Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
“Müxtəlifliyin qorunması:2024-cü ildə islamafobiya ilə mübarizə” konfransında iştirak etmək məqsədilə ölkəmizə səfər edən ABŞ Müsəlman Təşkilatları Şurasının Baş katibi Ussama Əli Cammal, Pakistan Müsəlman İnstitutunun direktoru Sahibzadə Sultan Əhməd Əli, “Haider Global BVBA Brüssel” şirkətinin baş direktoru Səccad Kərim, İslam Əməkdaşlıq Təşkilatının İslam tarixi, incəsənəti və mədəniyyəti üzrə araşdırma mərkəzinin Baş direktoru Mahmud Erol Kılıç, Din Azadlığı üzrə Amerika Mərkəzinin baş direktoru Cannah Skott çıxış edərək, ölkəmizin tolerantlıq məsələləri üzrə ardıcıl dialoqu təmin edən mədəniyyətlərarası platforma, dinlərarası etimad, harmoniya və missionerlik daşıyıcısı olduğunu diqqətə çatdırıblar. |
Qonaqlar festival çərçivəsində Azərbaycandakı dünyaya örnək tolerantlıq mühiti və dünyəvilik modelinə əyani şahidlik imkanı əldə etdiklərini, Prezident İlham Əliyevin multikultural siyasəti və görüşünü təqdir etdiklərini dilə gətiriblər. |
Qeyd edək ki, festival zamanı dini qurumların nümayəndələrinin ədəbiyyat nümunələri və üzvlərinin əl işləri sərgilənib, tədbir dini icmaların musiqi qrupları və xorlarının ifaları ilə davam edib. |
Qəzza zolağına humanitar yardım konteynerlərinin havadan atılması nəticəsində beş nəfər həlak olub. |
Bu barədə Fələstin anklavının Mülki Müdafiə Departamentinə istinadən məlumat yayılıb. |
Bildirilib ki, humanitar yardım qutuları anklavın şimal hissəsindəki qaçqın izdihamının üzərinə düşüb. |
“Seçim qarşısında qalsam yenidən xilasedici peşəsini seçərəm. |
Mənim fəaliyyətimin ana xətti insanı xilas etməkdir”. |
Oxu.Az xəbər verir ki, bu sözləri “İTV Xəbər”ə müsahibəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Xilasedicisi Gülnarə Əliyeva deyib. |
O bildirib ki, işimin ən şərəfli tərəfi insan həyatını xilas etməkdir. |
Martın 12-dən 15-dək Şağan Olimpiya İdman Kompleksində güləş üzrə U-15 Azərbaycan çempionatı keçiriləcək. |
Oxu.Az xəbər verir ki, üçüncü dəfə reallaşacaq birincilikdə sərbəst və yunan-Roma güləşi ilə yanaşı, ilk dəfə qadın güləşi üzrə də mübarizə baş tutacaq. |
Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə ortaq təşkil edəcəyi yarışın ilk iki günündə sərbəst güləşçilər çıxış edəcəklər. |
Çempionatın ikinci günündə qadın güləşi üzrə qaliblər müəyyənləşəcək. |
Birinciliyin son iki günündə isə yunan-Roma güləşi üzrə yarış keçiriləcək. |
Beynəlxalq və milli dərəcəli hakimlərin idarə edəcəyi ölkə çempionatının görüşləri hər gün saat 10:00-da başlayacaq. |
Qeyd edək ki, birincilikdə medal qazanan idmançılar müvafiq yığmalara cəlb ediləcəklər. |
“Son günlər Ermənistanın Fransa, Yunanıstan və başqa ölkələrlə hərbi blok yaratmaq istəyi düzgün addım deyil. |
Ermənistanın müxtəlif ölkələrlə hərbi birlik yaratmaq ideyası həm onun özü, həm də regionumuz üçün heç də yaxşı əlamət deyil”. |
Onun sözlərinə görə, bu cür hərbi blokların yaradılması Ermənistan təhlükəsizliyinə xidmət etmir:""“Əgər Ermənistan təhlükəsizliyinə xaricdən dəstək almaq istəyirsə NATO-ya üzv olmalıdır. |
Ona görə ki, NATO-nun prinsipləri başqadır. |
NATO təhlükəsizliyi qoruyacaq və eyni zamanda, Ermənistana qonşu ölkələrə qarşı hərbi təcavüz və işğalçılıq siyasəti yürütməyə imkan verməyəcək”. |
