Search is not available for this dataset
text
stringlengths
10
518k
Mükafat Waffen-SS, Reichsarbeitsdienst (RAD, Reyx İnsangücü Xidməti) və Volkssturm (Vətən Mühafizəçiləri) üzvlərinə, həmçinin də Wehrmacht komandanlığı altında olan üç böyük hərbi qüvvənin üzvlərinə (Quru qoşunları: Heer, Hərbi dəniz qüvvələri: Kriegsmarine və Hərbi hava qüvvələri: Luftwaffe), eləcə də digər Ox qüvvələri dövlətlərinin hərbçilərinə verilmişdir.
Mükafat ilk dəfə olaraq 1 sentyabr 1939-cu ildə Almaniyanın Polşa kampaniyasını başlaması ilə təsis edilmişdir.
Mükafatın yaradılma səbəbi Almaniya İmperiyasında mövcud olmuş olan köhnə ləyaqət və cəsarət mükafatlarını yeniləri ilə əvəz etmək olmuşdur.
1940-cı ildə mükafatın daha yüksək səviyyəsi olan, palıd yarpağı əlavə edilmiş Cəngavər Xaçı yaradılmışdır.
1941-ci ildə mükafatın daha iki yüksək səviyyəsi yaradılmışdır: palıd yarpaqları və qılınclar əlavə edilmiş Cəngavər Xaçı və palıd yarpaqları, qılınclar və brilyantlar əlavə edilmiş Cəngavər Xaçı.
1944-cü ilin axırlarında isə Stuka komandiri olmuş olan Oberst Hans-Ulrix Rudelin böyük hərbi müvəffəqiyyətlərinə görə verilmiş mükafatın ən ali dərəcəsi olan Qızıl Palıd Yarpağı, Qılınc və Almaz əlavə edilmiş Cəngavər Xaçı yaradılmışdır.
Müharibə illəri ərzində təxminən 7000-dən çox insan Cəngavər Xaçı mükafatı ilə təltif edilmişdir.
Mükafat Nizamnaməsi "Dəmir yollarının inkişafına görə" medalı vətəndaşlara Rusiya Federasiyasında dəmir yolu nəqliyyatının inkişafına verdiyi töhfələrə və dəmir yollarının səmərəliliyinin artırılmasına yönəlmiş təhsil, elmi tədqiqat və digər fəaliyyətlərə böyük töhfələrinə görə verilir.
Medal, bir qayda olaraq, "Rusiya Federasiyasının Əməkdar Nəqliyyat İşçisi" fəxri adının sahiblərinə verilir.
Medal həmçinin Rusiya Federasiyasında dəmir yolu nəqliyyatının inkişafında yüksək nailiyyətlər nümayiş etdirmiş xarici vətəndaşlara da verilə bilər.Rusiya Federasiyasının Prioritet Ordeni, "Dəmir yollarının inkişafına görə" medalının "Kənd təsərrüfatında əməyə görə" medalından dərhal sonra digər medallarla birlikdə sol döşə taxılmasını tələb edir.
Mükafat təsviri Medala ilə təltif olunan Görkəmli alıcılar Vladimir Yakunin Igor Levitin Rusiya Federasiyasının mükafatları və ordenləri Rusiya Dəmir Yolları
EKSPO-67" üçün Azərbaycan incəsənət ustalarının konserti — 1967-ci ildə Tofiq Mirzəyev tərəfindən çəkilmiş film.
Film-konsert Kanadada açılmış "EKSPO-67" sərgisində nümayiş etdirilmişdir.
Filmin heyəti Film üzərində işləyənlər Rejissor — Tofiq Mirzəyev Ssenari müəllifi — Tofiq Mirzəyev
Elm" nəşriyyatı — Azərbaycan Milli Elmlər Akademiyasına tabe nəşriyyat.
Azərbaycan Milli Elmlər Akademiyasının Nəşriyyatı 1945-ci ildə yaradılmışdır.
