Search is not available for this dataset
text
stringlengths 10
518k
|
---|
Ulduzun guşələri arasında olan hissədə səkkiz ədəd xırda fiqurlar əks olunmuşdur. |
Medalda çevrə boyunca "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpasının 20 illiyi" sözləri yazılmışdır. |
Medalın arxa tərəfi hamar səthlidir, orta hissəsində qızılı rəngli "AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT MÜSTƏQİLLİYİNİN BƏRPASININ 20 İLLİYİ" sözləri, aşağı hissədə "1991 ─ 2011" rəqəmləri, yuxarı hissədə medalın seriyası və nömrəsi həkk olunmuşdur. |
Bütün yazılar və təsvirlər qabarıqdır. |
Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. |
Xara lentin üzərində ardıcıl sıralanan, Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərini əks etdirən mavi, qırmızı və yaşıl rəngli bərabər ölçüdə üfüqi zolaqlar, kənarlarında isə 1 mm enində qızılı rəngli şaquli zolaqlar təsvir olunmuşdur. |
Lentin üst hissəsinə eni 4 mm olan qızılı təbəqə bərkidilir. |
Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37mm x 10mm ölçüdə qəlib əlavə edilir. |
Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. |
14 iyul 2023-cü ildə təsis edilmişdir. |
Tarixi və əsasnaməsi "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 985-VIQD saylı Qanunu ilə təsis edilmişdir.Yubiley medalı ilə Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarında xidməti vəzifələrini həyata keçirərkən fərqlənən hərbi qulluqçular, mülki işçilər, veteranlar, habelə həmin orqanların fəaliyyətinin təmin olunmasında fəal iştirak edən və inkişafında xüsusi xidmətləri olan digər şəxslər və beynəlxalq tərəfdaşlar təltif edilirlər.Medala layiq görülən şəxslər Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi tərəfindən təltif edilirlər. |
Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. |
Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalının təsviri 2023-cü il 14 iyul tarixli Qanunu ilə təsdiq edilmişdir.Medalın ümumi təsviri "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993–2023)" Azərbaycan Respublikasının yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan, hər bir guşəsi relyefli xətlərlə işlənmiş səkkizguşəli ulduz kompozisiyalı lövhədən ibarətdir. |
Medalın ön tərəfi Medalın ön tərəfində sarı rəngli səkkizguşəli ulduzun mərkəzində relyefli şüaların əhatəsində tünd yaşıl rəngli dairə yerləşdirilmişdir. |
Dairənin aşağı hissəsində "30 il" sözləri və həmin sözlərin altında "1993–2023" rəqəmləri yazılmışdır. |
Dairənin aşağı hissəsindən başlayaraq, sözlərin əvvəlində və sonunda hər birinin diametri 1,8 mm olan iki səkkizguşəli ulduz təsvir olunmaqla, qövs boyunca "strateji̇ obyektləri̇n mühafi̇zəsi̇ orqanları" sözləri yazılmışdır. |
Medalın mərkəzində ətrafı sarı rənglə konturlanan və içərisi Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərində 3 şaquli zolağa bölünən daxili çevrə yerləşdirilmişdir. |
Daxili çevrədə çarpaz vəziyyətdə iki qılınc və iki sünbül budaqları təsvir olunmuşdur, həmin təsvirin üst hissəsində qırmızı rəngin üzərində Azərbaycan Respublikasının Dövlət Gerbi həkk olunmuşdur. |
Bütün yazılar və təsvirlər qabarıqdır. |
Medalın arxa tərəfi Medalın konturlanmış arxa tərəfi tünd qızılı rəngdə olmaqla səthi hamardır, mərkəzində sarı rəngdə "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanları" sözləri, aşağı hissədə "30 il" sözləri və həmin sözlərin altında "1993–2023" rəqəmləri yazılmışdır. |
Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.Medalın elementləri Medal paltara bərkidilmək üçün elementi olan, yuxarı hissəsinə üzərində palıd yarpaqları təsviri olan 5,5 mm x 40 mm ölçülü düzbucaqlı qızılı lövhə bərkidilmiş 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentə ilgək və iki halqa vasitəsilə birləşdirilir. |
Xara lentin mərkəzində 12 mm enində açıq qəhvəyi rəngli, mərkəzdən sol və sağ kənarlara doğru ardıcıl olaraq 1,5 mm enində qızılı rəngli, 11 mm enində tünd yaşıl rəngli şaquli zolaqlar təsvir olunur. |
Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir. |
Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. |
14 iyul 2023-cü ildə təsis edilmişdir. |
Tarixi və əsasnaməsi "Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 986-VIQD saylı Qanunu ilə təsis edilmişdir.Yubiley medalı ilə Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarında xidməti vəzifələrini həyata keçirərkən fərqlənən hərbi qulluqçular, mülki işçilər, veteranlar, habelə həmin orqanların fəaliyyətinin təmin olunmasında fəal iştirak edən və inkişafında xüsusi xidmətləri olan digər şəxslər və beynəlxalq tərəfdaşlar təltif edilirlər.Medala layiq görülən şəxslər Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi tərəfindən təltif edilirlər. |
Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. |
Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalının təsviri 2023-cü il 14 iyul tarixli Qanunu ilə təsdiq edilmişdir.Medalın ümumi təsviri "Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" Azərbaycan Respublikasının yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan dairəvi lövhədən ibarətdir. |
Medalın ön tərəfi Medalın ön tərəfində tünd qızılı rənglə konturlanmış qızılı rəngli xarici dairənin orta hissəsində tünd mavi rəngli daxili çevrə yerləşdirilmişdir. |
Çevrənin daxilində səkkiz guşəli ulduz təsviri yaradan 8 ədəd rombşəkilli ornament və paralel 3 istiqamət üzrə üzü sağa tərəf hərəkət görüntülü 4 şüa təsviri verilmişdir. |
Çevrənin mərkəzində üzü yuxarı baxan ay və kənar nöqtələri ayın təsvirinə toxunan səkkiz guşəli ulduz əks olunmuşdur. |
Qızılı rəngli xarici dairənin yuxarı hissəsində qövs boyunca "Azərbaycan Respublıkasının" sözləri, aşağı hissəsində qövs boyunca "xüsusi̇ rabi̇tə və i̇nformasi̇ya təhlükəsi̇zli̇yi̇ orqanlari" sözləri yazılmışdır. |
Bütün yazılar və təsvirlər qabarıqdır. |
Bütün yazılar tünd mavi, təsvirlər tünd qızılı rəngdədir. |
Medalın arxa tərəfi Medalın arxa tərəfinin səthi hamardır, orta hissəsində tünd qızılı rəngdə "Azərbaycan Respublikasının xüsusi rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)" sözləri həkk olunur. |
Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.Medalın elementləri Medal paltara bərkidilmək üçün elementi olan, aşağı və yuxarı hissələrinə 5,5 mm x 40 mm ölçülü düzbucaqlı qızılı lövhə bərkidilmiş 37 mm x 50 mm ölçülü düzbucaqlı tünd mavi xara lentə ilgək və iki halqa vasitəsilə birləşdirilir. |
Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir. |
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi. |
29 iyun 2022-ci ildə təsis edilmişdir. |
Tarixi və əsasnaməsi "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)" yubiley medalı Azərbaycan Respublikasının 2022-ci il 29 iyun tarixli 565-VIQD saylı Qanunu ilə təsis edilmişdir.Yubiley medalı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması istiqamətində fəaliyyətin, səmərəli əməkdaşlığın təşkilində və həyata keçirilməsində fəal iştirak edən şəxslər, habelə bu sahədə xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri təltif edilirlər.Medala layiq görülən şəxslər Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili tərəfindən təltif edilirlər. |
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. |
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)" yubiley medalının təsviri 2022-ci il 29 iyun tarixli 565-VIQD saylı Qanunu ilə təsdiq edilmişdir.Medalın ümumi təsviri "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatının 20 illiyi (2002–2022)" Azərbaycan Respublikasının yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir Medalın ön tərəfi Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun üzərində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. |
Daxili çevrənin xaricində aşağı sol tərəfdən başlayaraq, qövs boyunca qızılı rəngli fonda "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) təsisatı" sözləri yazılmışdır, sözlərin arasında dairəvi lövhənin aşağı hissəsinin mərkəzində diametri 2 mm olan səkkizguşəli ulduz həkk olunmuşdur. |