Politoloq hesab edir ki, Fransa və Yunanıstan çoxdandır ki, Cənubi Qafqaza daxil olmaq, burada söz sahibinə çevrilmək istəyirlər. |
Belə ki, Azərbaycan və Gürcüstan bu məsələdə onlarla həmfikir deyillər:""“Ermənistan isə heç zaman müstəqil siyasət yürütmədiyi üçün onlara verilən hər bir vədə inanır və boyun əyir. |
Amma bu da Ermənistana öz çirkin niyyətini həyata keçirməyə imkan verməyəcək”. |
Onun sözlərinə görə, Ermənistanda əksər dairələrdə artıq başa düşürlər ki, işğalçılıq siyasətinin əhəmiyyəti yoxdur və bu siyasət yalnız ölkənin özünə ziyan vuracaq:""“Burada digər maraqlı məsələ isə Ermənistanın Rusiyadan ayrılmaq istəyidir. |
Rusiyanı onu “satmaqda” ittiham edən Ermənistan hökumətinin son bəyanatları, Rusiya hərbçilərinin və sərhədçilərinin sıxışdırılması bunu açıq-aydın göstərir. |
Ermənistan hazırda yalnız Rusiyanın mövqeyinin dəyişəcəyindən və sərtləşəcəyindən qorxduğu üçün Fransa, Yunanıstan və digər ölkələrdən dəstək almağa çalışır”. |
“Bunun da hansı nəticələr verəcəyini gələcək göstərəcək. |
Düşünmürəm ki, Ermənistanın indiki siyasəti ona uğur gətirsin. |
Ən böyük uğur sülh və təhlükəsizlikdir. |
Ermənistan işğalçılıq siyasətindən nə qədər tez əl çəkib, tez sülh müqaviləsi imzalasa, bir o qədər tez müstəqil dövlət kimi inkişaf edəcəkdir”- deyə T.Txilava vurğulayıb. |
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb. |
Oxu.Az xəbər verir ki, “İrəvana qayıdan azərbaycanlılar bu məhəllədə məskunlaşacaq” adlı süjetdə İrəvanın Təpəbaşı ərazisinin (Kond rayonu) azərbaycanlıların yaşaması üçün tamamilə boşaldıldığı, İrəvan meri Tiqran Avinyanın bununla bağlı açıqlamasının Ermənistanda ciddi müzakirələr yaratdığı bildirilib. |
Qeyd olunub ki, T.Avinyanın sözlərinə görə, gələcəkdə yeni şəhərsalma layihəsini həyata keçirmək üçün Kond rayonu tam olaraq satılacaq:""“Burada mövcud olan evlərin sənədləri yoxdur, özəlləşdirmə buna görə həyata keçiriləcək”. |
Diqqətə çatdırılıb ki, bu, erməni ictimai rəyində “İrəvanın mərkəzində azərbaycanlı icması formalaşdırılır” fikirlərinin ortaya çıxmasına zəmin yaradıb:""“Ermənistan hakimiyyətinin məqsədi Təpəbaşı məhəlləsini dağıtmaq və yerində müasir memarlıq qurmaqdır. |
Lakin erməni ictimaiyyəti buna inanmır və hesab edirlər ki, Təpəbaşından ermənilər çıxarılacaqlar və azərbaycanlı icması burada yaşayacaq. |
Bu, Azərbaycanın beynəlxalq təşkilatlara müraciəti və apardığı siyasətin nəticəsində baş verəcək. |
Ermənistanın ictimai rəyində müxtəlif iddiaların peyda olması, son olaraq da Təpəbaşı məhəlləsi ilə bağlı “İrəvanda azərbaycanlı icması olacaq” fikirlərinin səslənməsi də Azərbaycanın geri çəkilmədiyi gündəliyindən qaynaqlanır”. |
Sonda vurğulanıb ki, Qərbi Azərbaycan məsələsinə görə ermənilərin yuxusu ərşə çəkilib:""“Azərbaycanlılar öz tarixi yurdlarına ya sülh yolu ilə, ya da lazım olan başqa yollarla qayıdacaqlar. |
Başqa variantların baş verməsi isə Ermənistanın mövcudluğunun sual altına düşməsi ilə nəticələnə bilər”. |
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. |
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. |
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir. |
