ID
stringlengths
7
8
Metadata
stringlengths
4
319
Sentence
stringlengths
6
66.9k
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bu sahədə işlər davam edəcək, gələcəkdə Azərbaycanda hər birinin gücü 400 meqavat olan iki yeni elektrik stansiyası tikiləcəkdir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Əminik ki, onların biri, "Şimal-2" stansiyası yenə Yaponiya hökumətinin krediti hesabına tikiləcəkdir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bu stansiyalar tikilib istifadəyə verildikdən sonra Azərbaycanda, ümumiyyətlə, elektrik enerjisi problemi olmayacaq, özümüzü elektrik enerjisi ilə tam təmin edə biləcəyik.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bəlkə gələcəkdə elektrik enerjisini ixrac da edə biləcəyik.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bütün bunlar, görülən işlər Azərbaycanda son illər Heydər Əliyev tərəfindən aparılan ümumi iqtisadi siyasət nəticəsində mümkün olmuşdur.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Azərbaycanda iqtisadiyyat gücləndikcə, təbiidir ki, ilk növbədə sosial məsələlərin həllinə fikir verilir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bu istiqamətdə böyük işlər görülübdür.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Azərbaycanda Heydər Əliyevin neft strategiyası uğurla həyata keçirilir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bunun nəticəsində minlərlə yeni iş yerləri açılıbdır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Azərbaycana böyük həcmdə sərmayə qoyulubdur.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Çox sevindirici haldır ki, bu sərmayələri qoyanlar arasında Yaponiya şirkətləri də vardır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Onlar Azərbaycanın neft-qaz sektorunda çox fəal iştirak edirlər.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Eyni zamanda sərmayəçi kimi çox böyük həcmdə vəsait qoyurlar.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Azərbaycanda neft kəmərləri tikilib istifadəyə verilmişdir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
İndi Bakı–Tbilisi–Ceyhan neft kəməri inşa edilir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Yaxın zamanlarda o da istifadəyə veriləcəkdir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bu da öz növbəsində qarşımızda duran digər sosial məsələlərin həllində bizə 237yaxından kömək edəcəkdir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bu istiqamətdə işlər aparılacaqdır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Azərbaycanın perspektivləri çox gözəldir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bizim gözəl potensialımız, təbii sərvətlərimiz, ən önəmlisi isə çox güclü insan potensialımız vardır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bütün bu amillərdən gərək çox səmərəli istifadə edək.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Çünki biz bilirik ki, yaxın gələcəkdə Azərbaycan bunun faydasını görəcəkdir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Gələcəkdə buna bənzər infrastruktur obyektləri tikiləcək, istismara veriləcəkdir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Son 20 gün ərzində Azərbaycanın müxtəlif sektorlarında yeni, müasir, bütün dünya standartlarına cavab verən obyektlər istifadəyə verilir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bu təkcə Bakıda deyil, Azərbaycanın digər bölgələrində də baş verir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Çünki biz çox istəyirik ki, Azərbaycan hərtərəfli inkişaf etsin.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Əlbəttə ki, paytaxtımız öz yerində, amma bölgələr də inkişaf etməlidir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Əgər Bakıda işıq, qaz varsa, deməli, Azərbaycanın hər bir rayonunda işıq və qaz olmalıdır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Biz də bunu təmin edəcəyik.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bu gün bu stansiyanın istifadəyə verilməsi mənim üçün başqa bir cəhətdən də çox sevindiricidir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Çünki bu, Qaradağ rayonunun ərazisində baş verir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Qaradağ rayonu mənim üçün çox əzizdir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
1995-ci ildə Qaradağ rayonunun sakinləri mənə etimad göstərərək, Milli Məclisin deputatı seçdilər.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Mən 5 il ərzində Milli Məclisdə Qaradağ rayonunu təmsil edirdim.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Zənnimcə, pis də təmsil etmirdim.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
2000-ci ildə mən artıq Milli Məclisə Yeni Azərbaycan Partiyasının siyahısı ilə seçilmişdim.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Amma buna baxmayaraq rayonla əlaqəmi heç vaxt kəsməmişəm, rayon rəhbərliyi ilə daim əlaqə saxlamışam.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Mənim təşəbbüsümlə yaradılmış Qaradağ sosial-iqtisadi fondunun fəaliyyəti də davam etmişdir və bu gün də davam edir, sabah da davam edəcəkdir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Baxmayaraq ki, mən Qaradağ rayonunu artıq rəsmi olaraq təmsil etmirəm, amma mən daim sizi ürəyimdə təmsil edəcəyəm.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Biz daim bir yerdə olacağıq.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Çalışacağam ki, Qaradağ rayonunda birlikdə topladığımız o gözəl 238təcrübəni başqa bölgələrdə də tətbiq edəm.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Biz burada çox işlər gördük.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün hərəsi 50 mənzildən ibarət iki müasir yaşayış evi tikilib istifadəyə verilmişdir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Möhtərəm cənab Prezident o evlərin açılışında iştirak etmişdir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Burada qaçqınlar, məcburi köçkünlər üçün “Ümid” qəsəbəsi salınmışdır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
300 ailə öz yaşayış şəraitini yaxşılaşdırmışdır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Cənab Prezident onun da açılışını etmişdi, bizimlə bir yerdə idi. Digər məsələlər də həll olunmuşdur.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Yollar çəkilmişdir.