Daxili çevrənin içərisində yerləşən üzəri göy rəngli mina ilə örtülmüş dairəvi lövhənin aşağı hissəsinin mərkəzindən sol və sağ tərəflərdən yuxarı hissəyə doğru qövs boyunca dəfnə çələngləri təsvir olunmuşdur. |
Yuxarı hissənin mərkəzində dəfnə çələnglərinin arasında diametri 3 mm olan səkkizguşəli ulduz həkk olunmuşdur. |
Səkkizguşəli ulduzun aşağısında üç sətrə bölünməklə "20 il" sözləri və "2002–2022" rəqəmləri yazılmışdır. |
Bütün təsvirlər və yazılar relyeflidir, qızılı rəngdədir. |
Medalın arxa tərəfi Medalın arxa tərəfi hamar səthlidir. |
Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.Medalın elementləri Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, yuxarı hissəsinə üzərində palıd çələngi, aypara və ulduzdan ibarət kompozisiya təsvir olunmuş, aşağı hissəsinə isə hamar səthli 40 mm x 5.5 mm ölçülü, qızılı rəngli metal lövhə bərkidilmiş, 37 mm x 50 mm ölçüdə düzbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir. |
Xara lentin üzərində mərkəzdə 3 mm enində yaşıl rəngli, mərkəzdən sol və sağ kənarlara doğru ardıcıl olaraq 10 mm enində tünd göy rəngli, 1 mm enində yaşıl rəngli, 2 mm enində tünd göy rəngli, 2.5 mm enində narıncı rəngli, 1.5 mm enində tünd göy rəngli şaquli zolaqlar təsvir olunmuşdur. |
Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə olunur. |
Azərbaycan" pavilyonu — Moskva şəhərində yerləşən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 1939-cu ildə tikilən 14 nömrəli pavilyonudur. |
Pavilyon 1964-cü ildən sonra "Hesablama texnikası" adlanırdı. |
Pavilyonun memarlıq dizaynı üçün arxitektorlar Sadıq Dadaşov və Mikayıl Useynov II dərəcə Stalin mükafatına layiq görülüblər. |
Pavilyon 1939-cu ildə memarlar Sadıq Dadaşov və Mikayıl Useynov tərəfindən inşa edilmişdi. |
Pavilyonun görünüşü Azərbaycan etnik motivləri ilə Stalinist memarlıqı üslubunda tərtib edilib. |
Binanın planı düzbucaqlıdır, divarlar mərmərlə işlənib. |
Binanın baş fasadı 16 metrlik iki sütunlu portal ilə ifadə olunub. |
Fasad azərbaycan naxışları, qızılı rənqdə üzüm ornamentləri ilə bəzədilib. |
Portikanın frizində Azərbaycan və Rus dillərində "Azərbaycan SSR" yazısı var idi. Fasadın memarlıq kompozisiyasının əsas elementərindən biri rəngli şüşələrlə doldurulmuş, çərçivələrin xırda həndəsi şəkilli vitraj-şəbəkələri daxil edilən pəncərələrdi. |
Pavilyonun ekspozisiyası Azərbaycan SSR-nin sənaye sahəsindəki (xüsusilə də neft hasilatı), heyvandarlıq, ipəkçilik, bitkiçilik, kənd təsərrüfatı, mədəniyyət, sənət və həyat sahələrindəki nailiyyətlərinə həsr edilmişdir.1959-cu ildə pavilyon rekonstruksiya olunub.1964-cü ildə pavilyonun ekspozisiyası dəyişildi və pavilyonda "Hesablama texnikası" sərgisi yerləşdirilmişdi. |
Bu ekspozisiyada Sovet dövründə yaranmış elektron texnikalar və hesablama maşınların nümayiş etdirilmişdi. |
1990-cı ildə ekspozisiya ləğv edildi və pavilyon ticarət məqsədləri üçün istifadə olunurdu. |
2013-cü ilə qədər pavilyonda mum heykəllər muzeyi yerləşdirilmişdi. |
2014-cü ildə pavilyon bərpa edildi və 1967-ci ilin görünüşü qaytarıldı.2016-cı ildə pavilyonun orijinal görünüşü qaytarıldı və rəsmi olaraq Azərbaycana icarəyə verildi. |
2019-cu il noyabrın 23-də Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki "Azərbaycan" pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılışı olub. |
Xarici keçidlər "Azərbaycan SSR" pavilyonunun restavrasiyasına başlanıldı |
Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı — Azərbaycan Respublikasının medalı. |
Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və gümüş suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir. |
Medalın ortasında Silahlı Qüvvələrin relyefli emblemi təsvir olunmuşdur. |
Emblemdən yuxarıda qövs boyunca "Azərbaycan Respublikası", aşağıda isə lent üzərində "Silahlı Qüvvələri Veteranı" sözləri həkk olunmuşdur. |
Aypara, ulduz və lent ağ rəngdədir. |
Arxa tərəfi hamar səthlidir. |
Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. |
Xara lentdə zeytun rəngli fonda, kənarlarından mərkəzə doğru ardıcıl olaraq Silahlı Qüvvələrin növlərinin rəngləri — 1 mm enində zeytun və ağ rəngli, 3 mm enində göy və ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir. |