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. |
Son zamanlar ətin qiymətində yenidən artım müşahidə olunur. |
Ətin bahalaşması qəssablar arasında narazılığa səbəb olub. |
Onlar diri heyvanın alış qiymətinin günü-gündən artmasından şikayətçidirlər. |
“Adam var, bir ayda 300 manat maaş alır. |
Gəlir, yeddi kilo ətə 150 manat pul verir. |
Mən 30 ilə yaxındır qəssab işləyirəm, gələn alıcıya ətin qiymətini deməyə utanıram”, - qəssab bildirib. |
Onlar ətin bahalaşmasının səbəblərindən birinin də bütün rayonlarda diri heyvanların satışı bazarının hər gün təşkil olunması ilə əlaqələndirirlər. |
Halbuki əvvəlki illərdə heyvan bazarları həftədə yalnız bir gün təşkil olunurdu. |
Qəssablar bu ənənənin bərpa olunmasını istəyirlər. |
İqtisadçılar isə bildiriblər ki, qiymət artımı bazarların hər gün təşkil olunması ilə bağlı deyil. |
Əksinə, bu amil rəqabəti çoxaldır və qiymətin düşməsinə səbəb ola bilər. |
Qeyd olunub ki, heyvan bazarlarının hər gün təşkil olunması həm tez-tez baş verən xeyir və şər məclisləri, həm də restoranların sayının artması ilə bağlıdır. |
Odur ki, heyvan bazarının həftədə bir dəfə təşkil olunması bu tələbatı ödəmək üçün yetərli olmaya bilər. |
Hindistan Prezidenti Draupadi Murmu Böyük Britaniyanın baş naziri Rişi Sunakın qayınanası olan yazıçı və xeyriyyəçi Sudha Murtinin namizədliyini Hindistan parlamentin yuxarı palatası üzvlüyünə irəli sürüb. |
Yuxarı palatada 245 üzv var, onların əksəriyyəti ştatların və digər ərazilərin qanunverici orqanları tərəfindən seçilir. |
Lakin 12 üzv şəxsən Prezident tərəfindən adətən incəsənət, ədəbiyyat və elmə, habelə ictimai fəaliyyətə verdiyi töhfələrə görə təyin olunur. |
Qeyd edək ki, 73 yaşlı Murti ingilis və kannada dillərində (Hindistanın cənub-qərbində danışılan dil) pedaqoq, xeyriyyəçi və yazıçı kimi tanınır. |
ABŞ-nin keçmiş prezidenti Donald Tramp onu zorlama və böhtanda ittiham edən yazıçı Elizabet Karrollun xeyrinə təxminən 91,6 milyon dollar girov ödəyib. |
Əgər qadının şikayəti təmin olunarsa, bu məbləğ ona kompensasiya ödəməyə kifayət edəcək. |
Eyni zamanda, əgər Tramp bu işdə qalib gələrsə onun pulu özünə qaytarılacaq. |
Qeyd edək ki, Tramp 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkisində iştirak etmək niyyətindədir. |
Nigeriya BRİKS-ə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika qrupu) qoşulmaq imkanlarını araşdırır. |
Bunu ölkənin xarici işlər naziri Yusuf Tuqqar deyib. |
Nazirin sözlərinə görə, bu addım iqtisadiyyat, mədəniyyət və siyasət sahələrində əlaqələrin dərinləşdirilməsi məqsədilə atıla bilər. |
Qeyd edək ki, Tuqqar martın 5-7-də Rusiya Federasiyasında səfərdə olub və iki ölkə arasındakı əməkdaşlığı daha da genişləndirməyə hazır olduqlarını bəyan edib. |
İspaniyanın Mülki Qvardiyası 12 nəfəri uşaq pornoqrafiyasını yaymaqda və azyaşlıları cinsi istismara sövq edməkdə şübhəli bilərək saxlayıb. |
Bu barədə Krallığın Daxili İşlər Nazirliyi məlumat yayıb. |
Bildirilib ki, dəstə daxilində əsas serverə və azyaşlıların görüntülərinin yayıldığı mobil telefona nəzarət 14 yaşlı yeniyetmə tərəfindən həyata keçirilib. |
Bundan əlavə, iş üzrə daha 44 nəfərin istintaqı davam etdirilir. |
