Search is not available for this dataset
text
stringlengths
10
518k
Əliyev Cəlal Əlirza oğlu — 30. iyun 2008 Ələkbər Əmir oğlu Məmmədov; — 5 noyabr 2012 Elmira Hüseyn qızı Axundova — 24. may 2013 Hidayət Xuduş oğlu Orucov — 3. sentyabr 2014 Amaliya Əliş qızı Pənahova Abbaslı Adəm Famil oğlu Allahyarov Mahir Cəlal oğlu Azərtaş Lalə Qabil qızı Babayev Aqşin Kamal oğlu Afaq Bəşir qızı Səfərova Cabbarzadə Xatirə Hafiz qızı Cəfərli Elman Niyazil oğlu Didavari Rövşən Tofiq oğlu Eynullayeva Sudabə Cahangir qızı Əhədova Sevda Sabir qızı Timuçin İlyas oğlu Əfəndiyev Əliyev Həbib Əli oğlu Gözəlov Vüsal Tapdıq oğlu İmaməliyeva Tahirə Məmməd qızı Fikrət Fərrux oğlu Məmmədov Məmmədov Şaiq Məmməd oğlu Məmmədova Gülnarə Sultan qızı Nəsirova Aynur Əli qızı Nurəliyeva Pərvin Ələmdar qızı Tağıyev Tahir Məmmədqulu oğlu Vəliyev Azər Kalam oğlu Yirik Betül Zeynalov Vaqif Mehrac oğlu Şəfiqə Haşım qızı Məmmədova Abdullayev Əkrəm Kamal oğlu — 28. yanvar 2016 Qürbətov Faiq Akif oğlu — 28. yanvar 2016 Mehdiyev Nurəddin Səftər oğlu — 28. yanvar 2016 Orucov Seymur Vaqif oğlu — 28. yanvar 2016 Seyidzadə Şahin Kamil oğlu — 28. yanvar 2016 Abdullayev Zahir Abdulla oğlu — 2. fevral 2016 Bilalov Zeynidin Dolqatoviç — 2. fevral 2016 Culfayev Alavərdi Abasoviç — 2. fevral 2016 Entoni Seynsburi — 2. fevral 2016 Hacızadə Tərlan Əziz oğlu — 2. fevral 2016 Həsənov Hüseyn İsmayıl oğlu — 2. fevral 2016 İbrahimov Ramin Eldar oğlu — 2. fevral 2016 İsmayılov Gündüz Arif oğlu — 2. fevral 2016 Mehdiyev Vüqar Namizəd oğlu — 2. fevral 2016 Məmmədov Tofiq Faiq oğlu — 2. fevral 2016 Muradov Elçin Tofiq oğlu — 2. fevral 2016 Musayev Oloxan İsayeviç — 2. fevral 2016 Panyutin Oleq Viktoroviç — 2. fevral 2016 Pronina Natali Aleksandrovna — 2. fevral 2016 Sərdarov Kərim Əliqulu oğlu — 2. fevral 2016 Sotnikov Vitali Nikolayeviç — 2. fevral 2016 Sultanova Afaq Vaqif qızı — 2. fevral 2016 Süleymanov Afiq Məmməd oğlu — 2. fevral 2016 Taranova Yelena İvanovna — 2. fevral 2016 Təhməzov Sergey Mehdiyeviç — 2. fevral 2016 Mixail Yuri oğlu Zabelin — 17 mart 2016 Akif Bəşir oğlu Rəfiyev — 18 mart 2016 Vaqif Deryuş oğlu Bayramov — 10. fevral 2017 Şeyxə Lətifə əl-Fəhd əl-Səlim əl-Sabah — 16. may 2017 Fərid Fazil oğlu Qayıbov — 18. dekabr 2017 Anar Rəsul oğlu Rzayev — 13. mart 2018 Vaqif Firudin oğlu Əsədov — 10. dekabr 2018 Babayev Mobil Rəşid oğlu — 17 sentyabr 2019 Qasımova Ruhəngiz Nağı qızı — 17 sentyabr 2019 Babazadə Aygün Zeynal qızı Bağırlı Araz Fikrət oğlu Bayramov Rizvan Mustafa oğlu Eyvazzadə Vasif Rasif oğlu Əhmədov Əfsun Məzahir oğlu Əliyeva Günay Sabir qızı Xıdırov Ələkbər Şahmar oğlu İbrahimova Sara Hökmulla qızı Pietro Laureano Elnur Abdullayev ("Global Media Group" Azərbaycan və "Haber Global TV" Türkiyə, Direktorlar Şurasının sədri) — 22 iyul 2020 Həmid Həmidov ("Global Media Group" Azərbaycan — media direktor) — 22 iyul 2020 Məmməd Gülməmmədov ("Haber Global TV", CEO) — 22 iyul 2020 Fərdin İsazadə (Oxu.