1997-ci ildən AMEA-nın redaksiya-nəşriyyat işləri "Elm" Redaksiya, Nəşriyyat və Poliqrafiya Mərkəzində cəmləşdirilmişdir.
Hazırda bu işləri AMEA Rəyasət Heyəti aparatının nəzdində "Elm" nəşriyyatı davam etdirir.
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aparatının nəzdində fəaliyyət göstərən nəşriyyat əsasən elmin müxtəlif sahələrinə dair monoqrafiyalar, elmi məcmuələr, lüğətlər (terminoloji, ikidilli və çoxdilli), klassiklərin çoxcildlik əsərlərini, elmi-kütləvi kitabçalar, elmi jurnallar, biblioqrafik ədəbiyyat buraxan ixtisaslaşmış nəşriyyatdır.
Elm" nəşriyyatının ilk direktorlarından biri akademik Ziya Bünyadov olmuşdur.
Müxtəlif illərdə bu müəssisəyə Əjdər Xanbabayev, Faiq Məlikov., F.
S. Əhmədov, Ə. N. Novruzova, professor Şirindil Alışanov, Hafiz Abıyev başçılıq edib.
2019-cu ildən "Elm" nəşriyyatının direktoru Səbuhi Qəhrəmanovdur.
2019-cu ildən etibarən "Elm" nəşriyyatının işinin günün tələbləri səviyyəsində qurulması, fəaliyyət istiqamətlərinin genişləndirilməsi üçün zəruri tədbirlər görülür.
Bu məqsədlə AMEA Rəyasət Heyəti "AMEA-nın "Elm" nəşriyyatının fəaliyyətinin təkmilləşdirilməsi üzrə 2019–2020-ci illər üçün Tədbirlər planı"nı təsdiq edib.
Tədbirlər planına əsasən, "Elm" nəşriyyatının yeni korporativ imicinin formalaşdırılması, maddi-texniki bazasının gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, müasir tələblər səviyyəsində rəsmi veb-saytının hazırlanması və s. nəzərdə tutulur.,, 2019-cu ildə "Elm" nəşriyyatı rebrendinq edib, özünün yeni loqosunu və şüarını müəyyənləşdirib.
Elm" nəşriyyatının yeni loqosu elm və kitabın simvolik vəhdətindən ibarətdir.
Loqo cəmiyyətin intellektual tərəqqisini təmin edən elmin dəyərli kitabların mütaliəsindən doğması fikrini özündə ehtiva edir.
Nəşriyyatın şüarı isə "Elm – tərəqqiyə aparan yol"dur.
Elm" nəşriyyatı çap etdiyi AMEA-nın elmi jurnallarının beynəlxalq elmi mərkəzlərlə əlaqələrinin gücləndirilməsi istiqamətində işlər görür.
Bu məqsədlə nəşriyyat ABŞ-nin "EBSCO" məlumat bazası ilə əməkdaşlığa başlayıb.
Qurumlar arasında imzalanmış razılaşmaya əsasən, AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq "Türkologiya" jurnalı elmi tədqiqatlar və nəşrlər bazası olan "EBSCO"ya daxil edilib.
Elmi jurnallar Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 14 adda elmi jurnalının nəşrini həyata keçirir.
AMEA-nın Məruzələri 1945-ci ildən nəşr olunan jurnalın baş redaktoru akademik Akif Əlizadədir.
İldə 2–4 dəfə ingilis dilində çap olunur.
Məsul katibi Gülarə Hacıyevadır.
AMEA-nın Məruzələri"ndə əsasən AMEA-nın həqiqi üzvlərinin (akademik), müxbir üzvləri və xarici üzvlərinin əvvəllər heç yerdə çap olunmayan orijinal elmi tədqiqatlarının nəticələri çap edilir.
Jurnalda digər müəlliflərin də məqalələri nəşr olunur.