Avropa İttifaqı ölkələri 2024-cü ildə Ukraynaya 21 milyard avro həcmində hərbi yardım göstərmək niyyətindədirlər. |
Bunu Avropa Komissiyasının rəhbərinin birinci müavini Valdis Dombrovskis Kiyevə səfəri zamanı bildirib. |
Onun bəyanatını Avropa Komissiyasının mətbuat xidməti yayıb. |
Qeyd olunub ki, bu rəqəm yarımçıq məlumatlara əsaslanır, ona görə də faktiki məbləğ daha da çox ola bilər. |
Vurğulanıb ki, Avropa Komissiyası martın sonuna qədər Kiyevə 4,5 milyard avro ayırmaq niyyətindədir. |
ABŞ-nin Rusiyada terror təhlükəsi ilə əlaqədar öz vətəndaşlarına xəbərdarlığından sonra Britaniya, Almaniya, Latviya, Kanada, İsveç və Cənubi Koreya kimi bir sıra dövlətlər də analoji addım atıblar. |
Rusiya paytaxtında terror təhlükəsinin yüksək səviyyədə olması ilə bağlı xəbərdarlıqlar bu ölkələrin xarici işlər nazirliklərinin və səfirliklərinin saytlarında yer alıb. |
Dünya ölkələri öz vətəndaşlarını Rusiyaya səfərlərdən çəkinməyə çağırıb. |
Rusiyada olanlara isə bu ölkəni tərk etmək tövsiyyə olunub. |
Çində ictimai nəqliyyatın dörddə üçündən çoxu yeni enerji mənbələri ilə işləyir. |
Bunu ölkənin paytaxtında keçirilən Ümumçin Xalq Nümayəndələri Konqresinin (ÜXK) sessiyasında Çin Xalq Respublikasının nəqliyyat naziri Li Syaopen deyib. |
“Yeni enerji daşıyıcılarından istifadə Çinin ictimai nəqliyyat sisteminin 77,6%-ni təşkil edir”, - deyə nazir qeyd edib. |
O, yaşıl və ağıllı nəqliyyatın sürətlə inkişaf etdiyini vurğulayıb. |
Nazirin sözlərinə görə, yeni enerji avadanlıqları və ekoloji cəhətdən təmiz enerjidən getdikcə daha çox istifadə olunur. |
Syaopen bildirib ki, Çin dünyanın ən böyük sürətli dəmir yolu şəbəkəsini, sürətli yol şəbəkəsini və sürətli poçt sistemini, eləcə də dünya səviyyəli liman klasterini inşa edib. |
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yadplanetlilərin Yer kürəsini nə vaxtsa ziyarət etdiyinə dair heç bir sübut tapmayıb. |
Bu barədə ABŞ hakimiyyət orqanlarının naməlum anomal hadisələrin tədqiqi ilə bağlı fəaliyyəti haqqında hesabatında deyilir. |
Sənəd ABŞ-də aparılan bütün rəsmi araşdırmalara, eləcə də məxfi və açıq dövlət arxivlərinin müvafiq məzmununa ümumi baxışı təqdim edir. |
Mətndə qeyd edildiyi kimi, yadplanetli uçan gəmilər haqqında xəbərlər əslində şahidlər tərəfindən yanlış identifikasiyanın nəticəsidir. |
“Bütün məxfilik səviyyələrində aparılan araşdırmalar göstərdi ki, müşahidələrin əksəriyyəti əslində adi obyektlər və hadisələrlə bağlı olub”, - deyə hesabatda bildirilib. |
“Real Madrid” rəhbərliyi Kilian Mbappenin təqdimat mərasiminin hansı tarixlərdə təşkil edilməsi məsələsini nəzərdən keçirir. |
Təqdimat komandanın ev stadionu olan Santyaqo Bernabeuda keçiriləcək. |
Məlumata görə, Mbappe PSJ-nin heyətində iyunun birində baş tutacaq Çempionlar Liqasının finalına çıxsa, hücumçunun təqdimatı iyunun üçündən iyunun altısınadək baş tutacaq və o, bundan sonra Fransa milli komandasının düşərgəsinə yollanacaq. |
Əgər PSJ Çempionlar Liqasının finalına çıxmasa, Mbappenin təqdimatı mayın 30-u və ya 31-də baş tutacaq. |
“Toplum TV” işi ilə bağlı media eksperti Ələsgər Əhmədoğlu (Məmmədli) saxlanılıb. |
Bu barədə APA-ya onun vəkili Aqil Layıc məlumat verib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.