Medala paltara bərkidilmək üçün elementi olan eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur. |
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı — Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 331-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş medal. |
Təltif edilənlər "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı ilə 2002-ci il iyun ayının 26-na qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabit, gizir və miçmanlar, habelə Silahlı Qüvvələrdən ehtiyata yaxud istefaya buraxılmış Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qurulmasında və onun möhkəmlənməsində fəal iştirak edən zabitlər təltif ediliblər. |
Taxılma qaydası "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalından sonra taxılır. |
Medalın ümumi təsviri "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş, aşağı tərəfi palıd yarpaqlarından çələng ilə haşiyələnmiş üzərində Azərbaycan Respublikası Dövlət Bayrağının rəngləri fonunda Silahlı Qüvvələrin emblemi yerləşdirilmiş fiqurlu qalxandan ibarətdir. |
Medalın qabarit ölçüləri 34 mm x 36 mm-dir. |
Qalxanın içində, Silahlı Qüvvələrin emblemindən yuxarıda qızılı rəngdə "Azərbaycan", aşağısında isə "Silahlı Qüvvələri" sözləri yazılmışdır. |
Qalxanın aşağı hissəsində ortada və çələngin üstündə ağ rəngdə "10" rəqəmi yerləşdirilmişdir. |
10" rəqəmindən solda qızılı rəngdə iki tank, sağda isə iki döyüş gəmisi, qalxanın xaricində mavi fonda, çələnglərdən yuxarıda, solda üç qırıcı təyyarə, sağda isə üç zenit raketi təsvir edilmişdir. |
Arxa tərəfi hamar səthlidir, ortasında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" sözləri yazılmış və milli ornamentin üzərində aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. |
Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. |
Xara lentdə kənarlarından mərkəzə doğru ardıcıl olaraq 3 mm enində göy, 4 mm enində qırmızı, 1 mm enində ağ və mərkəzdə 10 mm enində yaşıl rəngli şaquli zolaqlar təsvir edilmişdir. |
Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur. |
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı — Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 331-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş medal. |
Təltif edilənlər "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı ilə 2002-ci il iyun ayının 26-na qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabit, gizir və miçmanlar, habelə Silahlı Qüvvələrdən ehtiyata yaxud istefaya buraxılmış Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qurulmasında və onun möhkəmlənməsində fəal iştirak edən zabitlər təltif ediliblər. |
Taxılma qaydası "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalından sonra taxılır. |
Medalın ümumi təsviri "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş, aşağı tərəfi palıd yarpaqlarından çələng ilə haşiyələnmiş üzərində Azərbaycan Respublikası Dövlət Bayrağının rəngləri fonunda Silahlı Qüvvələrin emblemi yerləşdirilmiş fiqurlu qalxandan ibarətdir. |
Medalın qabarit ölçüləri 34 mm x 36 mm-dir. |
Qalxanın içində, Silahlı Qüvvələrin emblemindən yuxarıda qızılı rəngdə "Azərbaycan", aşağısında isə "Silahlı Qüvvələri" sözləri yazılmışdır. |
Qalxanın aşağı hissəsində ortada və çələngin üstündə ağ rəngdə "10" rəqəmi yerləşdirilmişdir. |
10" rəqəmindən solda qızılı rəngdə iki tank, sağda isə iki döyüş gəmisi, qalxanın xaricində mavi fonda, çələnglərdən yuxarıda, solda üç qırıcı təyyarə, sağda isə üç zenit raketi təsvir edilmişdir. |
Arxa tərəfi hamar səthlidir, ortasında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" sözləri yazılmış və milli ornamentin üzərində aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. |
Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. |
Xara lentdə kənarlarından mərkəzə doğru ardıcıl olaraq 3 mm enində göy, 4 mm enində qırmızı, 1 mm enində ağ və mərkəzdə 10 mm enində yaşıl rəngli şaquli zolaqlar təsvir edilmişdir. |
Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.