Bunun üçün həmin məqalələri müvafiq ixtisaslar üzrə AMEA-nın həqiqi üzvləri təqdim edir və onların elmi məziyyətləri üçün cavabdehlik daşıyırlar.
: (+994 12) 492 80 07 Azərbaycan Kimya Jurnalı 1959-cu ildən nəşr olunan jurnalın baş redaktoru akademik Dilqəm Tağıyevdir.
İldə 4 dəfə ingilis dilində çap olunur.
Azərbaycan Riyaziyyat Jurnalı 2011-ci ildən nəşr olunan jurnalın baş redaktoru AMEA-nın müxbir üzvü Bilal Bilalovdur.
İldə 2 dəfə ingilis dilində çap olunur.
Türkologiya Jurnalı "Türkologiya" jurnalı SSRİ Elmlər Akademiyası və Azərbaycan SSR Elmlər Akademiyasının birgə nəşri kimi "Sovetskaya Türkologiya" adı ilə 1970-ci ildən nəşr olunmağa başlamışdır.
Sovetskaya Türkologiya" adı ilə 1992-ci ilə qədər bu adla fəaliyyət göstərən jurnal 1993-cü ildən bu günə qədər "Türkologiya" adı ilə nəşr olunur.
1970–1987-ci illərdə akademik Məmmədağa Şirəliyev, 1987–1992-ci illərdə Edhem Tenişev, 1992–2014-cü illərdə akademik Ağamusa Axundov, 2014–2016-cı illərdə akademik Tofiq Hacıyev "Türkologiya" jurnalının baş redaktorları olmuşlar.
Hazırda jurnalın baş redaktoru akademik Kamal Abdullayevdir.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 17 fevral 2016-cı il tarixli qərarı ilə akademik Kamal Abdullayev jurnalın baş redaktoru, AMEA-nın həqiqi üzvləri Möhsün Nağısoylu və Muxtar İmanov baş redaktorun müavinləri, Elçin İbrahimov isə məsul katib vəzifəsinə təyin olunmuşlar.
AMEA Rəyasət Heyətinin müvafiq qərarından sonra jurnal, dilçiliklə yanaşı, ədəbiyyat, tarix, fəlsəfə, mifologiya, yazılı abidələr, mədəniyyət və incəsənət, türkoloji mərkəzləri ilə bağlı məqalə yazıların çapına da qərar verilmişdir.
Azərbaycan, türk, rus və ingilis dillərində məqalə çapını həyata keçirən jurnal türkologiya elminin tarixini və günümüzdəki problemlərini, türk xalqlarının tarixi və mədəni zənginliklərini, dünya türkoloji mərkəzlərinin fəaliyyəti ilə əlaqələr yaradaraq, türkologiyanın aktual problemlərini səhifələrində çapını başlıca məqsəd olaraq qarşıya qoymuşdur.
Türkologiya" jurnalının ildə dörd sayı (mart, iyun, sentyabr, dekabr aylarında) nəşr olunur.
Redaksiyaya daxil olan yazılar əvvəlcə jurnalın tələblərinə uyğunluq baxımından yoxlanıldıqdan sonra rəy üçün müvafiq sahə üzrə mütəxəssislərə göndərilir.
Türkologiya" jurnalı eyni zamanda öz nəzdində türkoloji seminarlar təşkil edir.
Ayda bir dəfə jurnalın redaksiyasında keçirilən seminarda: müxtəlif elm sahələrinin nümayəndələrini maraqlandıran elmi-praktik problemlər ölkəmizdə və dünyada aparılan türkoloji tədqiqatların müzakirələri aparılır.
