesab edirəm ki, bu turnirlərin Azərbaycanda keçirilməsi idmançılarımızın olimpiya oyunlarında çıxış etmək imkanlarını asanlaşdıracaqdır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Olimpiya oyunlarına hazırlıq lisenziyaları, bir növ, olimpiya oyunları keçirilməsi deməkdir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Eyni zamanda, Azərbaycanda gələcəkdə də belə mötəbər yarışların keçirilməsi imkanları daha da genişlənəcəkdir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Gələcəkdə müxtəlif idman növlərində çempionatlar keçiriləcək, beləliklə, Azərbaycanda idman daha geniş vüsət alacaqdır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Seçki kampaniyası ilə məşğul olmuşam.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Əbülfəs müəllimlə söhbət əsnasında maraqlandım ki, bu müddət ərzində idmançılarımızın çıxışları necə olubdur.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Düzdür, mən bunu izləyirdim, amma, eyni zamanda, dəqiqləşdirmək istəyirdim.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Çox məmnunluq hissi ilə deyə bilərəm ki, bu müddət ərzində 50-dən çox idmançımız rəsmi yarışlarda, yəni Avropa və dünya çempionatlarında medal qazanıbdır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bildiyiniz kimi, mən idmançılarla, ola bilər ki, ayda iki dəfə, bəzən üç dəfə görüşlər keçirirəm.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Hər dəfə müəyyən qrup idmançı ilə, yəni bir idman növü ilə məşğul olan idmançılarla görüşürəm.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Amma bu uzun fasiləyə görə bu gün biz burada Azərbaycanın müxtəlif idman növləri ilə məşğul olan idmançılarla görüşürük.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Görün qısa müddət ərzində Azərbaycanın bayrağı neçə dəfə qaldırılıb, himni səslənibdir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
İdmançılarımız neçə dəfə ölkəmizi ləyaqətlə təmsil ediblər.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bu proses gedir və artıq dönməz xarakter alıbdır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bunun qarşısını heç kim ala bilməz.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Mən əminəm ki, indi yeniyetmə yaşında çıxış edən idmançılarımız da bir müddətdən sonra bu estafeti davam etdirəcəklər.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Hazırda Azərbaycanı təmsil edən idmançılar çıxışlarını dayandırandan sonra onların yeri boş qalmayacaqdır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Gənclər və yeniyetmələr arasında dünya, Avropa çempionatlarında idmançılarımızın çıxışları da bunu təsdiqləyir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bir sözlə, Azərbaycan artıq idman ölkəsidir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bizimlə hesablaşırlar, bizdən çəkinirlər və Azərbaycanın adı gələndə bütün yarışlarda, mən əminəm ki, rəqiblərimiz də idmançılarımıza böyük hörmətlə yanaşırlar.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bu hörməti hamımız birlikdə qazanmışıq.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bizim birgə fəaliyyətimiz bunu mümkün edibdir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Mən, ilk növbədə, idmançılarımızın, onların məşqçilərinin, idman mütəxəssislərinin fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Çünki bu yükün böyük hissəsi, ilk növbədə, onların üzərinə düşür.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Üzərimizə düşən vəzifələri biz gözəl dərk edirik.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Çox şadam ki, hər bir tərəf, yəni idmançılar da, federasiya rəhbərləri də, 327nazirliyin əməkdaşları da, Milli Olimpiya Komitəsi də öz üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirirlər.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Məhz bu birgə fəaliyyət nəticəsində Azərbaycan idmanda böyük uğurlar qazana bilibdir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Burada nəticə göstərmiş, medal qazanmış 50-dən çox idmançı artıq mükafatlandırılıbdır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Azərbaycanda bu praktika davam edir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Eyni zamanda, hökumət, dövlət tərəfindən də mükafatlar verilir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bəzi hallarda federasiyalar tərəfindən də mükafatlar verilir və verilməlidir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Çünki mən dəfələrlə demişəm ki, idmançılar gərək heç nədən korluq çəkməsinlər.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Onların həyat səviyyəsi də, məişət şəraiti də yaxşı olmalıdır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Azərbaycanı təmsil edən, ölkəmizin bayrağını qaldıran idmançı hər mənada gərək hörmətə layiq olsun.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Ona görə biz keçmişdə də bu məsələlərlə məşğul olmuşuq və deyə bilərəm ki, Azərbaycanda onlarca idmançının, ilk növbədə, Azərbaycanı olimpiya oyunlarında, dünya çempionatlarında təmsil edən, qələbə qazanan idmançıların vəziyyəti yaxşılaşdırılıbdır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Eyni zamanda, daxil olan ərizələrə də biz Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə baxırıq, idmançılarımıza diqqət göstərir, kömək edirik.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bu gün bizim 14 idmançımıza, məşqçimizə, mütəxəssisimizə mənzillər verilir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Onların bir neçəsi burada yoxdur, yarışlarda iştirak edirlər, Vətənə döndükdən sonra onlar da mənzillərini alacaqlar, orderlərini verəcəyik.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Amma adlarını burada çəkərik.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Burada olanlara isə mən istəyirəm bu orderləri təqdim edim, onlara xoşbəxtlik arzulayım və əmin olduğumu bildirim ki, bundan sonra da Azərbaycanın idman şərəfini onlar uca tutacaqlar.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Boks üzrə dünya çempionu Ağasi Məmmədov uzun müddət idi ki, yəni 15 yaşından qardaş Türkiyənin milli yığma komandasında fəaliyyət göstərirdi.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Amma mən çox şadam ki, Ağasi Vətənə döndü və ondan sonra dünya çempionu oldu.