Burada məskunlaşmış qaçqın, məcburi köçkün ailələrinə yardımlar göstərilmişdir və bundan sonra da göstəriləcəkdir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Cənab Prezidentin Qaradağ rayonuna qayğısı daim olubdur və siz də bunu hiss etmisiniz.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
İndi cənab Prezident Azərbaycanda deyil, müalicə olunur, müalicə də uğurla davam edir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Mən əminəm ki, yaxın gələcəkdə o, Vətənə dönəcək və yenə Azərbaycan xalqı ilə birlikdə olacaqdır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Əziz dostlar, bu gözəl stansiyanın açılışı münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Sizə cansağlığı, xoşbəxtlik arzulayıram.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Əziz bacılar və qardaşlar!
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Mən sizin hamınızı ürəkdən salamlayıram və bu gözəl, yeni Olimpiya İdman Kompleksinin açılışı münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Gün gələcək, Azərbaycanın işğal altında olan torpaqları azad ediləcək və Milli Olimpiya Komitəsinin prezidenti kimi, mən sizə söz verirəm ki, hər bir işğaldan azad olunan rayonda buna bənzər olimpiya kompleksləri tikiləcəkdir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Azərbaycanda idman sürətlə inkişaf edir, idmançılarımızın beynəlxalq yarışlarda göstərdiyi nəticələr bizim hamımızı çox sevindirir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Dünya, Avropa çempionatlarında, Olimpiya oyunlarında, digər beynəlxalq yarışlarda idmançılarımız doğma Vətənimizi ləyaqətlə təmsil edirlər.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Ölkəyə medallar gətirirlər.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Son 6 il ərzində beynəlxalq yarışlardan idmançılarımız Vətənə mindən çox medal gətiriblər.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bu onu göstərir ki, Azərbaycanda idman sahəsində çox güclü potensial yaranıbdır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Azərbaycanın, demək olar ki, bütün idman federasiyaları öz fəaliyyətlərini yüksək səviyyədə qura biliblər.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
İdmançılarımız bütün beynəlxalq yarışlarda iştirak edir, qələbə qazanır və hər dəfə qələbə qazanılanda Azərbaycanın milli bayrağı qaldırılır, Azərbaycanın dövlət himni səslənir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Ən böyük mükafat məhz bunlardır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bütün Azərbaycan xalqı çox böyük qürur hissi ilə idmançılarımızın qələbələrini alqışlayır, qarşılayır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Amma təəssüflər olsun, elələri də var ki, onlar nəinki sevinmir, hətta peşman olurlar.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bizim müxalifət.