Türkologiya" jurnalı 2017-ci ildə: MLA-nın (Modern Language Association, New-York/USA), SAJI (Scholar Article Journal Index, Amsterdam/Hollandiya), SIS (Scientific Indexing Services, Texas/USA), TEI (Turkish Educational İndex, Ankara/Türkiyə), SOBİAD (Sosyal Bilimler Atıf Dizini, Elazığ/Türkiyə), 2018-ci ildə isə Almaniyada (Berlində) fəaliyyət göstərən COSMOS İMPACT FACTOR beynəlxalq indeksləşdirmə biblioqrafiyasına daxil edilmişdir.
AMEA Xəbərləri FTR seriyası İnformatika və İdarəetmə problemləri buraxılışı 1997-ci ildən nəşr olunan jurnalın baş redaktoru akademik Nazim Məmmədovdur.
İldə 2 dəfə Azərbaycan, ingilis və rus dillərində çap olunur.
Buraxılışa məsul akademik Telman Əliyev.
Fizika və Astronomiya buraxılışı 1934-cü ildən nəşr olunan jurnalın baş redaktoru akademik Nazim Məmmədovdur.
İldə 2 dəfə Azərbaycan, ingilis və rus dillərində çap olunur.
Biologiya və Tibb Elmləri 1945-ci ildən nəşr olunan jurnalın baş redaktoru akademik Əhliman Əmiraslanovdur.
İldə 3–4 dəfə Azərbaycan, ingilis və rus dillərində çap olunur.
Humanitar elmlər seriyası 1966-cı ildən nəşr olunan jurnalın baş redaktoru akademik İsa Həbibbəylidir.
İldə 2–4 dəfə Azərbaycan, ingilis və rus dillərində çap olunur.
Xəbərlər Məcmuəsi 2014-cü ildən nəşr olunan jurnalın baş redaktoru akademik Akif Əlizadədir.
İldə 4 dəfə Azərbaycan, ingilis və rus dillərində çap olunur.
Sosial elmlər" jurnalı 1958-ci ildən nəşr olunan jurnalın baş redaktoru akademik Nərgiz Axundovadır.
İldə 4 dəfə Azərbaycan və rus dillərində çap olunur.
Terminologiya məsələləri 2000-ci ildən nəşr olunan jurnalın baş redaktoru akademik Akif Əlizadədir.
İldə 2 dəfə Azərbaycan, türk, ingilis və rus dillərində çap olunur.
Gənc tədqiqatçı jurnalı AMEA Gənc Alim və Mütəxəssislər Şurasının "Gənc Tədqiqatçı" adlı Elmi-praktiki jurnalı AMEA Rəyasət Heyətinin 12. mart 2015 tarixli 8/4 saylı Qərarı ilə nəşr edilir.
Gənc tədqiqatçı" jurnalı Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 31.03.2017-ci il tarixli (Prot.№ 06-R) iclasının Qərarı ilə pedaqogika elmləri istisna olmaqla, qalan bütün elmlər üzrə Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması üçün tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil edilmişdir.
Jurnalın Məsləhət Şurasının sədri AMEA-nın prezidenti, akademik Akif Əlizadədir.
Baş redaktor isə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanovdur.
Redaxsiya şurasına yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev, fizika üzrə fəlsəfə doktoru Nuranə Əliyeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Eşqanə Babayeva, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyadova, fizika üzrə fəlsəfə doktoru Əminə Mikayılova, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə daxildir.
Jurnal ildə 2 dəfə Azərbaycan, ingilis və rus dillərində çap olunur.
HISTORY OF SCIENCE" jurnalı "HISTORY OF SCIENCE " müxtəlif elmlərin tarixi, formalaşması, təsnifatları və inkişafı sahəsində elmi fəaliyyət və araşdırma aparan beynəlxalq elmi araşdırmalar jurnalıdır.
Jurnal 19/09/2018-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində № 4196 nömrəsi ilə qeydiyyatdan keçmişdir.
Azərbaycan Respublikasında "elmlərin tarixi, təsnifi və təsviri" haqqında fənlərarası elmi jurnaldır.