Az, müxbir) — 22 iyul 2020 Cəmilə Ələkbərova (Media.az, baş redaktor) 22 iyul 2020 Bayatlı Tamam Fərman qızı Bayramov Çingiz Cümşüd oğlu Bayramov Sərvər Umud oğlu Cürənov Ramiz Mikayıl oğlu Eminbəyli Şakir Vəfa oğlu Hacızadə Əli Nizami oğlu Həmidli Səxavət Nazim oğlu Həsənov Həsən Zal oğlu Həsənov Vasif Ağaəhməd oğlu Həsənov Vüqar Hüseynəli oğlu Hüseynov İlqar Məmməd oğlu Hüseynova Rəfiqə Kamal qızı Qasımov Kamran Mürsəl oğlu Səmədov Əli Vaqif oğlu Şahbalayev Elşən Şəmsəddin oğlu Vəzirova Lamiyə Avtandil qızı Yusifov Tural Bayram oğlu Məmmədov Səlxab İsa oğlu — 3 yanvar 2023 Babayev Arif İmran oğlu — 21 fevral 2023 Eyubova Mələkxanım Yadigar qızı — 13 dekabr 2023 Əhmədov İlham Namiq Kamal oğlu — 13 dekabr 2023 Əli-zadə Məryam Əli qızı — 13 dekabr 2023 Əzizov Arif Möhübəli oğlu — 13 dekabr 2023 Xələfova Fəxriyə Rafiq qızı — 13 dekabr 2023 İsmayılova Səkinə Qulu qızı — 13 dekabr 2023 Ömərova Həmidə Məmməd qızı — 13 dekabr 2023 Həmçinin bax Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi.
14 iyul 2023-cü ildə təsis edilmişdir.
Tarixi və əsasnaməsi "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 984-VIQD saylı Qanunu ilə təsis edilmişdir.Yubiley medalı ilə Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanda xidməti vəzifələrini həyata keçirərkən fərqlənən hərbi qulluqçular, mülki işçilər, veteranlar, habelə həmin orqanın fəaliyyətinin təmin olunmasında fəal iştirak edən və inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.Medala layiq görülən şəxslər Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi tərəfindən təltif edilirlər.
Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.
Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" yubiley medalının təsviri 2023-cü il 14 iyul tarixli Qanunu ilə təsdiq edilmişdir.Medalın ümumi təsviri "Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)" Azərbaycan Respublikasının yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 38 mm olan, hər bir guşəsi relyefli xətlərlə işlənmiş səkkizguşəli ulduz kompozisiyalı lövhədən ibarətdir.
Medalın ön tərəfi Medalın ön tərəfində relyefli xətlərin əhatəsində qızılı rəngli dairə yerləşdirilmişdir.
Dairənin mərkəzində ətrafı qızılı rənglə konturlanan və daxili Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərində 3 üfüqi zolağa bölünən səkkizguşəli ulduz əks olunmuşdur.
Mavi rəngli zolağın üzərində "1993", yaşıl rəngli zolağın üzərində "2023" rəqəmləri yazılmışdır, yuxarı və aşağı hissələrdə qızılı rənglə konturlanmış qırmızı rəngli zolağın üzərində ağ rəngdə ay və səkkizgüşəli ulduz həkk olunmuşdur.
Dairənin yuxarı hissəsində qövs boyunca "Azərbaycan Respublikası Prezidentinin" sözləri, aşağı hissəsində qövs boyunca "Təhlükəsizliyini təmin edən orqan" sözləri yazılmışdır.
Yuxarı və aşağı hissələrdəki yazıların arasında hər birinin diametri 1,8 mm olan iki səkkizguşəli ulduz təsvir olunmuşdur.