Çünki onlar hesab edirlər ki, bir halda ki, İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidentidir, bu qələbələr əlavə siyasi kapital verəcəkdir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
240Buna görə onlar bütün çıxışlarında, qəzetlərində gedən yazılarda idmançılarımıza, idmanla məşğul olanlara, idmana rəhbərlik edən şəxslərə böhtanlar atırlar.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bu bir daha göstərir ki, onların maraqları Azərbaycan xalqının maraqları ilə üst-üstə düşmür.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Amma bütün bunlara baxmayaraq, biz onlara fikir vermirik.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bizim məqsədimiz ondan ibarətdir ki, Azərbaycanı hərtərəfli inkişaf etdirək.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Azərbaycanın hər sahəsi inkişaf etsin, o cümlədən idman da.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Əlbəttə ki, bunu əldə etmək, idmanla məşğul olmaq üçün, ilk növbədə, gözəl şərait yaradılmalıdır və biz bu şəraiti yaradırıq.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bu gün burada açılan, bütün müasir standartlara cavab verən Olimpiya kompleksi bunu bir daha təsdiqləyir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Mən çox istərdim ki, bu kompleksdən səmərəli istifadə olunsun.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Uşaqlar, gənclər, yeniyetmələr, idmançılar buraya gəlib idman bölmələrində məşğul olsunlar.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bu onları fiziki cəhətdən, eyni zamanda, mənəvi cəhətdən də sağlam edəcəkdir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Beləliklə, Azərbaycanda idmanla məşğul olmaq kütləvi xarakter alacaqdır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Azərbaycanın müxtəlif bölgələrində buna oxşar idman kompleksləri tikilib, istifadəyə verilibdir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Biz bu proqramı başlayanda istəyirdik ki, bu komplekslərdən biri də Qarabağ torpağında tikilsin.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Mən çox xoşbəxtəm ki, biz bunu etmişik və bu gün sizinlə birlikdə onun açılışına toplaşmışıq.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bərdə Azərbaycanın dilbər guşəsidir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Hər bir azərbaycanlı üçün doğma yerdir, doğma məkandır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bərdə çox inkişaf edib, gözəlləşir, abadlaşır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Siz bilirsiniz ki, möhtərəm cənab Prezident keçmişdə, 1970-ci illərdə də, ondan sonrakı dövrlərdə də mütəmadi qaydada Bərdəyə gəlmiş, bərdəlilərlə ünsiyyətdə olmuş, Bərdəyə və Bərdə camaatına daim diqqət göstərmişdir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Mən sizi əmin etmək istəyirəm ki, bundan sonra da biz Bərdəyə daim diqqət göstərəcəyik, hörmət göstərəcəyik, birlikdə Azərbaycanı inkişaf etdirəcəyik.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Mən bərdəlilərə bir də ona görə öz minnətdarlığımı bildirmək istəyirəm ki, onlar çətin vəziyyətə düşən, öz ata-baba yurdlarından didərgin salınan qaçqınlara, məcburi köçkünlərə 241çox mehriban münasibət göstərirlər.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Onlar üçün hər bir şərait yaratmağa çalışırlar.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Baxmayaraq ki, onların özlərinin də imkanları məhduddur.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Amma o qaçqınlara və məcburi köçkünlərə göstərilən diqqət və qayğı təqdirəlayiqdir.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Mən əminəm ki, bundan sonra da belə olacaqdır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Ancaq eyni zamanda, bizim məqsədimiz bundan ibarətdir ki, Azərbaycanda Ermənistanın işğalı nəticəsində öz torpaqlarını itirmiş insanlar üçün yeni qəsəbələr, yeni şəhərciklər tikilsin.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bu istiqamətdə işlər görülür.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bildiyiniz kimi, Biləsuvar rayonunda çadır düşərgələrində məskunlaşmış insanlar üçün möhtərəm cənab Prezidentin fərmanları ilə yeni qəsəbələr salınıbdır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bu yaxınlarda mən orada olarkən qəsəbənin açılışında iştirak etdim.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Ondan əvvəl orada çadır düşərgəsində məskunlaşmış Füzuli qaçqınları da yeni tikilmiş evlərə köçürülmüşlər.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Mən bilirəm ki, Bərdədə üç çadır düşərgəsi vardır.
02Uevkt5
Sərlövhə:İnkişaf - məqsədimizdir: birinci kitab: avqust 2003-oktyabr 2003,Müəllif:Əliyev İlham Heydər oğlu,Nəşriyyat:Azərnəşr,Nəşr yeri:Bakı,Nəşr ili:2008,ISBN:978-9952-8100-7-3,Səhifə:424,Kateqoriya:Siyasət. Siyasi elmlər
Bizim məqsədimiz bundan ibarətdir ki, o çadır düşərgələrini də ləğv edək və əvəzində müasir evlər tikək.