Jurnal öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və digər qanunvericilik aktlarını, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, öz nizamnaməsini rəhbər tutur və beynəlxalq indekslərin tövsiyələrini nəzərə alır.
Jurnalın Redaksiya Heyətinin sədri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, baş redaktor isə AMEA RH Təhsil şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ələddin Məlikovdur.
Elm və həyat jurnalı Jurnal 1961-ci ildə Azərbaycan Respublika "Bilik" Cəmiyyətinin orqanı kimi fəaliyyətə başlayıb, 1992-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun və redaksiya kollektivinin təsisçiliyi ilə çıxıb.
Jurnalda indiyədək 5 min azərbaycanlı alimin məqaləsi dərc edilib.
1998-ci ildə "Elm və həyat" keçid dövründə peşəkarlığını, səmtini qoruyub saxladığına görə Meksikada təsis edilmiş "Qran Pri" mükafatına layiq görülüb.1961-ci ildən nəşrə başlayan "Elm və həyat" jurnalının Azərbaycanın mətbuat və maarifçilik tarixində özünəməxsus yeri vardır.
Həsənbəy Zərdabinin yaratdığı "Əkinçi" qəzetinin maarifçilik ənənələrini davam etdirən "Elm və həyat" nəşrə başladığı vaxtdan elmi biliklərin təbliğində böyük rol oynayıb.
Jurnal alimlər ordusunun tribunasına çevrilərək, elmdə qazanılan uğurların salnaməsini yazıb.
Elm və həyat" Azərbaycan mətbuatında elmi kəşfləri, ixtiraları, elmi yenilikləri təbliğ edən yeganə elmi-kütləvi dərgi kimi tanınıb.
2011-ci ildə 50 yaşı tamam olan jurnal bu gün də üzərinə düşən maarifçilik missiyasını şərəflə yerinə yetirir.
Jurnalın ilk redaktoru Cavanşir Şirinov, fəxri baş redaktoru isə akademik Abdulla Qarayev olub.
Respublika "Bilik" Cəmiyyətinin orqanı kimi fəaliyyətə başlayan "Elm və həyat" tezliklə öz auditoriyasını taparaq oxucular arasında şöhrət qazanıb.
10 min tirajla nəşrə başlayan bu jurnala abunə olunanların sayı ilbəil artıb.
Elm və həyat"ın oxucularının sorağı Sibirdən, Saxalindən, Vilnüsdən, Kiyevdən, Minskdən, Riqadan və s. yerlərdən gəlirdi.
Zaman keçdikcə jurnalın tirajı 140 min nüsxəyə çatdı.
Elmin elə bir sahəsi yoxdur ki, o barədə jurnalda məqalə dərc olunmasın.
Azərbaycanın tarixi, ədəbiyyatı, etnoqrafiyası bu jurnalda çap olunan yazılarda öz əksini tapıb.
Fizika, kimya, kibernetika, astronomiya və sair elm sahələrində alimlərimizin qazandığı uğurlarla oxucular tanış olub.
Jurnalda respublikamızın görkəmli alimlərindən Abdulla Qarayev, Həsən Əliyev, Həsən Abdullayev, Ziya Bünyadov, Lətif İmanov və başqaları müxtəlif məqalələrlə çıxış ediblər.
Jurnalın mövzu dairəsi çox rəngarəngdir.
Azərbaycanın bitki örtüyü, faydalı qazıntıları, bu və ya digər elmlər sahəsində aparılan tədqiqatlar, alimlərimizin dünyaya inteqrasiyası, bəşər elminə verilən töhfələr barədə məlumatlar jurnalın səhifələrində öz əksini tapıb.
Elm və həyat" jurnalı 1992-ci ilədək "Bilik" cəmiyyətinin, 1992-ci ildən isə AMEA-nın Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun (1995) və "Elm və həyat" jurnalının jurnalist kollektivinin təsisçiliyi ilə nəşr olunur.