Bütün yazılar və təsvirlər qabarıqdır.
Yazılar tünd qızılı rəngdədir.
Medalın arxa tərəfi Medalın arxa tərəfinin səthi hamardır, yuxarı hissəsindən başlayaraq açıq qızılı rəngdə “Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993–2023)” sözləri yazılmışdır.
Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.Medalın elementləri Medal paltara bərkidilmək üçün elementi olan, aşağı və yuxarı hissələrinə 5,5 mm x 40 mm ölçülü düzbucaqlı qızılı lövhə bərkidilmiş 37 mm x 50 mm ölçülü düzbucaqlı yaşıl xara lentə ilgək və iki halqa vasitəsilə birləşdirilir.
Xara lentin sol və sağ kənarlarında 1 mm enində ağ rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.
Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı — Azərbaycan Respublikasının medalı.
Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və gümüş suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir.
Medalın ortasında Silahlı Qüvvələrin relyefli emblemi təsvir olunmuşdur.
Emblemdən yuxarıda qövs boyunca "Azərbaycan Respublikası", aşağıda isə lent üzərində "Silahlı Qüvvələri Veteranı" sözləri həkk olunmuşdur.
Aypara, ulduz və lent ağ rəngdədir.
Arxa tərəfi hamar səthlidir.
Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
Xara lentdə zeytun rəngli fonda, kənarlarından mərkəzə doğru ardıcıl olaraq Silahlı Qüvvələrin növlərinin rəngləri — 1 mm enində zeytun və ağ rəngli, 3 mm enində göy və ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir.
Medala paltara bərkidilmək üçün elementi olan eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.
Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı — Azərbaycan Respublikasının dövlət təltifi.
Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı əsasnamə təsdiq edilsin 30 iyun 2017-ci ildə təsdiq edilmişdir.
Təltif edilən şəxslər "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə 2018-ci il iyunun 26-dək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış, habelə Azərbaycan Ordusundan ehtiyata və ya istefaya buraxılmış, Azərbaycan Ordusunun qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları təltif edilirlər.Maddə 2.
Təltif edən orqan "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.Maddə 3.
Taxılma qaydası "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır.
Medalın ümumi təsviri "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, 37 mm x 50 mm ölçüdə düzbucaqlı və ona halqa və ilgək vasitəsilə birləşdirilmiş diametri 37 mm, şuaları olan səkkizguşəli lövhədən ibarətdir.Maddə 2.
Medalın ön tərəfi 2.1.
Medalın ön tərəfində səkkizguşəli lövhənin üzərinə iki tərəfdən konturlanmış çevrəsi olan, səthi çevrə boyunca Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun mina ilə örtülmüş lövhə yerləşdirilmişdir.
Medalın mərkəzi çevrəsinin yuxarı hissəsində qövs boyunca "AZƏRBAYCAN", aşağı hissəsində "ORDUSU" sözləri yazılmış, kənarlarında sol tərəfdə "1918", sağ tərəfdə isə "2018" rəqəmləri təsvir edilmişdir.
Çevrənin mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin emblemi həkk edilmişdir.
Medalın mərkəzindən aşağıda emblemin alt tərəfində "100 il" yazılmışdır.
Səkkizguşəli ulduz və onun şuaları, çevrənin konturları, emblem, sözlər və rəqəmlər relyefli olaraq qızılı rəngdədir.Maddə 3.
Medalın arxa tərəfi 3.1.
Medalın arxa tərəfi hamar səthlidir, ortada "AZƏRBAYCAN ORDUSUNUN 100 İLLİYİ 1918–2018" sözləri və rəqəmləri relyefli yazılmışdır.
Medalın arxa tərəfinin aşağı hissəsində səkkizguşəli ulduz relyefli təsvir edilmişdir.Maddə 4.
Medalın elementləri 4.1.
Medalın paltara bərkidilmək üçün 37 mm x 50 mm ölçüdə düzbucaqlı elementi var.
Elementin yuxarı hissəsinə 40 mm x 5 mm ölçüdə düzbucaqlı lövhə bərkidilmişdir.
Lövhənin üzərində relyefli palıd yarpaqları təsvir edilmişdir.
Elementin aşağı hissəsinə 40 mm x 9 mm ölçüdə beşbucaqlı lövhə bərkidilmişdir.
Lövhənin mərkəzində relyefli aypara və ulduz təsvir edilmişdir.
Elementin üzərinə kənarlarından mərkəzə doğru ardıcıl olaraq 1 mm enində qızılı, 9 mm enində tünd yaşıl, 1 mm enində ağ və mərkəzdə hər birinin eni 5 mm olan Azərbaycan Respublikasının Dövlət bayrağı rənglərində şaquli zolaqlar təsvir edilmiş xara lent çəkilmişdir.
Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçüdə qəlib əlavə olunur.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı — Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 331-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş medal.
Təltif edilənlər "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı ilə 2002-ci il iyun ayının 26-na qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabit, gizir və miçmanlar, habelə Silahlı Qüvvələrdən ehtiyata yaxud istefaya buraxılmış Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qurulmasında və onun möhkəmlənməsində fəal iştirak edən zabitlər təltif ediliblər.
Taxılma qaydası "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalından sonra taxılır.
Medalın ümumi təsviri "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş, aşağı tərəfi palıd yarpaqlarından çələng ilə haşiyələnmiş üzərində Azərbaycan Respublikası Dövlət Bayrağının rəngləri fonunda Silahlı Qüvvələrin emblemi yerləşdirilmiş fiqurlu qalxandan ibarətdir.
Medalın qabarit ölçüləri 34 mm x 36 mm-dir.
Qalxanın içində, Silahlı Qüvvələrin emblemindən yuxarıda qızılı rəngdə "Azərbaycan", aşağısında isə "Silahlı Qüvvələri" sözləri yazılmışdır.
Qalxanın aşağı hissəsində ortada və çələngin üstündə ağ rəngdə "10" rəqəmi yerləşdirilmişdir.
10" rəqəmindən solda qızılı rəngdə iki tank, sağda isə iki döyüş gəmisi, qalxanın xaricində mavi fonda, çələnglərdən yuxarıda, solda üç qırıcı təyyarə, sağda isə üç zenit raketi təsvir edilmişdir.
Arxa tərəfi hamar səthlidir, ortasında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" sözləri yazılmış və milli ornamentin üzərində aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.
Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
Xara lentdə kənarlarından mərkəzə doğru ardıcıl olaraq 3 mm enində göy, 4 mm enində qırmızı, 1 mm enində ağ və mərkəzdə 10 mm enində yaşıl rəngli şaquli zolaqlar təsvir edilmişdir.
Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" Azərbaycan Respublikasının yubiley medalı — Azərbaycan Respublikasının 2008-ci il 16 may tarixli 605–IIIQ nömrəli Qanunu ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" Azərbaycan Respublikasının yubiley medalı ilə 2008-ci il iyunun 26-dək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata, yaxud istefaya buraxılmış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qurulmasında və möhkəmləndirilməsində fəal iştirak edən zabitlər təltif edilirlər.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır.
Medalın təsviri "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" Azərbaycan Respublikasının yubiley medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi, diametri 35 mm olan lövhədən ibarətdir.
Relyefli şüalar və mərkəzdən keçən lent fonunda medalın mərkəzindən yuxarı hissədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin relyefli emblemi təsvir edilmişdir.
Emblemdən yuxarıda qövs boyunca "Azərbaycan Respublikası", aşağıda qövs boyunca "Silahlı Qüvvələri" sözləri həkk edilmişdir.
Aypara və ulduz ağ rəngdədir.
Lent üzərində emblemdən sol tərəfdə "1918", sağ tərəfdə isə "2008" rəqəmləri yazılmışdır.
Medalın mərkəzdən aşağı hissəsində ortada ağ rəngdə "90" rəqəmi yerləşdirilmişdir.
Arxa tərəfi hamar səthlidir, ortada "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" sözləri yazılmış və milli ornamentin üzərində aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.
Medal yaxada bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.
Xara lentdə kənarlarından mərkəzə doğru ardıcıl olaraq 3 mm enində yaşıl, 4 mm enində göy, 1 mm enində ağ və mərkəzdə 10 mm enində qırmızı rəngli şaquli zolaqlar təsvir edilmişdir.
Medala yaxada bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçüdə qəlib əlavə olunur.